Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb - FOTO

Image


Dekabrın 24-də Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlanıb.

Aparıcı: Azərbaycan Prezidenti İlham Əliyev 57 yaşını qeyd edir. Əlamətdar gün münasibətilə onu Prezident Vladimir Putin təbrik edib və qeyd edib ki, prezident Əliyev təcrübəli və uzaqgörən siyasətçidir.

Öz növbəsində Azərbaycan dövlətinin başçısı bizim telekanala müsahibəsində bildirib ki, rusiyalılar respublikada turistlərin sayına görə birinci yeri tutur və özlərini burada evlərindəki kimi hiss edirlər.

Azərbaycan paytaxtının mənim həmkarım Mariya Qladkixi nə ilə heyrətləndirdiyinə isə onun “Merci Baku” adlı xüsusi reportajında baxın.

Mariya Qladkix: Mən turistlərin Azərbaycana nə üçün gəlməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Biz Bakıdayıq. Öz tarixi, ənənələri ilə zəngin, bununla belə bütün yeniliklərin – innovasiyaların, bütün texniki ixtiraların olduğu qədim şəhərdəyik. Azərbaycanda artıq yuxarıya – kosmosa əl atıblar.

Köhnə şəhərdən biz gələcəyin şəhərini görməyə yola düşdük. Hamısı “Made in Azerbaijan”dır. Bu, çoxlarının fikirləşdiyi kimi, pomidor deyil. Burada səni casus filmlərindəki kimi göstərən tibbi eynəklər var.

Siz yaşıl həlqələrin hara yönəlməsini görürsünüz? – Bəli, onu hətta yerə də yönəltmək olar. Orada başın əksi görsənəcək. Bəli, başın əksi görsəndi. Sizin məqsədiniz bu marker olmadan bu başı real obyektin üzərinə qoymaqdır. Bu eynəklərin vasitəsilə adi gözlə görə bilmədiyimiz strukturları görmək olur.

Yenə də sehirli eynəklər. Bu dəfə isə təyyarəçilər üçün simulyator. Onların köməyi ilə çətin uçuş həyata keçirmək olar. Mənə elə gəlir ki, mən kənardan ağılsız kimi görsənirəm. Amma bu, olduqca çox gözəl görsənir. Hətta, buludlar da sanki, təbiidir. Bax, burada təbiidir.

Qarşıya adi məqsədlər qoyulmayıb. “Azərkosmos” - Qafqazda ilk peyk operatoru.

“Azərkosmos”un əməkdaşı Tərlan Məmmədzadə: Sentyabrın 25-də geostasionar orbitə 45 dərəcəli Şərq uzunluğu mövqeyinə 3-cü peyk – “Azerspace 2” buraxılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrinə xidmətlər göstərəcək.

Müxbir: Yeni texnologiyalar sərgisində biz Prezident İlham Əliyevlə görüşürük. Hərçənd ki, dövlət başçısı rus dilində sərbəst danışır, müsahibəni onun doğma dilində başlayırıq.

Bu videoyazını sonra axşam bütün Azərbaycan telekanalları göstərirdi. Belə ki, müəyyən mənada “Rusiya-24” kanalı bir növ bu sərginin əsas kəşfi oldu.

Prezident İlham Əliyev: Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin.

Müxbir: Axı, siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Belə başa düşürəm ki, ən çox turist Rusiyadandır.

Prezident İlham Əliyev: Bəli, birinci yerdə Rusiyadır. İl ərzində 800 mindən çox rusiyalı gəlib. Onlar özlərini evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

Müxbir: Ləziz təamlarınız...

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur.

Müxbir: Bu gün Azərbaycan nadir təbiət, meyvələr, tarixi abidələr deməkdir. Bütün bunlar minbir işığa bürünüb. Bakı bütün günü lap Las-Veqas kimi işığa qərq olur. Azərbaycanı yanan neft və qaza görə “Odlar ölkəsi” adlandırıblar. Qədim zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Azərbaycanda planetdə mövcud olan 11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində yolüstü çöl, subtropik və sıx meşələrdən keçərək qar yağan yerlərə düşmək olar. Bakıya gələrək isə Venesiyaya düşmək olar. Baxın, əsl yerli Venesiyadır. Qayıqla gəzəcəyik. Müxtəlif ölkələri görmək üçün başqa yerə getmək lazım deyil. Sadəcə, Bakıya gəlmək kifayətdir. Burada, həqiqətən, nə desən var! Burada gəzintiyə çıxa bilərsən, burada Venesiyadakı kimi improvizə olunmuş kanallar, qayıqçılar var. Ümid edirəm ki, qayıqçı oxuyacaq. Çünki İtaliyada onlar oxuyurlar.

Müxbir: Deyir ki, oxumayacaq.

Qayıqçı: Mən isə bu mahnını sevirəm.

Müxbir: İndi qətiyyən müəyyənləşdirmək olmur, biz Azərbaycandayıq, yoxsa İtaliyada.

Qayıqçı: Bilirsiz, təəccüblüsü nədir? Bu kanal artıq 50 ildir - hələ Sovet dövründən mövcuddur.

Müxbir: Məşhur Bakı Bulvarı 15 kilometrədək uzanıb. Hələ də tikilməkdə davam edir. Ümumi uzunluğu 26 kilometr olacaq. Uzağa getmək doğrudan da lazım deyil. Burada qala da Torontodakı kimidir, həm Sidney, həm də Dubayın bir hissəsi var. Yerli sakinləri bunu Yaxın Şərqin Parisi adlandırırlar. Hava soyuyur. Bir qədər qalın geyinmək lazım oldu. Biz artıq İçərişəhərə gəlmişik. Burada artıq əsl milli kolorit nəzərə çarpır. Məsələn, düz küçənin ortasında nərd oynayırlar.

Müxbir: Salam. Qoşulmaq olar?

Nərd oynayan: Bəli.

Müxbir: Bu, sizin milli əyləncənizdir eləmi?

Nərd oynayan Bəli. İş olmayanda nərd oynayırıq. İndi alver getmir.

Müxbir: İndi alver zəifdir? İndi turistlər yoxdur?

Nərd oynayan: Var, amma almırlar.

Müxbir: Turistlər var, alver etmirlər, sadəcə gəzirlər. İlham Əliyev dedi ki, bütün turistləri Azərbaycana çağırır. Ona görə də, Allah qoysa, burada çoxlu turist olacaq və sizin də nərd oynamağa vaxtınız olmayacaq. İndi Bakıda turizm mövsumü deyil. Bayırda soyuqdur. Bakı sözünün mənasə farsca “badi-kubə” - Küləklər şəhəri deməkdir. Burada deyildiyi kimi: “Əgər soyuqdursa rəqs elə”. Hamımızın yallını sevməyimiz Rusiya ilə Azərbaycanı birləşdirir. Bu, Azərbaycan yallısıdır. Bu yallı xüsusidir. Bu yallı insanı vəcdə gətirir. Özüm də oynamaq istədim. Yallı, bax belədir – oyun elementləri də var. Rəqs edənlər arasında aparıcı da var. Azərbaycan yallısının yüzlərlə növü var. Deyəsən, məni də yallıya qəbul edəcəklər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov: Bizim ölkələrimizi təkcə yallı deyil, daha çox amil bağlayır. “KamAZ”, QAZ avtomobillərinin sənaye üsulu ilə yığımı aparılır. Bakıda mədəni həyat qaynayır. Dramteatr, Musiqili Komediya, Opera və Balet teatrları fəaliyyət göstərir. Onlar ən müasir tamaşalara quruluş verir.

Müxbir: Yəni, incəsənəti görmək üçün Bakıya gəlmək olar?

Mixail Boçarnikov: Hesab edirəm ki, bəli, olar.

Müxbir: Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzdə incəsənətin vəhdəti müşahidə olunur. Futurist, memarlıq şedevri olan Mərkəzin binası əfsanəvi Zaha Hadidin əsəridir. Bax, bunu mən qətiyyən Heydər Əliyev Mərkəzində görməyi gözləmirdim. Hiperrealist heykəllər. Belə bir sərgi burada keçirilir. O dərəcədə realist əsərdir ki, burada hətta xırda xalları, çilləri, damarları, boyunda qırışları görə bilərsən. Məsələn, dırnaqlarına baxın. Əsl insan dırnaqlarıdır. Bağışlayın, baxmaq olar?

Mərkəzin əməkdaşı: Artıq vaxtınız keçib.

Müxbir: Burada nə var? 18 və daha çox.

Mərkəzin əməkdaşı: Sizin 18 yaşınız var?

Müxbir: Var.

Mərkəzin əməkdaşı: Onda gedək.

Müxbir: Sadəcə, söz ola bilməz. İnanılmaz sərgidir. O, artıq dünyanın bir çox ölkəsində keçirilib. Bu isə artıq bizim Heydər Əliyev Mərkəzində gözlədiyimiz görüntülərdir. Onun şəxsi əşyaları, fotoları. Məsələn, bax, bu, onun DTK-da işlədiyi vaxt geyindiyi paltardır. Bu isə, artıq onun andiçmə mərasimində geyindiyi kostyumdur. Sonra isə, Azərbaycan Respublikasının üçüncü Prezidentinin çalışdığı məhz həmin iş masasıdır. Burada onun ordenləri, medalları və Azərbaycan xalqına onların sevimli liderini xatırladan hər şey var.

Mənim daha bir şəxsi mədəni heyrətim “cin”lə görüş oldu. Şüşədəki yox, həqiqi “cin”lə. Mikrofon qarşısında “cin” ləqəbli Ceyhun Zeynalovdur. Onu Azərbaycanın Bob Marlisi adlandırırlar. Ceyhun Zeynalov. Azərbaycanın məşhur müğənnisi, özü də, ən maraqlısı və mənim üçün anlaşılmaz olan – reqqi. Azərbaycanda reqqi var? Mən bunu bu gün bildim.

Ceyhun Zeynalov: Bunun Azərbaycanda banisi mən olmuşam. Kim ki, musiqini inkişaf etdirir, normal musiqi dinləyir onlar təbii ki, reqqini dinləyirlər.

Müxbir: Azərbaycan çoxmusiqili ölkədir. Opera. İlk operanı Bakıda hələ 1908-ci ildə dinləyiblər. Bəstəkar Üzeyir Hacıbəyli məşhur Leyli və Məcnunun sevgi əhvalatını tamaşaya qoyub. Bu, Şərqdə ilk operadır.

Ceyhun Zeynalov: Azərbaycan musiqisinin təməli muğamdır. Muğam UNESCO Ümumdünya İrs siyahısına salınıb. Muğam məqamdır. Hər məqam müəyyən emosiyanı ifadə edir. Reqqidən başqa meyxana da var. Bu, Azərbaycan repidir. Ən məşhuru “Davay, dosvidaniya”dır.

Müxbir: Azərbaycanı anlamaq üçün onun təamlarını dadmaq lazımdır. Bakının ən yaxşı restoranlarından birində məni direktor müavini Elşad Nuriyev qarşılayır.

Elşad Nuriyev: Bizim restoranımızın sahəsi 5 min kvadratmetrdir. Bu, Cənubi Qafqazda, hətta deyərdim ki, Avropada ən böyük restorandır. Burada ət 28 gün saxlanılır, sonra doğranılıb bişirilərək qonaqlara verilir. Ən yaxşı şərablar bizim yerli şərablardır.

Müxbir: Azərbaycan şərabları?

Elşad Nuriyev: Əlbəttə, Azərbaycan şərabları.

Müxbir: Yaxşısı budur, bıçaqların haradan götürüldüyünü deyin. Bu nə nömrələrdir belə?

Elşad Nuriyev: Bu, qonaqların nömrəsidir.

Müxbir: Qonaq gəlir və onun şəxsi bıçağı var. Özündən və məndən başqa heç kim ona toxuna bilməz.

Elşad Nuriyev: Bizdə həmişə çox adam olur.

Müxbir: Bura ümumilikdə, nə qədər qonaq tutur?

Elşad Nuriyev: 1500.

Müxbir: Türk qəhvəsi. O, qum üzərində hazırlanır. Streployn, tinderloyn, ribay, lokum. Qurmanların ürəyi nə istəyirsə hamısı var. Kömək edəcəksiniz? Məni mətbəxdə çək. Bütün insanlar istirahət edir, mən isə yenə də mətbəxə gedirəm.

Restoranın əməkdaşı: Əvvəlcə, biz əti doğrayacağıq. Mən indi sadəcə Nüsrətəm. Baxın görün nə edirəm. Dadmaq lazımdır. Bax xidmət budur. Mənə sadəcə əti qızartmaq etibar olunub. Bunu bacarıram. İndi o, son ştrixi vuracaq. Sonuncu ştrix nədir? Əhsən.

Müxbir: Ən maraqlısı indidir. Dadmaq lazımdır.

Azərbaycan xörəklərinin 30-dan çox növü var. Düz deyirlər ki, Bakıda bütün mədəniyyətlərin mətbəxini dadmaq olar. Budur, indi türk paxlavası Azərbaycan süfrəsinə veriləcək. Ona mütləq qoz, sarıkök, badam, əncir əlavə edirlər. Bizdə isə desertdə həmişəki kimi konsertdir. Baxın, tarda “Kalinka”nı ifa edirlər. Bu yeganə alətdir ki, nə desən ifa etmək olar.

Azərbaycanın 60-dək musiqi aləti var. Ən sevimlisi Azərbaycan balalaykası tardır. Məlum oldu ki, “Kalinka” üçün tam münasibdir.

Azərbaycan - çox yaxın və özünəməxsus diyar. Biz onu tamamilə başqa cür gördük. Heyrətamiz torpaqdır. Ənənələrinə sadiq görünsə də, həm də yenilikləri ilə heyrətə gətirir. Burada innovasiyalara sərmayə qoyulur, bununla belə ənənəvi xəzinəni həssaslıqla qoruyurlar. Yola düşməzdən əvvəl, bir daha dənizkənarı bulvara getdik. Axı, Bakının qışı əslində Rusiyanın payızıdır. Xəzərdən külək əsir, yelkənli qayıqlar dənizə çıxır. Burada lap yaxında neft çıxarırlar. Amma inanın ki, Azərbaycanın ən əsas sərvəti bu deyil. Merci Baku.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ