çərşənbə günü, 11 noyabr 2026
     

Çinara salamım var...

Image


Saatlar günləri, günlər həftələri, həftələr ayları qova-qova bir il gəlib yetişdi. 20 oktyabr 2021-ci il... Zəngilanın qayıdışından artıq bir il ötür.

Bu münasibətlə nə yazacağımı götür-qoy elədim. Zəngilanın zəngin torpağını, zümrüd meşələrini, əzəmətli dağlarını, gur sulu çaylarını və.s. sətirlərə köçürmək mənimçün çətin olmazdı. Amma mən Zəngilanın təbii çinarlarından yazmaq qərarına gəldim. Niyə məhz çinar?

İnsan həyatında ağac əvəzolunmaz rola malikdir. Ağac var ki, budağından yüyürüyümüz asılıb, beşiyimiz yellənib, kölgəsində nəfəsimizi dərmişik. Ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdimizə məlhəmdir. Ağac var ki, onu doğmalarımız uyuyan torpaqda əkmişik.

Yaradılmışlar içərisində yer üzünün əşrəfi adlandırılan insanın mərdanəliyini, əzəmətini, ucalığını, onun polad iradəsini xarakterizə edəndə təbiətdə də nişanələr axtarmaq fikrinə düşürsən.

O zaman çinarın dəyanəti, böyüklüyü, vüqarı göz önünə gəlir. Hərdən deyirik ki, filankəs çinar ömrü yaşadı, filankəsdə çinar əzəməti var. Çinar böyüklük, ucalıq, əzəmət kimi rəmzi mənalar ifadə edir. Elə buna görə də ona "Xan Çinar" deyirlər. Çinarın başı göylərin qatında, kökü ana torpağın qoynundadır. Əslində, çinara vüqarı, əzəməti və ucalığı bəxş edən də elə budur, məncə.

Xalqımız ağaca həm də inanc yeri kimi baxır. Bunu "Kitabi-Dədə Qorqud" eposunda Uruzun ağaca xitabən dediyi sözlər sübut edir:

Sənə "Ağac!" "Ağac!" deyirəmsə, çəkinmə, ağac!

Məkkə ilə Mədinənin qapısı ağac!

Museyi-kəlimin əsası ağac!

Kim bilir, bəlkə də, Uruzun danışdığı ağac elə çinar imiş!

El dilində çinarın yerini həmişə yuxarı başda, ucalarda görmüşük. İnsanlar alqış edəndə bir-birinə "Çinar qədər ömrün olsun", "Çinar qədər müqəddəs ol" deyiblər. Zəngilanlılar and içəndə bəzən “Çinar haqqı” deyir. "Ocaq çinar“ deyilən, müqəddəs sayılan and yerimiz də var. Rəvayətə görə həmin çinarın yaxınlığında yadelli düşmənə qarşı döyüşdə xeyli gənc şəhid olub.

Bundan əlavə, Azərbaycan xalqı ilə çinar arasında müəyyən bənzərlik də görmək olar. Zənnimcə, bu, bənzərlikdən daha çox, bir taleyin iki üzüdür. Hər ikisinin sinəsində əsrlərin sirri yatır. Azərbaycan xalqı da çinar kimi öz kökü, ruhu ilə torpağa möhkəm bağlıdır, torpaqdan güc alır. Azərbaycan xalqı da neçə-neçə qanlı-qadalı günlər görmüş, amma şux durmuş, əyilməmiş xan çinarın vüqarlı başı kimi. Əyilməz də!

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə,

zəngin təbiətə malikdir. Ana təbiət Zəngilandan çinar payını əsirgəməyib. Çinarlar diyarı kimi tanınan Zəngilanın simvolunun əsas elementi çinar yarpağıdır. Zəngin təbiətin bir parçası da təbii çinar meşələridir. Avropada yeganə təbii çinar meşəsi məhz Zəngilandadır. Həmin meşə Bəsitçay vadisində 117 hektar sahəni tutur. Onun 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur.

Qoruğun ərazisi, əsas etibarilə, Bəsitçayın çay yatağı boyunca 15 km uzunluğunda olan ərazini əhatə edir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Orta yaşı 170 ildən artıq olan çinar ağacları qoruq ərazisinin 93%-ni təşkil edir. Çinar ağacının əsas xüsusiyyətlərindən biri də güclü budaqlanması, ətrafda sərinlik yaratması, toz, tüstü, zəhərli maddələri özünə çəkərək havanı təmizləməsidir. Bu ağacın yaratdığı mikroiqlim 15-20 saniyə ərzində vərəm çöplərini məhv edir.

Ermənistan Qarabağda, o cümlədən Zəngilanda ekoloji terror həyata keçirmiş, bu ərazilərin təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurmuşdur. Erməni təcavüzkarları Bəsitçay Dövlət Təbiət Qoruğunu məhv etmiş, təbii çinar meşəsinə divan tutmuşdur.

Çinarın yüngül, möhkəm cizgili oduncağından faner, parket, mebel istehsalında, gəmiqayırmada və eləcə də dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Buna görə də erməni vandalları çinar ağaclarını ucdantutma qırıb istifadə etmiş, sonra da qırılan ağacların kökünə partlayıcı maddə qoyub dağıdaraq cinayətlərinin izini itirməyə çalışmışdır. Bütün bunlara baxmayaraq, düşmən qəlbimizdə Vətən həsrətinin izini itirə bilmədi.

Gözəl Vətən, düz 27 il idi ki, sənin ayrılığının həsrəti ilə qovrulur, yanırdıq. Yatanda üzü sənə doğru yatırdıq. Yuxularımızda yaşayırdın. Kim deyir ki, zaman dərdi ovudur?! Ovutsaydı, vətən həsrətimiz günbəgün alovlanmazdı.

20 oktyabr 2020-ci ildə Rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və bir çox kəndlərini düşmən əsarətindən azad etməklə həsrətimizə son qoydu.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə xalq-dövlət-ordu birliyi müstəsna rol oynadı. Həmin günlərdə Azərbaycanın hər bir vətəndaşı əsgərə çevrildi. Cəbhədən gələn xəbərlər insanlara sevinc, qürur hissi ilə bərabər, qəhrəmanlarımızın şəhadət üzüntüsünü də yaşadırdı. Heç bir qələbə itkisiz olmur. Vətən torpağının bir qarışını belə öz canlarından üstün tutan igid oğullarımız düşmənə sübut etdilər ki, bu torpağın hər qarışı bizim üçün əziz və müqəddəsdir.

Qazandığımız Böyük Zəfər ruh yüksəkliyimizi birə-beş artırdı. Mənfur düşmən bir daha şahid oldu ki, Azərbaycan xalqındakı ruh yüksəkliyi alınmaz yüksəklikdir. Bu ruh yüksəkliyi ilə biz Zəngilana qayıdırıq. Zəngilan bizimdir! Zəngilan Azərbaycandır!

Yenə də əvvəlki kimi Bəsitçayın suları çinar meşəsinin ayağını yuyar, suların səsinə çinar

budaqları, yarpaqları səksənər.

Döyüşdən, hünərdən, zəfərdən dastanlar söylər nəsillərdən-nəsillərə çinarlar. Çinar boylu oğulların şücaətindən, qəhrəmanlığından danışar çinar yarpaqlarının xışıltısı...

Nuru İMANOV
Zəngilan rayon sakini



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ