Cümə günü, 02 oktyabr 2026
     

Reseptlərin yeni formada yazılması "həkim-firma" əməkdaşlığına son qoya bilərmi?

Image


Bu gün Azərbaycanda müvafiq müayinə və müalicə standartları, yəni protokolları olmadığından müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparılır. Bu da konkret xəstələrin müayinə və müalicəsi zamanı onlara lazım olmayan dərmanların təyin edilməsinə, xidmətlərin göstərilməsinə imkan verır.
Trend-in məlumatına görə, bu kimi halların nəticəsidir ki, bu gün əlavə gəlir əldə etmək üçün dərman preparatlarını ölkəyə idxal edən, onların satışını təşkil edən şirkətlərlə sövdələşmələr aparan bəzi həkimlər xəstələrinə müalicə üçün məhz həmin şirkətlərin tövsiyə etdiyi dərmanların adlarını yazır, ehtiyac olsa da, olmasa da, xəstələrini razılıq əldə etdiyi klinikalara müayinələrə, analizlər verməyə göndərirlər. Bunun müqabilində isə qarşı tərəf həkimlərə vaxtlı-vaxtında müəyyən məbləğdə pul ödəyir.
Bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada "həkim-firma” əməkdaşlığına imkan verməmək üçün çox effektiv bir üsuldan istifadə edilir - reseptlərdə dərmanların adları deyil, onların aktiv maddələrinin adı yazılır.
Hələ bir neçə il əvvəl "həkim-firma” əməkdaşlığına qarşı mübarizə aparmağa başlayan Səhiyyə Nazirliyi də problemin həlli üçün firma blanklarında reseptlərin yazılmasına qadağa qoydu və həkimlər qarşısında reseptlərin nazirlik tərəfindən təsdiqlənmiş vahid resept blanklarında yazılması tələbini irəli sürdü. Bu məqsədlə nazirlik tərəfindən çap olunmuş blankların dövlət və özəl tibb müəssisələrinə paylanılmasına da başlanıldı. Bu gün xəstəxanaların çoxunda həqiqətən Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş blanklardan istifadə edilsə də, bu tədbir tam səmərə verə və gizli əməkdaşlığa son qoya bilməyib.
Belə "əməkdaşlığ”ın qarşısını almaq üçün istifadə edilən digər primitiv yol - dərman şirkətlərinin nümayəndələrinin xəstəxanalara daxil olması ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi də bu gün öz səmərəsini vermır. Şirkətlərin nümayəndələri giriş üçün xüsusi tələblərin qoyulmadığı dövlət xəstəxanalarının binalarına çox rahatlıqla daxil ola və istədiyi həkimlə sövdələşmə apararaq dərmanlarının satışı və ya xidmətləri ilə bağlı təbliğatlarına nail ola bilirlər.
Sözsüz ki, elmin nailiyyətləri dərman bazarına da yeni dərmanların çıxmasına şərait verir və bütün dünyada olduğu kimi, Azərbaycanda da həkimlər dövlət qeydiyyatından keçmiş yeni dərmanlardan öz xəstələrinin müalicəsi üçün istifadə edə bilərlər. Ancaq problem ondadır ki, Azərbaycanın əksər həkimlərini xəstələrinin daha effektiv müalicə olunmasından çox həmin dərmanlar və ya xidmətlər vasitəsilə daha çox gəlir əldə etməsi maraqlandırır.
Trend xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev da bu fikirdədir ki, əgər yeni dərmanlar dövlət qeydiyyatından keçibsə, onlar həkimlərə tanıdılmalıdır. Amma dərman şirkətlərinin nümayəndələri bunun üçün ayrı-ayrı həkimlərin qəbuluna bir-bir getməli deyillər. Dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidirlər. Məsələn, nazır müavini təklif edir ki, xəstəxanalarda həkimlər üçün keçirilən 5 dəqiqəlik iclaslarda həkimlərə bu dərmanlar barədə məlumatlar verilə bilər.
İnsanların sağlamlığının tibb sahəsində çalışanlar üçün ən önəmli məsələ olduğunu xatırladan E.Ağayev bu məsələnin həllini həm də həkimin özünün vicdanına buraxır: "Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır. Dərmanın seçimi bir tərəfdən xəstənin özündən asılıdır. İnsanların bu sahə üzrə bir qədər maarifləndirilməsinə ehtiyac var. Onlar özləri də haqlarını tələb edə bilərlər”.
"Həkim-firma” əməkdaşlığına son qoya biləcək addımlardan biri olan konkret müayinə və müalicə standartlarının hazırlanmasına gəldikdə, Baş nazirin müavini Əli Əhmədov hesab edir ki, icbari tibbi sığorta zamanı protokollarsız müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Hazırda Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır.
Səhiyyə sahəsi üzrə tanınmış mütəxəssis, həkim Qalib Əliyev isə Trend-ə bildirib ki, belə əməkdaşlıqların qarşısını almaq üçün ilk növbədə həkimlərin əməkhaqlarını qaldırmaq lazımdır və digər kompleks tədbirlər həyata keçirmək lazımdır ki, onun əlavə gəlir əldə etmək üçün yollar fikirləşməsinə ehtiyac qalmasın.
Q.Əliyevin sözlərinə görə, dünyanın çox ölkələrində reseptlərində firmaların dərmanlarının adlarının yazılması qadağan edilib. Buna görə də Azərbaycanda da belə halların qarşısını almaq üçün reseptlərdə dərmanların adları deyil, onların tərkibindəki əsas aktiv maddənin adı qeyd edilməlidir. Məsələn, xəstəyə tərkibində dəmirlə zəngin olan dərman preparatı lazım olduğu zaman reseptə həmin dərmanın adı deyil, dərman preparatının adı yazılmalıdır. Belə olduqda hansı ölkənin və ya şirkətin dərmanının alınmasını xəstə özü müəyyən edə və seçim apara biləcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ