Bazar ertəsi günü, 09 noyabr 2026
     

Paşinyan diaspor dəstəyindən də əlini üzdü…

Image


İşğalçı Ermənistanda son günlərdə müşahidə olunan maraqlı proseslərdən biri də baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyana qarşı etiraz aksiyalırının artıq geniş vüsət almasıdır. Paşinyan hakimiyyətinin heç 8 ayı tamam olmamış başlanan aksiyalar ölkəyə yeni daxili ziddiyyətlər, çaxnaşmalar vəd edir.

Məsələ burasındadır ki, Ermənistanın üzləşdiyi böhrandan çıxması və ölkənin iqtisadi gələcəyi üzrə hansısa konsepsiya yoxdur. Ötən 8 ayda hansısa sosial probleminin həllini görməyən əhalidə Paşinyana qarşı artıq ciddi narazılıq baş qaldırır. Bu fonda etiraz aksiyaların genişlənməsi də özünü qabarıq şəkildə büruzə verir. Məsələn, Ermənistanın iri müəssisələrindən olan “Nairit” kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirərək pozulmuş hüquqlarının bərpasını tələb ediblər. Etirazçılar zavodun öz əməkdaşlarına 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər. Bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir. Etirazçılar heç yerdə iş tapa bilməmələrindən şikayətləniblər. İşğal altındakı Xankəndi şəhərində toplaşan bir qrup erməni isə sabiq prezident Robert Köçəryanın həbsinə etiraz edərək İrəvana yürüş elan edib. Bu fonda Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında yeni toqquşma da gözlənilir.

Ermənistanda Mədəniyyət və Diaspor nazirlikləri əməkdaşlarının da aksiyası artıq neçə gündür davam edir. Xatırladaq ki, həmin qurumların ləğv edilməsi qərarına qarşı tətil başlanıb. Buna səbəb bu günlərdə ölkədə aparılan hökumət islahatı nəticəsində mövcud 17 nazirlik əvəzinə 12 nazirliyin fəaliyyət göstərəcəyinin bildirilməsidir. Nikol  Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.

Elə bu fonda aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.

Sabiq prezident Serj Sariyasının sədri olduğu Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə hökumətin işinin optimallaşdırması layihəsini, xüsusən də Mədəniyyət Nazirliyinin ləğv edilməsinə görə tənqid edib. Aşotyan bununla bağlı olaraq Azərbaycandan YUNESKO səviyyəsində məğlubiyyət haqda da xatırladıb: “Yunanıstanda, İtaliyada və ya Serbiyada heç kəsin ağlına “mədəniyyəti bağlamaq” gəlməz. Erməni-Azərbaycan qarşıdurmasında biz bu il ən böyük zərbəni YUNESKO-da aldıq, o vaxt ki, bizimkilərin fəaliyyətsizliyinə və diletantlığına görə azərbaycanlılar özlərinin “köçəri”yə oxşar rəqsini qeydiyyata aldıra bildilər. Halbuki, keçən il bizim səylərimizlə “köçəri” artıq erməni qeyri-maddi mədəni irs nümunəsi kimi qeydə alınmışdı. Bu məsələdə ən təhlükəli məqam odur ki, azərbaycanlılar onu Naxçıvan ərazisindən rəqs kimi qeydə aldırdılar. Anlayırsınızmı nə baş verir?”. Qeyd edək ki, Azərbaycan milli rəqsləri “Yallı (Köçəri, Tənzərə) və Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu haqda qərar YUNESKO-nun noyabrın sonunda Port-Luidə keçirilmiş qeyri-maddi mirasın mühafizəsi üzrə Hökümətlərarası komitəsinin 13-cü sessiyasının gedişatında qəbul edilib. Bu, faktiki olaraq, bu rəqslərin Azərbaycana aid olduğunun tanınması deməkdir.

Azərbaycanın ərizəsi Mədəniyyət Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin birgə işi nəticəsində təqdim edilmişdi. Naxçıvanın təqdimatında əsas məqsəd Azərbaycanın bu qədim tarixi bölgəsinin əhalisinin ənənələri və folkloru haqqında dünyaya daha çox məlumat çatdırılmasına kömək etmək və bu ənənələri YUNESKO səviyyəsində qorumaq idi. Erməni tərəfi “Yalli” rəqsinin YUNESKO siyahısına daxil edilməsinə mane olmaq istədi, lakin bu təxribat cəhdinin qarşısı alındı. İndi belə bir vaxtda Ermənistanda Mədəniyyət Nazirliyinin ləğv edilməsini Aşotyan yeni problem kimi qiymətləndirir. Gözlənir ki, Mədəniyyət Nazirliyinin səlahiyyətləri Təhsil və Elm Nazirliyi ilə Şəhərsalma üzrə Komitə arasında qismən bölünəcək, Diaspora Nazirliyi isə ləğv ediləcək. Aşotyan bununla bağlı bildirib: “Təhsil və Elm Nazirliyi özü-özlüyündə saysız-hesabsız funksiyalarla fövqəladə yüklənmiş böyük bir qurumdur, gündüz və gecə işləyərək, öz funksiyalarını güclə yerinə yetirə bilir. O, şəxsiyyətlərdən asılı olmayaraq, yeni yükləri çəkə bilməyəcək”. Diaspora Nazirliyi haqqında danışarkən A.Aşotyan qeyd edib ki, o, iki əsas səbəbdən yaradılmışdı: birincisi, Xarici İşlər Nazirliyi diasporanın potensialını tamamilə reallaşdıra bilmirdi; ikincisi, bu, erməni-türk və erməni-Azərbaycan münasibətləri kontekstində çağırışlar nəzərə alınaraq, ciddi xarici siyasi sifariş idi. Amma görünən budur ki, Ermənistanın böyük sosial-iqtisadi problemləri dövlət qurumlarının saxlanmasına imkan vermir. Elə bu fonda İrəvan Bakıdan daha sərt zərbələr alacağından ehtiyat edir. Ermənistanda kritik iqtisadi vəziyyəti nəzərə alan ekspertlər qarşıdakı dövr ərzində ölkəni daha böyük sarsıntılar gözlədyini proqnozlaşdırır. Elə bu vəziyyət də Paşinyan üçün indidən ciddi problemə çevrilib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ