Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda uşaq ədəbiyyatının nəşri üçün senzura məsələsi gündəmdə…

Image


Hər şairin, yazıçının uşaqlar üçün ədəbiyyat “yaratmaq” iddiasına düşməsu absurddur. Uşaq ədəbiyyatını uşaq psixologiyasını dərindən bilən yazıçı və şairlər yarada bilər. Təəssüflər olsun ki, son illər uşaq ədəbiyyatı sahəsinə, ümumiyyətlə, nəzarətin olmaması kimin gəldi bu sahədə özünü göstərməsinə şərait yaradıb.

Bu gün aktual olan məsələlərdən biri uşaq ədəbiyyatı platformasındakı “cəngəllik qanununun” tam olaraq sıfıra endirilməsi üçün bu sahədə senzuranın formalaşdırılması və tətbiq edilməsi zərurətidir.

Çağdaş dövrün tanınmış uşaq yazarları hesab edirlər ki, senzura tətbiq edilməsə, kim gəldi şeir, hekayə yazıb “uşaq ədəbiyyatı yaratmışam” deyəcək, nəşriyyatlar da pul qazanmaq naminə ağına-bozuna baxmadan onların yazdıqlarını nəşr edəcəklər.

  • Sevinc Nuruqızı: “Uşaq ədəbiyyatı sahəsində güclü bir senzura olmalıdır”

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı hesab edir ki, bu istiqamətdə çox ciddi senzuranın yaradılmasına böyük ehtiyac var: “Uşaq ədəbiyyatı sahəsində güclü bir senzura olmalıdır. “Uşaqlar üçün yazıram” deyən insanların hər birinin əsərləri senzuradan keçməli və sonra onun nəşrinə icazə verilməlidir. Hətta dilimizə tərcümə edilən xarici uşaq ədəbiyyatı nümunələri də senzuraya cəlb edilməlidir. Bir məqamı qeyd edim, bəzi ölkələrdə dünyada məşhur uşaq yazıçısı olan Astrid Lindqrenin “Karlson” əsərinə qadağa qoyulduğu vaxtlar olub. Onun lap əvvəlki variantlarını oxuyan oxucular çox yaxşı bilirlər ki, həmin əsərdən bəzi hissələr kəsilib çıxarılıb. Əsərin əvvəlki variantlarında Karlson siqaret çəkir, amma sonrakı variantlardan bu səhnə çıxarılıb. Eləcə də bu yazıçının “Uzun corab Peppi” əsərinin uşaqlar arasında küçə həyatını, avaralığı təbliğ edən əsər ittihamı ilə bir neçə ölkədə çapına qadağa qoyulub. Yəni demək istəyirəm ki, bu cür yüksək səviyyəli bədii əsərlərin nəşrinə qadağa qoyula bilirsə, onda nə üçün bizim ölkəmizdə çox aşağı səviyyəli, uşaq psixologiyası ilə uzlaşmayan, uşaqların mənəviyyatını, əxlaqını korlayan cızma-qaralar uşaq ədəbiyyatı adı ilə çap olunub mağazalara buraxılmalıdır, evlərə gedib çıxmalıdır? Ümumiyyətlə, belə kitablar yığışdırılmalıdır. Fikrimcə, bu hala qarşı müəllimlər başda olmaqla, uşaq yazıçıları, valideynlər, ziyalılar mübarizə aparmalıdırlar. Ölkədə müəyyən olunmuş qaydalara əsasən uşaq ədəbiyyatı olduqca sivil, gözəl və şən, əlvan mövzuları əhatə etməlidir”.

  • Aygün Bünyadzadə: “Uşaq ədəbiyyatının nəşri sahəsində senzuranın yaradılması hava-su kimi lazımdır”

Digər uşaq yazıçısı Aygün Bünyadzadənin sözlərinə görə də uşaq ədəbiyyatının nəşri sahəsində ciddi senzuranın tətbiq edilməsi mütləqdir. “Uşaq ədəbiyyatı bədii yaradıcılığın ən həssas sahəsidir və bu baxımdan, uşaq ədəbiyyatının nəşri sahəsində senzuranın yaradılması hava-su kimi lazımdır. Çünki uşaq ədəbiyyatı sahəsinə aid olmayan insanlar öz nəvəsinə, bacısı, qardaşı uşağına və sair yazdığı cızmaqaranı “uşaq şeiri” sanır və onu da kitab şəklində çap edirlər. Uşaq ədəbiyyatı sahəsindəki nəzarətsizliyi görüb kim gəldi özünü burada göstərmək istəyir. Amma əvvəllər belə deyildi, uşaqlar üçün xüsusi şairlər, yazıçılar yazırdılar, özü də konkret mövzular üzrə yazılırdı. Əsas ona fikir verilirdi ki, yazılan şeiri, nağılı, hekayəni uşaq qavraya bilər, yoxsa bilməz. İndi isə uşaq psixologiyasından anlayışı olmayan adamlar “uşaqlar üçün yazır”. Mən bunu qəbul edə bilmirəm. Uşaqlar üçün yazan adam, ilk növbədə, uşaq psixologiyasını dərindən bilməlidir. Ən azından, sən özünü uşağın yerinə qoymağı bacarmalısan. Hər yaşın öz psixologiyası var, amma bunu bu iddiada olanların çoxu nəzərə almır. Nə təsadüfi adamların çap etdirdiyi şeirlərin, hekayələrin məzmununda, nə də o kitablara çəkilən şəkillərdə uşaq psixologiyasına uyğunluq var. Hətta uşaq ədəbiyyatı nümunələrinin çapında istifadə edilən kağız da xüsusi seçilməlidir. Elə kağızdan istifadə edilməlidir ki, 3-5 yaşında uşaq o kitabı ağzına alarsa, o materialdakı rənglər onun zəhərlənməsinə səbəb olmasın. Amma bu da nəzərə alınmır...” - deyə A.Bünyadzadə qeyd etdi.

Uşaq yazıçısı bildirdi ki, özü də daxil olmaqla, bu gün uşaqlar üçün yazıb-yaradan bir neçə şair və yazıçı var. Sevinc Nuruqızı, Reyhan Yusifqızı və başqalarının adlarını qeyd edən müsahibimizin sözlərinə görə, onların məqsədi uşaq ədəbiyyatının zərərli təsirlərdən tamamilə xilas olunmasıdır.

S.Nuruqızı və A.Bünyadzadənin fikirlərindən belə nəticə çıxardıq ki, müasir uşaq ədəbiyyatının nəşri sahəsində ciddi senzuranın formalaşdırılması bizim qarşımızda duran ən böyük vəzifədir. Fikrimizcə, ədəbiyyata nəzarət edən qurumlar bu mesajları eşitməli və əməli işlər görməlidirlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ