Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanlı tibb alimi koronavirus vaksininin səmərəli olacağına açıq şübhə ilə yanaşdı

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

“Trend”in məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, son sutka ərzində Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 47 272-dir.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva dekabrın 2-də keçirilən brifinqdə deyib ki, indiyə qədər Azərbaycanda götürülən testlərə görə ən yüksək yoluxma faizi 29 faiz olub. N.Mustafayeva bildirib ki, Azərbaycanda koronavirusdan ölüm faizi 1.1 faiz təşkil edir ki, bu da ən aşağı göstəricilərdən biridir.

Onun sözlərinə görə, dünya ölkələrində koronavirusdan ölüm faizi 3.6 faizə qədər yüksəlib. Əlavə edib ki, Azərbaycanda koronavirus pandemiyasının 41-ci həftəsini yaşayırıq.

N.Mustafayeva bildirib ki, dünya ölkələrində koronavirusdan ölüm faizi 3.6 faizə qədər yüksəlib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxan insanların 81 faizə qədəri xəstəliyi yüngül simptomplarla keçirir.

N.Mustafayeva bildirib ki, həmin xəstələr evdə müalicə oluna bilirlər. O qeyd edib ki, virusu əsasən ürək-damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlar ağır keçirir.

TƏBİB rəsmisi bildirib ki, bəzi insanlar həkim təyinatı olmadan antibiotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalicə etməyə çalışır: “Lakin sonrakı dövrlərdə daha da ağırlaşmış hallarda xəstəxanalara müraciət edirlər ki, bu da çətinliklər yaradır”.

Bütün bunların yolveriməz olduğunu bildirən N.Mustafayeva panikaya yol verilməməyin vacibliyini qeyd edib və əlavə edib ki, hər bir vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara riayət etməyə, diqqətli olmağa çağırıram.

N.Mustafayeva həmçinin 65 yaşdan yuxarı insanları evdən çıxmamağa çağırıb. O qeyd edib ki, virusla bağlı vəziyyətə hər kəs diqqətlə yanaşmalıdır.

N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.

 “Yaşı 20-dən aşağı olan şəxslər COVİD-19 xəstəliyinin, daha doğrusu ölümün daşıyıcılarıdır. 20 yaşdan aşağı insanlara müraciət edərək deyirəm ki, ailənizə sevginiz varsa, ona atəşin düşməsini istəmirsinizsə, mütləq COVİD-19-u ciddi qəbul etməlisiniz.

Bunu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, xəstəlik sayı nə qədər artırsa, ölüm sayı da o qədər artır.

A.Allahverdiyev əlavə edib ki, hələlik COVİD-19-a qarşı xüsusi dərman və vaksin yoxdur: “Əgər vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil. İndi vaksinin effektivlik faizi ilə bağlı müxtəlif rəqəmlər deyilir. Amma bu, hələ ki, könüllülərin qanındakı antitellərin miqdarını göstərir. Bu antitellər qanda nə qədər qalacaq - 1 ay, 2 ay - bu hələ bilinmir”.

A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir: “Profilaktik təbabət ən vacibidir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir. COVİD-19 elə bir xəstəlikdir ki, ona qarşı mübarizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”.

“Hələlik COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur” – deyən professorun sözlərinə görə, vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil.

A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir: “Profilaktik təbabət ən vacibidir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir. COVİD elə bir xəstəlikdir ki, ona qarşı müabrizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”. Vəli Axundovun sözlərinə görə,  Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.

Onun sözlərinə görə, insanlar nə qədər bir yerə çox toplaşacaqsa, bir o qədər də yoluxma sayı çox olacaq: “Ona görə də ciddi qərarlar qəbul edilməlidir. Əks halda, xəstəxanalarda yer qalmayacaq. Sərt tədbirlər görülməsə, yoluxma sayını azaltmaq mümkün deyil”.

A.Allahverdiyev qeyd edib ki, karantin tədbirlərinin yumşaldılması, müharibənin başlaması COVİD-19-u 2-ci plana keçirdi və ya tam unutdurdu. Bunun sayəsində xəstəlik sayı 4000-ü ötüb, ölüm sayı da artıb.

“Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir”. Bunu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".

Akif Qurbanov deyib ki, bir ilə yaxındır pandemiya bütün dünyanı narahat edir. Onun sözlərinə görə, bu proses Azərbaycanda da davam edir: "Azərbaycanda bununla bağlı dövlət səviyyəsində tədbirlər görülüb və görülür. Modul tipli xəstəxanalar tez zamanda tikilib, preparatlar gətirilib. Bu, pandemiya əleyhinə görülən tədbirlərin bir hissəsidir. Yoluxma dünyada 60 milyonu keçib, ölüm halları isə milyon yarımdan artıqdır. Yoluxmanın artması dünyanı narahat edir. Hazırda qorunmadan başqa çarə yoxdur. Hələ ki, vaksin olmadığından ancaq qorunma tədbirlərinə diqqət etməliyik. Maskalardan düzgün istifadə edilməli, məsafə saxlanmalı və əllərin tez-tez, düzgün yuyulması. Dezinfeksiya hökmən deyil, amma hər ikisi olduqda daha yaxşı olar". A.Qurbanov deyib ki, narahatlıq hiss edən şəxsin dərhal özbaşına xəstəxanalara axışaraq kompüter tomoqrafiyasından keçməsi düzgün deyil.

Akif Qurbanov deyib ki, səhhətindən şübhələnən şəxs xəstəxanada ağ ciyərini KT etdirir və nəticə yaxşı çıxdıqda arxayınlaşır:

"Belə olmaz. Bu xəstəlik yalnız sonda özünü ağ ciyərdə biruzə verir. COVİD-19-un müayinələrində rentgen və KT yalnız köməkçi vasitədir. Bu, yoluxan şəxsin ağ ciyərində biruzə verməyə bilər. Bunun üçün yalnız PSR testi verilməlidir. Bu testin cavabı pozitiv olarsa, dərhal özünü təcrid etməli və iş yerinə məlumat verib müalicə olunmalıdır. Bu xəstəlik hətta simptomsuz da olur. Bu cür hallara diqqət etməliyik. Hətta test nəticələri neqativ çıxsa da, bu o demək deyil ki, həmin şəxsdə COVİD-19 yoxdur. Bütün hallarda insan özünü qorumalıdır".

Vətəndaşları zərurət yaranmayacağı təqdirdə evlərini tərk etməməyə çağıran Akif Qurbanovun sözlərinə görə, hazırda ictimai nəqliyyatda və küçədə yoluxma hallarına rast gəlinir: "İmkan daxilində evdən çıxmamaq, ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməmək məsləhətdir. Onsuz da sərt karantin olsa, heç kim evdən çıxa bilməyəcək. Biz elə etməliyik ki, sərt karantinə ehtiyac olmasın.

Bu xəstəliyin nə qədər davam edəcəyi bilinmir. Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq. Lazım olan vaksinlər ölkəyə gətiriləcək və kütləvi vaksinasiyaya başlanacaq. Biz bu prosesə birlikdə qalib gəlməliyik. Bir olub bu infeksiyaya qarşı mübarizə aparmalıyıq. Bunu yalnız həkimlərin üzərinə atmalı deyilik. Müharibədən yeni çıxmış ölkəyik. Hələ də yaralılarımız var və ona görə də həkimləri pis vəziyyətdə qoymayaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ