Müəyyən bəzi xarici dairələr tərəfindən Azərbaycana qarşı qərəzli addımlar atılması artıq heç kimdə təəccüb ldoğurmur. Çünki ölkəmizdə dinamik inkişafa, əldə edilən nailiyyətlərə ötən dövr ərzində kifayət qədər qərəzli yanaşma olub.
Qərbin ölkəmizə qaşı olan müəyyən dairələri və erməni mənbələrindən maliyyələşdirilərək, eləcə də təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasının davamlı xarakter daşımasına baxmayaraq, o, hər zaman iflasa uğrayıb. Azərbaycanda sürətli, davamlı inkişafı yeni nailiyyətlərlə daha da zənginləşib.
Bununla yanaşı, Avropanın bir sıra nəşrlərində Azərbaycana qarşı qarayaxma, ləkələmə kampaniyası, uydurmalar və iftiralar davam edib. Növbəti belə uydurmaya Böyük Britaniyanın “The Guardian” qəzeti imza atıb. “The Guardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı verilmiş material el əilk baxışdan görünür ki, iftira və böhtan xarakterlidir. Məhz bu səbəbdəndir ki, məqalədə irəli sürülən iddiaların hər biri növbəti qarayaxma kampaniyası olaraq qəbul edilir. Azərbaycan əleyhinə təbliğat kampaniyasının müəyyən hissəsi də sayıla bilən bu yazı bütövlükdə ölkəmizin ünvanına şər-böhtan, iftira kimi də qiymətləndirilə bilər.
O da məlum həqiqətdir ki, indi bütün sahələrdə Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Hətta Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri kimi qəbul edilir. Bundan başqa, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq formatlarını irəli sürür və geniş dəstək qazanır. Bütün bunlar Avropada yüksək qiymətləndirilir. Amma qərəzli dairələr yenə öz əməllərindən qalmayaraq, Azərbaycana qarşı iftira yağdırırlar. Elə “The Guardian” nəşrində sələnən iftiralar da məhz bu qəbildəndir. Qeyd edək ki, belə qarayaxmalar daha öncə də müxtəlif xarici KİV-lər tərəfindən irəli sürülmüş, lakin təsdiqini tapmamışdı. Lakin bütün bunların Azərbaycanı yolundan döndərə biləcəyini düşünənlər böyük səhv edirlər. Necə deyərlər yalan ayaq tutur, ancaq yerimir. Həmişə olduğu kimi Azərbaycan rəhbərliyi qətiyyətlə inkişaf kursunu həyata keçirməkdədir.
Digər tərəfdən bu qərəzin arxasında geosiyasi səbəblər görənlər də az deyil. Məlumdur ki, son dövrlərdə Azərbaycan regionda mövqeyini daha da möhkəmləndirir, Rusiya, Türkiyə, İran kimi bölgə dövlətləri ilə əlaqələrini daha yüksək səviyyəyə çatdırır. Amma qərbdə buna qısqanclıqla yanaşanlar da tapılılr. Ekspertlərin fikrincə, indi “The Guardian” nəşrində verilən yazı müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycana qarşı həm də bir qar apiardır. Lakin bütün bunlara rəğmən, Bakının region dövlətləri, o cümlədən Rusiya və MDB ölkələri, Türkiyə, İran və digərləri ilə günü-gündən inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələri davam edəcək. Buna kimsənin əngəl olması da mümkün deyil. Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən “The Guardian”ın cəhdləri iflasa məhkumdur. Faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi, yalanlar isə heç bir nəşrə, o cümlədən də “The Guardian” nəşrinə başucalığı gətirmir.
Tahir TAĞIYEV