Bazar ertəsi günü, 09 noyabr 2026
     

Laçın dağlarının səngərləri...

Image


Qədim oğuz-türk yurdları sırasında təbii səngər ocaqlarından biri olan Laçın nahiyəsinin mərkəzi əski Laçın kəndi (indiki yerdən 1 km aralıda) eyni adlı dağın ətəyində olub, yaşı e.ə. I minilliklə ölçülür. Şuşa-Gorus yolu üzərində Abdallar (qədim türk tayfalarının adını ifadə edir) kəndinin qovuşduğu yerdə idi, bu ərazidə XIV əsrə aid tapılan gümüş-bürünc pul sikkələri üzərindəki yazılar da (bu nümunələr Sankt-Peterburq şəhərində Ermitaj Dövlət Muzeyində saxlanılır) Laşın toponimindən xəbər verir.

1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasının Qızıltəpə (3183 m) və Böyük İşıqlı (3550 m) dağları ətəklərində, Qaragöl ətrafında, Minkənd, Hoçazsu və Həkəri çayları hövzəsində Laçın nahiyəsinin Əhmədli, Sadınlar, Mirik, Hacılar, Hocaz, Malıbəy, Qarıqışlaq, Ağanus, Zabux, Mığıdərə, Cicimli, Güləbird, Köhnəkənd, Alıcan... müsəlman-türk kəndlərinin dinc sakinlərinə qarşı hay-daşnak quldurları tərəfindən törədilən soyqırım qətliamları xüsusi amansızlıqla (bütöv Azərbaycan hüdudlarında eyni hay xislətinə uyğun olaraq) törədilib. Müsəlman-türk qanına susamış Q.Nijdenin (“bir günümüz türkə qarşı mübarizəsiz keçməməlidir”), A.Ozanyanın (“türkə xəyanət hər bir ermənin həyat amalıdır”), D.Kananyanın (“necə də nəşəlidir türkün öldürülməsi”)... rəhbərliyi ilə təlim görmüş nizami-təchizatlı silahlı birləşmələrin toplandığı Gorus-Qarakilsə və Qarabağ nahiyələrinin haylar məskunlaşan kəndlərindən ( (Dığ, Xənəzək, Gorunzur, Varatan, Vaxatin, Xoznavar, İşıqlı, Şəki, Avertanoz, Tağlar, Xocaberd, Arpagədik...) fasiləsiz olaraq hücumlar edilib. Qanlı-qadalı hücumlardan sığınmaq üçün əhali Həkəri çayı axarı boyunca Qubadlı nahiyəsinin yaxın kəndlərində (Muradxanlı, Xanlıq...) yerləşə biliblər.

Əsasən gecələr və qəflətən edilən basqınlarda xəstələr və yaşlılar, qadınlar və uşaqlar daha çox  işgəncələrə, dözülməz qətl hallarına məruz qalıblar, eyni zamanda əhalinin malı-mülkü qarət edilərək yağmalanıb, bütün tikililər isə yandırılaraq yerlə-yeksan edilib (“yerli əhali sonradan bu yurda-ocağa qayıda bilməsin, həmin ərazilərdə təkrar məskunlaşma olmasın”). Nümunə kimi, demək olar ki, Malıbəy kəndi yaxınlığında (2-3 km aralıda) Xanəgah dərəsində yerləşən Binəyeri kəndinə (50-ə qədər ev olub) hay quldurlarının 1905 və 1918-ci illərdə silahlı basqınından və yandırılmasından sonra əhali ora qayıda bilməyib, kənd xəritədən silinib. Bu barədə bu kənddə qaçqın həyatını yaşamış Alı Hüseynxan oğlu Hüseynov (1884-1946) danışıb. Oxşar vəziyyət Qarakilsə nahiyəsinin Şəki kəndində də olub. Belə ki, müsəlman-türk mənşəli bu kəndə 1905-1907-ci illərdə hay quldurlarının təcavüzü və işğalı nəticəsində əliyalın əhali “Eşşək meydanı”nı keçib Minkənd kəndində məskən salmışlar, bir daha doğma ocaqlarına qayıtmayıb (bu barədə Seyfi Şirin oğlu Məmmədquluyev (1884-1974) bildirib).

Gorus-Qarakilsə nahiyələrindən Zəngəzur qəzasının əhəmiyyətli Laçın nahiyəsinin batı hissəsindəki əsasən Cicimli, Minkənd, Güləbird və Əhmədli kəndlərinə edilən hücumlar “Eşşək meydanı”nda (Qarabağ dağlıq yaylasının 2000 m-lik hündürlüyündə, hayların yaşadıqları Dığ, Xənəzək (əslində bu kəndin adı Xanəgah olub), Gorunzur, Şəki... kəndlərinin yaxınlığında) yerləşdirdikləri toplarla birbaşa atəş açıblar. Düşmən qüvvələrinin cəbbəxanası Dığ və Gorunzur kəndlərində yerləşib. Bu hücumlar zamanı Cicimli və Güləbird kəndləri (quldurların qərargahından 5-15 km aralıda) ətrafında açıq səngər döyüşləri “Qazıdərəsi”ndə, Minkənd və Əhmədli kəndlərinə (hay cəbbəxanasından  30-35 km məsafədə) basqınlar zamanı Minkənd çayının hövzəsində baş verib. Göründüyü kimi, basqınlar iki istiqamətdən – həm Minkənd-Əhmədli, həm də Cicimli-Güləbird cəbhə xətti boyunca edilib.

Həmin illərdə nahiyənin əksər kəndlərində əsasən 40-80 ev  olsa da, ən böyük Minkənd kəndində 300-ə qədər “tüstülü”  idi (1990-cı il məlumatına görə bu kənddə 2116 nəfər əhali olmuşdur). Nahiyənin mərkəzindən (qədim Laçın dağındakı eyni adlı kənddən) şimal-qərbdə, 25 km-lik məsafədə, Fatmactəpə dağının (2328 m) ətəklərində, Minkənd çayından 1-2 km aralıda  yurdlanan Minkəndə, eləcə də ona qonşu kəndlərə (Qalaca, Bozlu, Quşçu...) hücumlar Kilsəli dağdan (2794 m) daha güclü olub. Bu yüksəklik düşmən mövqelərinin əsas istinadı idi (eləcə də dinc sakinlər bu tərəfdən hücumları gözləmirdilər).

Müsəlman-türk obalarının bu hissədən soyqırıma məruz qalması təsadüfi deyildi. Minkənd kəndində o illərdə 20-30 hay ailəsi yaşayırdı (o cümlədən, Zeyvə kəndində də). Onlar ətraf bölgənin kəşfiyyat məlumatları ilə quldur silahlı mərkəzləri illərlə fasiləsiz olaraq təmin etdiklərindən, nəticədə 1918-1920-ci illərdə ağır döyüşlərin və qətliamların qarşısının alınmasında, eləcə də  müqəddəs yurdların gavurlardan (murdar haylardan) təmizlənməsində, xilasında xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Muradovun (1871-1942), Azərbaycan Milli Ordusunun general-leytenantı Əliağa İsmayıl ağa oğlu Şıxlinskinin (1863-1943), Osmanlı Türkiyəsinin IV Ordusunun və 5-ci Qafqaz İslam Ordusunun misilsiz xidmətləri olub. Bu döyüşlərə ümumi rəhbərlik nahiyənin Qarıqışlaq kəndindəki qərargahdan olsa da, döyüş səngərlərinə Qaragöl (2658 m yüksəklikdə) ətrafında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının yataqlarında, Zabux çayı hövzəsində... rast gəlinib keçən əsrin 60-80-ci illərinədək.

Dığ-Gorunzur kəndləri hay-daşnak quldurlarının cəbbəxanası, hərbi təlim düşərgələrinin meydanı olub. Bu istiqamətdən həm Mirikənd-Malbəy xətti üzrə, həm də Güləbird-Cicimli kəndlərinə hücumlar edilib. Hər iki yerdə basqınlar dinc sakinlərin işgəncələrlə qətliamı ilə yanaşı, ayrı-ayrı tarixi-maddi irs nümunələrinin məhvinə də səbəb olub. Belə ki, Minkənd kəndi yaxınlığında eyni adlı çay üzərində 1-2 tağlı qədim daş körpü,  qədim alban məbədi, qoç-sanduqə qəbirləri dağıdılaraq məhv edilib. Quşçular kəndində XVII və Qarıqışlaq kəndində XVIII əsrlərə aid məbədlər dağıdılsa da, keçən əsrin  60-70-ci illərində hay ustalarının bu məbədlərdə təmir adı ilə etdiyi “əlavə və düzəlişlər” sayəsində artıq bu tarixi abidələr “erməni ünvanı” qazanıb. Bu cür milli faciələrimiz yaşı VIII-IX əsrə aid olan Ağoğlan məbədinə (yaxınlığında yerləşən hayəsilli Zeyvə kəndi yerləşir), eləcə də Sadınlar, Əhmədli, Katos, Mirik, Xoçaz... kəndlərində yerləşən maddi irs xəzinələrimizin taleyində də iz buraxıb.

Həkəri çayı hövzəsində yerləşən Qarıqışlaq kəndi həm də ətraf yerliözünümüdafiə qüvvələrinin qərargah mərkəzi kimi həmin dövrdə hərbi-siyasi əhəmiyyətə malik olub. Bu kəndin “Çinar qaya”, “Qızıl qaya” səngərləri döyüş və təlim yerləri idi. 1919-cu ilin əvvəllərində Qaragöl istiqamətindən 4-5 keçid yolundan bölgəyə daxil olan düşmən qüvvələrinin qarşısının alınması ilk dövrlərdə bu dəstələrə görə mümkün idi. Qarabağ üzrə Azərbaycan Milli Ordusunun qəhrəmanı Sultan bəy Muradov belə təhlükəli günlərin birində Qarıqışlaq kəndində müdafiə dəstələrini toplayaraq onlara müraciət edir:

- Qaragöl ətrafında düşmən qüvvələrinin yerləşmə mövqeyi barədə kəşfiyyat məlumatının əldə edilməsinə könüllü olaraq kimlər gedə bilər? Bu zaman Mişni kəndindən (ətraf kəndlərin dinc sakinləri bu kənddə sığınacaq tapmışdılar) olan Bəşir İbrahim oğlunun (1886-1956) 6 nəfərlik dəstəsi bu tapşırığı yerinə yetirir, nəticə də Sultan bəyin döyüşçü dəstələri (bu tərkibdə Mişni kəndindən Qarakişi Heydər oğlu (1895-1979), Əhməd Usub oğlu (1864-1920) da iştirak etmişlər) yüksək dağlıq mövqeyini ələ keçirə bilirlər.

Qarabağın dağlıq hissəsində yuvalanmış daşnak-hay quldurları Şuşa və Xocavənd nahiyələrinin bir neçə kəndi istiqamətindən (Qaladərəsi (sonralar Salatınkənd adlanıb), Arpagədik...) edilən hücumlarla daha çox nahiyənin Alışan, Ağanus, Fərəcan, Fətəlipəyə və Köhnəkənd kəndləri məruz qalıb. Şuşa nahiyəsinin Qaladərəsi kəndi ilə Ağanus kəndi arasında qanlı döyüş səngərlərinin izi hələ də qalmaqdadır. 1918-ci ilin sonlarında cəbhənin bu hissəsində (Şuşa və Əsgəran şəhərləri, Daşaltı kəndləri ətrafında) gedən döyüşlərdə 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri ilə birlikdə Laçın nahiyəsinin döyüşçüləri də yaxından iştirak ediblər.

Fətəlipəyə (əslində “Fətəli bəyin kəndi” deyilib, sonralar “bəy” sonluğu “pəyə” sözü ilə əvəz edilib) kəndi Həkəri çayının sağ sahilində yerləşməklə, Gorus-Şuşa yolunda Zabux kəndi ilə eyni strateji əhəmiyyət daşıyıb. Buna görə də hay daşnaklarının bu hissəyə basqını qanlı-qadalı olaylarla sonuclanıb. 1918-ci ildə bu kənddə 30 ev, qonşu Ərəb və Unannovuda (bu toponim e.ə. I minillikdə bu bölgədə Roma-Yunan ordusu tərkibində döyüşən türkmənşəli hun tayfalarının adı ilə “Hun evi” sözündən yaranmışdır) 10-15 ev yandırılıb, dinc sakinləri qətlə yetirilib, sərvətləri talan edilərək aparılıb. Fətəlipəyə kəndi Şuşa qəzasının Qaladərəsi kəndi ilə (haylar yaşayan) qonşu olub, arada “Dikm daş” deyilən qayalıq vardı, hay quldurları məhz bu yerdən ətraf kəndlərə basqınlar edib, bu yerdə qədim alban xətti ilə həkk olunmuş  yazı və işarə nümunələrini çıxarılaraq aparılıb. Unannovu kəndindən Qaladərəsi istiqamətində (1,5 km aralıda) “Koroğlu qayası” həmin illərdə də yerli müdafiə dəstələrinin səngər yeri idi. Dərin, dibi meşə ilə örtülü idi, ordan axan kiçik çay Həkəri çayına qovuşurdu. O illərin qanlı-qadalı günlərində bu kəndlərin əhalisi də məhz “Dik daş”ın, “Koroğlu qayası”nın ətəklərində, eləcə də qonşu Qışlaq kəndindəki (15 km məsafədə) kahalarda sığınıblar. Səngər yerlərindən  “Tikanlı zəmi” (150 ha-a qədər, əkin yeri idi), “Ağanətapın düzü”, “Ağakişi bəyin yeri” (Ağanus kəndinə tərəf, 3-4 km-də) deyilən hissələrdə keçən əsrin 60-70-ci illərində çürümüş silah qalıqları tapılırdı, daşların altından.

Bu kəndlərə quldur qaşnakların basqını həm də Gorus nahiyəsindən edilirdi. Ən qanlı və şanlı səhifə isə zabux kəndi yaxınlığında Həkəri çayı dərəsində (dərənin sol çiynində Fətəlipəyə, sağ hissəsində Zabux kəndi yerləşir) olub ki, müqəddəs aşıq-ozan ruhu adına və canına qənim olmuş A.Ozanyanın 30 minə qədər leşi ora tökülmüş, düşmənə nəsilləri boyu ibrət (və türkə-müsəlman nifrət hissi kimi) dərsi olub. Fətəlipəyə kəndinin Həkəri çayı hissəsindəki qayanın dibi “Qıjılı şam” yeri adlanır ki, burdan da düşmən üzərinə həmlələr edilib. Yağı gavurlar isə öz toplarını Zabux-Laçın yolu üstündəki “Topatılan” deyilən yerdə (kənddən 1 km aralıda) quraraq ətrafı atəşə tutubdur. Həmin hadisələrin şahidi İsmayıl Hüseyn oğlu (1887-1947) söhbət edib ki, Ərəb kəndindən günbatan tərəfdə yerləşən Qamışlıq kəndini  (10 qədər ev olub) oda qaladıqlarından, əhalisini öldürdükdən sonra o kənd yer üzündən silinmiş oldu...

1980-ci illərdə Qaladərəsi kəndinin haylarından biri Fətəlipəyə kənd sakini Qarakişi İsmayıl oğlu Hüseynova (1930) deyib:

- Kaş bizim xalqlarımız da bizim kimi dost ola, amma bizimkilərdən gözüm su içmir, ağlım da bir şey kəsmir...   

Hay olsa da düz deyib...

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ