Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - On altıncı yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

İman: “Füzuli dedi mən gərək o partlayışı gözümlə görüm”

Xocalı Aeroportunun partladılaraq Ermənistandan gələn nümayəndə heyətinin səfərinin necə əngəlləndiyini bilməyə tələsdiyinizi hiss edirəm. Ancaq bu yerdə tarix və Qarabağı görməyən bugünkü oxucularımız üçün bu ərazilərdəki əski toponimlərdən bir qismini xatırlatmaq istəyirəm. Görün, burada bir erməni sözünə rast gələ bilirsinizmi? Özündə “Böyük bağ” anlamını daşıyan Qarabağ, Şuşa, Xankəndi, Xocalı, Meşəli, Cəmilli, Suqovuşan, Talış, Ağoğlan, Daşaltı, Əsgəran, Dağdağan, lap elə Xocalının yanındakı Ağa Körpüsü, Bozdağ, Ballıca, Gendərə, Həsənabad...siyahını daha da uzatmaq olar. Varmı burda bir erməni sözü, bir erməni toponimi?! Üstəlik, təbii ki, tarixi faktlar da mövcuddur: Qarabağ xanlığı, bu xanlığın Rusiya ilə imzaladığı Kürəkçay müqaviləsi, Alban izləri, eləcə də böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılmış, bir hissəsi isə müxtəlif vasitələrlə qorunub saxlanan maddi-mədəniyyət abidələrimiz – daş kitabələr... Bu qədər təkzibolunmaz əşyayi-dəlilin qabağında o torpaqlara sahib çıxmaq niyyəti...Allah heç bir xalqa belə qonşu qismət eləməsin!..

İmanı dinləyirəm:

- Hə, danışacam indi necə oldu. Cabbar da bilir, Azərbaycanda xalq hərəkatı yaranan ilk günlərdən biz də qoşulmuşduq bu azadlıq mübarizəsinə. Bilənlər bilir, bilməyənlərə də deyək, o zaman Xocalıda partlayıcı maddələr bizim evdə hazırlanırdı. Haranısa dağıtmaq üçün planlar da bizdə hazırlanırdı. Füzuli də əl çəkmirdi ki, bəs ona da bir iş tapşıraq. Yəni erməniyə ziyan vuran iş mənasında. İsrar edirdi ki, mən də gedirəm, mən də partladacam erməninin nəyinisə. Nə isə. Onu dayandırmaq mümkünsüzüydü. Bir dəfə biz rayonlara çıxmışdıq silah almağa. Xocalının icra başçısı Elman Məmmədov, mən, bir də rəhmətlik Rövşən (sonradan öyrənirəm ki, Rövşən Xocalı qətliamı gecəsi itkin düşüb. Bugünədək ölüb-qalması haqqında dəqiq bir məlumat yoxdur – N.Z.). Gedib cənub rayonlarından tüfəng, tapança, nə tapsaq silah alaq. Çünki hamımızın silahlarını almışdılar, heç nəyimiz yox idi. Getdik çıxdıq Masallıya. Masallıda, sağ olsunlar, bizi yaxşı qarşıladılar, kəndləri gəzdirdilər bizi təqdim eləyə-eləyə ki, Xocalıdan gəliblər. Camaat pulla, bəziləri pulsuz qoşalülə, təklülə tüfənglərdən verdilər bizə. Silahları gətirib çıxartdıq Ağdamın Əhmədavar kəndinə, orda mənim bir tanışımın evinə. Çünki qabaqda Əsgəranda rusların postu var idi, postdan silah keçirmək qeyri-mümkün idi. Özümüz gəldik Xocalıya. Başladıq plan fikirləşməyə. Elman müəllimlə də söhbət elədik. Dedim Elman müəllim, bu uşaq - Zamin deyir ki, gedib o silahı gətirə bilər. Elman müəllim dedi, yəni ona etibar eləmək olar? Gedib gətirə bilər? Dedim sözün düzü, mən də o qədər risq eləyə bilmirəm, amma bilirəm ki, ciyərli oğlandı, gedə bilər. Nə isə, bir qədər məsləhətləşib elə onun boynuna qoyduq. Füzuli at götürüb yola düşdü, gedib həmin tapşırığı canla-başla yerinə yetirdi.

- Gecə, təkbaşına, Əsgəranın ərazisindən Ağdama keçməklə!..

- Əlbəttə, bu ərazilərdən keçməklə, gecə, təkbaşına. Bax, Füzulinin mənimlə bağlı epizodlarından biri bu idi.

Bu yerdə Cabbar da aran rayonlarından – İmişlidən üst-üstə qoşalülə və daha bir təklülə tüfənglər alıb dərzi Vilayətə və özünə gətirməyindən, həmçinin avtobus sürücüsü Adışirini aldadaraq tüfəngi oturacağın altında Xocalıya keçirməyindən danışır. Yoxlama aparan əsgərlərin silahı görə bilməməsi, avtobus sürücüsünün Xocalıda bunu bilərkən şoka düşməsini eşidib gülüşürük. Deməli, Adışirin Xocalıda “Moskviç” avtomobilinin ehtiyat hissəsi adı altında kağıza bükülü tüfənglərin avtobusunda gətirildiyini biləndə Cabbara təəccüblə “bəs sən fikirləşmirsən ki, mənim balalarım var?!” deyə sual edir. Cabbar da “bir şey olsaydı, deyəcəkdim sənin xəbərin yoxdu” söyləməklə onu birtəhər sakitləşdirir. Bir qədər eynimiz də açılır bu söhbətdən. Sonra Aqilin yaralı vəziyyətdə gətirilməsinin də Füzuliyə həvalə olunduğundan, lakin bu planın baş tutmamasından da danışırıq. Cabbar onu da söyləyir ki, Aqili yaralı vəziyyətdə müəyyən məsafəyə gətirənlərin içərisində o da iştirakçı olub. Davam edirik. Aeroportun partladılmasının iştirakçısı ilə.

İman:

- Bir dəfə də məlumat gəldi ki, aeroportu partlatmaq lazımdı. Belə ki, Ermənistandan nümayəndə heyəti gəlməlidi Xankəndiyə. Aeroportu partlatmaqla onların qarşısını almaq lazımdı. Bu gəliş də elə-belə, sıradan bir gəliş deyil. Gələnlər Ermənistanın bir çox nazirləri, deputatlarıdı. Onlar Dağlıq Qarabağın təhvil-təslimlə Ermənistana birləşdirilməsini həyata keçirmək üçün bura səfər edəcəklər. Bu da elə bir vaxt idi ki, partlayıcı əldə edə bilmirdik. Nə isə, bunu bir yerdən tapıb bizim evdə hazırladıq. Hazırlayandan sonra fitil tapa bilmədik.

Cabbar:

- Çox çətin idi belə şeyləri tapmaq.

İman:                     

- Olan da qorxusundan vermək istəmirdi. Bunu ancaq kabellə eləyə biləcəyimizi yəqinləşdirdik. Nə isə. Telefon kabeli – radio kabeli tapdıq. Düşündük ki, bunu birləşdirək elektrik cərəyanına və partladaq. Başqa heç bir variant mümkün deyildi. Deməli, işi planlaşdırmışıq. Üç nəfərik. Hələ Füzuli söhbəti yoxdu ortada. Füzuli də həmişəki kimi gəlib çıxdı bizə, bu söhbəti eşitdi. Dedi mən də gedirəm. Nə olmasından, başıma nə gələcəyindən asılı olmayaraq gedirəm. Çox dedik ki, sən getmə, xeyri olmadı. Küsdü, incidi, dedi axı niyə qoymursuz mən də gedəm? Çox götür-qoydan sonra dedim əşşi, qoy bu da getsin. Bəs nə vaxt gedə bilərik? Vaxtı təyin elədik gecə saat iki radələrinə ki, sakit vaxt və hamı yuxuda olsun. Kabelləri, partlayıcını götürdük. Mən, Tovuzdan Alyoşa adlı bir oğlan, bayaq da adını çəkdiyim rəhmətlik Rövşən, bir də Füzuli – dördümüz düzəldik yola. Partlayıcını da doldurmuşuq “oqnetuşitel” deyirdik, yanğınsöndürən aparatın içərisinə. Kapsulumuz var, amma fitilimiz, dediyim kimi yoxdu birləşdirməyə. Fitil olsa, partlatmağa nə var ki. Yandırırsan, qoyursan, qaçıb-uzaqlaşırsan, vəssalam. Deməli, orda üzüm bağı vardı. Qəbristanlığın yanından çıxırdıq həmin üzüm bağına, burdan da aeroporta. Aeroportdan üzüm bağının içərisi ilə kabeli çəkdik gecə ilə gətirib çıxardıq düz qəbiristanlığın yanına. Onu da danışmışdıq, rəhmətlik Çingizin “qaldırıcı kran” maşınının generatoruna birləşdirib partladacağıq. Çingizə dedik ki, beş dəqiqəlik maşını gətir saxla burda, biz onu birləşdirək, o dəqiqə də sən sür get, səni görən olmasın. O əvvəlcə “ay qorxuram, balalarım var-filan” desə də, bunu razı saldıq. Maşını sürüb gətirib həmin vaxtda dediyimiz yerdə - qəbiristanlığın yanında dayandı. Biz kabeli üzümlüyün içərisi ilə çəkə-çəkə gətirib çatdırdıq ora. Hərə öz yerini aldı. Füzuli dedi ki, mən gərək o partlayışı gözümlə görəm. Dedim ay qardaş, orda böyük partlayış olacaq, sənə də dəyər, məhv olarsan. Dedi yox, orda təpə var, mən o təpənin arxasında dayanıb baxacam, mən gərək partlayışı gözlərimlə görüm. Gəldik, siqnal verdik ki, birləşdirsin, birləşdirdi, ancaq partlamadı. Partlamadı, təzədən başladıq kabeli yoxlamağa ki, bunun hardasa qırığı var, o qırığı tapaq. Bəxtimizdən tez tapıldı. O yerini birləşdirdik. Təzədən hərə öz yerini aldı. Füzuli yenə də qaçıb getdi ora. Birləşdirdik. İnanın, orda elə bir partlayış oldu ki, yer-göy lərzəyə gəldi. Çox güclü partlayış oldu.

- Orda ölənlər olmuşdu partlayışdan?

- Yox, ölənlər olmamışdı. Ölüm məsələsi çox çətin olardı. Amma bizim məqsədimiz aeroportun işini iflic etmək idi. Partlayışdan sonra aeroportda aləm qarışdı bir-birinə. Həyəcan siqnalları verildi, necə vahimə yarandı. Çingiz işini bitirən kimi maşını sürüb uzaqlaşdı. Biz isə kabeli yığdıq, qəbristanlıqdan düşdük çayın içinə ki, bir xeyli bura ilə gedib izi itirək.

- Bu Xocalı qətliamı gecəsi keçilən Qarqar çayı deyildi ki?

- Yox, bu başqa çay idi. Biz ona elə Xocalı çayı deyirdik. O çayın içi ilə də bir xeyli gəldik, sonra çıxıb qoşulduq camaata ki, bizdən şübhələnməsinlər. Camaat hamısı ayaq üstdə idi. Partlayışın səsini eşidib hamısı çıxmışdı təpələrin üstünə ki, partlayışın harda baş verdiyini, ümumiyyətlə nə baş verdiyini və uzaqdakı alovu görə bilsinlər. Bax, biz belə real faktları danışdıqca, indi sizə də mənzərə müəyyən qədər aydın olur ki, Füzuli necə bir igid oğlan imiş...

- Şübhəsiz...

Cabbar:

- Mən onun nədənsə, hardansa, hansı tapşırıqdansa çəkindiyini, qorxduğunu görməmişəm. Özü də heç olmasa bir balaca mızıldasın, onu da görməzdin. Özünü elə aparırdı ki, elə bil bunu bir rahat iş dalınca və ya toya-bayrama, kurorta, sanatoriyaya göndərirlər, uçmağa qanadı olmurdu. Ermənilərdən əvəz çıxmağa gedəndə heç nəyi gözünün altına almırdı, heç nədən çəkinmirdi, əksinə, siz bu zaman, tapşırığı aldığı anda onda yaranan, oyanan həvəsi görəydiniz!.. Birdən gəlib məni tapırdı, o saat soruşurdu ki, nə işin var? Məsələn, deyirdim heç nə. Tez qayıdırdı ki, gedəkmi Kətiyə. Deyirdim əyə, Kətikdə nə işımız var, əlimizdə silahımız da yoxdu, bir təklülə tüfənglə nağayıracağıq biz orda, ay Zamin? Deyirdi, yaxşı, gəl gedək onda görək harda bir silahlı erməni tapırıq, tutub silahın əlindən alaq. Gedirdik Gendərənin başına, deyirdim axı patronumuz da yoxdu, üç dənə patronla biz neyləyə bilərik, hara gedirik? Patronu da gedib Ağdamdan tapa biləndə tapırdıq, tapa bilməyəndə qalırdıq belə. Bax, özüm ölüm, İman, mən onunla o çətin vaxtlarda dəfələrlə Əsgəranın o camaat qırılan üzüm bağına qədər gəlmişik ki,  görək bir silahlı erməni tapıb silahını ala bilərikmi?! Məndən uşaq idi yaşda deyə, birdən ərklə ona deyirdim ki, tutalım, erməni ilə rastlaşsaq, ona silahsız neyləyəcəyik? Deyirdi sənin işin yoxdu, sən gizlənərsən kolun dalında, mən tutacam. Belə cəsarətli bir oğlan idi Zamin. Onda hər şey ürəkdən gəlirdi.

Bu yerdə həmsöhbətlərimlə Füzulinin babası Kərim kişinin hələ hadisələrdən əvvəl silahları aparıb gizlətməsindən, sonra isə Ağcabədidəki dostunun evinə göndərməsindən danışırıq. Cabbar bizi dinlədikdən sonra hadisələrdən xeyli əvvəl bostançı bir ermənini öldürdüyünü xatırlayır və bizə nəql edir. Bu söhbətdə bizim yaddaşımızda əbədi iz salası bir sıra məqamlar var:

- Yeddinci, ya da səkkizinci sinifdə oxuyurdum. Üç-dörd nəfər yığışıb getdik Dağdağan kəndinin Tut bağında yeyib-içməyə. Ora çox səfalı yer idi, bulaqları, yaşıllıqları vardı. Asfaltın o biri tərəfində bostan vardı. Erməni bostançıya gedib yaxınlaşdım bizə 3-4 ədəd xiyar versin yeməyə. Bostançı qayıdıb soruşdu ki, türkes? (türksən – N.Z.). Dedim hə. Əlin uzatdı uzaqda bir yanmış binanı göstərib dedi o binanı görürsən? Dedim hə. Dedi, o binanı sizin babalarınız yandırıb. Mən də dedim, axı siz nədən danışırsız, mən sizdən xiyar istədim. Nə isə vermədi. Qayıtdım çıxıb gəldim. Uşaqlar dedi niyə dilxorsan? Dedim heç. Demədim onlara nə eşitdiyimi. Gəldik kəndə. Bizdə də yaxşı atlar olurdu. Silahımız da vardı. Gecə atı mindim, tüfəngi götürdüm, getdim düz ora. Gördüm bu çardaq qurub bostanın içində, yatıb-dincəlmək üçün. Çardağın böyründə də alma ağacına bir ala it bağlayıb. Sənədli bir qoşalüləmiz vardı. Evdəkilərdən gizli götürüb aparmışdım özümlə. Tüfəngi tuşlayıb itin üstünə getdim, gördüm it qorxub qısıldı çardağa. Hörmə səbət var idi. Bax, İman, özüm ölüm, o səbəti bağladım itin boğazına. Girdim çardağa, gördüm qarovulçu qoca yatıb. Qoşalüləsini də altına qoyaraq bağlayıb çardağın ağacına. Yaxınlaşıb qoşalüləsini açdım, dartıb altından çıxardım. Gördüm bu hiss eləmir. Özünün altına da küləş yığıb ki, yeri rahat olsun. Həm özümün, həm onun tüfəngini götürdüm, kibritlə küləşi odlayıb mindim atın belinə, çıxdım gəldim. Onda Stepanakertdə milislər (polislər) nə qədər axtarmışdılar ki, görəsən bu ermənini kim öldürüb?

- Erməni ölmüşdü?

- Hə, əlbəttə yanıb ölmüşdü. Onsuz da qoca kişiydi, tərpənə bilmirdi.

- Cabbar, buna səbəb qoca erməninin düşmən mövqeyi olmuşdu yəqin...

- O məqamda hə. Ancaq indiki düşüncəmlə deyirəm ki, biz elə uşaqlıqdan, körpəlikdən onlardan düşmənçilik, təfriqəçilik görmüşük. Biz, bəlkə də başqalarını təkrarlayıram, amma yenə də deyim ki, unutqan millətik. Onlarsa kinlidirlər, kin saxlayan millətdilər. Hətta dostluq etdiyinin evinə gedirdin, evində uşağı ağlayanda, deyirdi səsini kəs türkdü gələn, yəni bunların yanında ağlama. Amma bizimkilər deyirdi, buna dayı de, Aşot dayı. Allaha and olsun, bu beləydi. Çoxlarına deyəndə ki, ondan bizə dayı olmaz, cavab verirdi sən niyə belə deyirsən? Elə bilirdi, onun xainliyini çəkirsən bu sözü deyəndə.

Cabbar: “Xocalıda hər daşın altından əntiq əşya, eksponat tapılırdı”

Fiqurə xanımdan eşitdiyim – “vosem-şestoy” deyilən ərazidə Füzuligilin erməni postunu dağıtmaları faktının üzərinə gəlirəm. İmanla Cabbar dumanlı şəkildə xatırlayıb bəzi epizodları dilə gətirirlər bu hadisədən də. Yenidən üzümü Cabbara tuturam:

- Aydındı, Cabbar, yenə qayıtmaq istəyirəm Füzulinin ölüm anına. Onu son saatlarında görənlərdən biri sən olmusan. Sənin kürkünə büküldüyü zaman, ya xəstəxanaya aparılanda onun xüsusi olaraq nəsə dediyini xatırlayırsanmı?

- Yox, orda danışığı başa düşülmürdü. Danışa bilmirdi. Apardılar Ağdam xəstəxanasına. Mənim kürkümü də hardasa altı aydan sonra xəstəxanada işləyən tibb bacısımı, yoxsa başqa kimsə gətirib vermişdi evimizə. Mən bu zaman artıq ordudaydım, vuruşurduq ermənilərlə.

- Deyilənə görə, yaralılar çox olduğundan, həkim çatışmazlığından Füzulini xilas etmək mümkün olmayıb. Ya da yarası dərin imiş deyə, qan içərisinə sızdığından belə bir igid oğulu xilas edə bilməyiblər...

Cabbar:

- Əlbəttə, həkim yox idi, dərman çatışmırdı. Sonradan gətirib relsin üstündə dəmir vaqonların içərisində müalicə yerləri düzəltdilər ki, daha çox yaralıya kömək edə bilsinlər. O zamankı vəziyyəti xatırlayırsız da...

- Cabbar, Füzulini yaralı vəziyyətdə Qaraqayadan götürübmüşlər. Bəs Qaraqayadan keçəndən sonra yolda BMP dayanıbmış. O ərazidən yaralıları, meyitləri keçirməyə imkan verirdi BMP-də oturanlar?

- BMP bir az aşağıda dayanmışdı. Əvvəl güclü atırdı, xeyli adamı da o qırdı. Amma sonra ağdamlı döyüşçülər onu vurub sıradan çıxarmışdılar deyə, insanlar başladı gizlənə-gizlənə də olsa, bir qədər rahat çıxmağa ərazidən. Amma o ərazidə qırılan saysız-hesabsız oldu. İman, rəhmətlik Mikayılı düz başından vurdular, başı açıldı, arxası qatda yıxıldı belə, Allah rəhmət eləsin hamısına, onlar da hamısı qəhrəman uşaqlar idi. Rəhmətlik Şaban dayının, Nazimin uşaqlarını da həmin yerdə, dağın döşündə gülləbaran elədilər. Lap sonuncu mənim yanımda kirvəm, rəhmətlik Mürşid dayını vurdular. Mürşid dayı da çönüb erməniyə tərəf baxanda vurdular onu. 

- Cabbar, Füzulinin daha genişmiqyaslı döyüşlərini xatırlayırsız? Deyək ki, Xocalı Özünümüdafiə batalyonunun tərkibində...

- Mən sizə bir şey deyim. 29-30 il ötdüyünə görə hansısa detalda çaşa bilərik. İnsanıq, yaddaşımız korşalır, illər keçir, qocalırıq. Amma istər Bozdağ döyüşü olsun, hansı ki, bu haqda komandirimiz, artıq haqq dünyasına qovuşmuş kapitan Sərvər müəllim sizə danışıb, istərsə Həsənabad (Cabbar bu yerdə başqa döyüş yoldaşlarını da yadına salır. Həsənabad döyüşündə Felmar adlı dostlarının ayağından yaralandığını, onun sonradan gəlib Bakıda vəfat etdiyini də xatırlayır – N.Z.), ya başqa döyüşlərimiz olsun, heç birisi Zaminsiz baş tutmayıb. Ayrı-ayrı təşəbbüslərini sizə danışdıq. Batalyonun keçirdiyi əməliyyatların da ən aparıcı qüvvələrindən idi Zamin. O biri hallarda heç nədən çəkinmədiyi kimi, burda da eyni igidlikləri sərgiləyirdi Zamin.

- Xocalıdan çıxanda, ümumiyyətlə həmin gecə Füzulini heç görməmisiniz yaralanana qədər?

- Xeyr, xeyr görməmişik.

- Onların evi yanırmış camaat çıxanda...

Cabbar:

- O gecə çox evlər yanırdı orda. Ermənilər hər tərəfdən hücuma keçmişdilər Xocalıya. Bizim də evimizə düşmüşdü mərmi. Getdim iti açmağa ki, bağlı qalmasın, yazıqdı, canlıdı, gördüm evimiz yanır (bu ən dəhşətli anlardan biridir. Cabbar hansı hissləri keçirib bu vahiməli mənzərəni məcburən seyr edəndə. Nəinki alovu söndürmək, evin içərisindən nəyisə dartıb çıxarmaq, heç dayanıb yanan ata ocağının halına da acımaq imkanın yoxdu, Allah heç kimə nəsib etməsin bu müdhiş mənzərəni – N.Z.). Evlərimizdə nələr yox idi?! Allah elə bil həmin ili Xocalıya bərəkət yağdırmışdı ki, bəlkə bu bolluğa görə qorusun oranı Azərbaycan dövləti. Ancaq qorumadılar. Son vaxtlar bir qədər çörək qıtlaşmışdı, ancaq hamının qapısında o qədər qoyun-quzu, inək, toyuq artmışdı ki... Bizim öz qapımızda 150 baş qoyun, 8 baş inəyimiz vardı. Hamısı qaldı erməniyə. Bunlar da bir yana. Məni ən çox yandıran tarixi əşyalar idi ki, onları yığıb saxlamışdım bir otaqda – qılınclar, halqalar, gümüş qəpiklər, nələr...harda tapırdım gətirib yığırdım otağa. Bilirsiniz, Xocalı elə bir tarixi yer idi ki, hansı daşı qaldırırdın, altından nəsə əntiq əşya, eksponat tapılırdı. Baxırdın üstü qaralıb, amma içərisi par-par parıldayir, bərq vurur.

Cabbar sonda acı bir təəssüf hissilə söylədi ki, eybi yox, o eksponatları, o qənimətləri də  əldə edə bilərik. Ancaq Füzuli kimi igid oğlanlarımızdan heyf! Kaş onlar yaşayaydı! Onlar həm canlı qəhrəmanlıq, igidlik nümunələri idi, həm də xalqımızın belə vətənpərvər oğullarının vərəsələri doğulub millətimizə, dövlətimizə əbədi dayaq olardı! 

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ