Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ məsələsinin həllində Türkiyə-Rusiya-İran formatının iştirakı yenidən aktuallaşır

Image


Dünya geosiyasətində ən çox diqqət cəlb edən mühüm hadisələrdən biri də Birləşmiş Ştatların hərbi kontingentinin Suriyadan çıxarılmasıdır. Artıq Suriyadan amerikalı hərbçilərin qayıtması prosesinə başlanılıb.

Almaniyanın "Velt" qəzeti yazır ki,  ABŞ prezidenti Donald Trampın əsgərlərini Suriyadan çıxartma qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə etdiyi müqavilənin bir hissəsidir: “Türkiyə lideri Ərdoğanın Fəratın şərqinə əməliyyat təşkil edəcəklərini bildirməsi ABŞ-a ciddi təzyiq oldu. Tramp da belə bir vəziyyətdə Türkiyə və ABŞ ordusu arasında mümkün toqquşmadan qaçmaq üçün belə bir qərar vermək məcburiyyətində qaldı”. Donald Tramp isə qərarını onunla izah edir ki, ABŞ İŞİD-lə Suriyada vuruşmaq yerinə özünə diqqəti artırmalıdır: “Niyə biz Suriyada düşmənimizin xeyrinə savaşıb, İŞİD-çiləri Dəməşqə, Rusiyaya və İrana görə öldürməliyik? Ölkəmizə diqqət ayırmağın və gəncləri evlərinə gətirməyin vaxtı çatıb”.

Beləliklə, görünən budur ki, ABŞ rəsmən Suriyanı tərk edir. Sözügedən hadisədən sonra  bölgədə Türkiyənin, Rusiyanın, İranın mövqelərinin daha güclü hala gəlməsi isə qaçılmaz sayılır. Hər üç ölkənin öz istəyinə nail olması, hadisələri burada istədikləri şəklə salması gözlənilir. Belə vəziyyətdə maraq doğuran məqam Qafqaza da yaxın olan ölkələrin buradakı perspektiv addımlarıdır. Suriyadan sonra adı çəkilən üçlüyün Qafqazda da kifayət qədər fəallıq göstərməsini proqnozlaşdıran ekspertlərin sayı artır. Çünki Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra ABŞ-ın bölgədə xeyli fəallaşması müşahidə olunur. bu isə ən azından Rusiya və İran tərəfindən müsbət qarşılanmır. Türkiyə isə Qafqaz kimi önəmli bölgədə ABŞ-ın yox özünün söz sahibi olmasını istəyir. Məhz belə vəziyyətdə hər üç ölkənin Cənubi Qafqazda yaxın tezlikdə ABŞ-la daha sərt rəqabətinin başlanması gözlənilir. Belə vəziyyət öz növbsində regiondakı konfliktlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcək.

Ümumiyyətlə, artıq müəyyən müddətdir ki, səslənən fikirlərə görə, Türkiyənin, Rusiyanın, İranın vasitəçiliyi, bölgədə oynadığı rol nəticəsində Qarabğağ münaqişəsinin həllində nailiyyətlər əldə etmək mümkündür. Suriya məsələsində Türkiyə, İran və Rusiya arasında əməkdaşlığın formalaşması fonunda onların Qarabağ münaqişəsinin həllində effektiv rolu da istisna olunmur. Nəzərə alaq ki, Rusiya, Türkiyə, İran həm də Azərbaycan və Ermənistanla həmsərhəddirlər və coğrafi baxımdan da  Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər. Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenko da qeyd olunan xüsusda çox maraqlı fiikrlər səsləndirmişdi. O bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər: “Münaqişənin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün məcburi köçkünlərin qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir. Rusiya-Türkiyə-İran formatı buun realalşdırmağa qadirdir”.

Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyi təqdirdə Azərbaycan bu formatın konfliktin çözmünə cəlb olunmasında heç bir problem görmür. Burada onu da vurğulmaq lazım gəlir ki, əslində, belə format da indiki şərtlər daxilində Azərbaycanın istəklərindən çıxış etməyə məcburdur. Belə ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr indi sürətlə inkişaf edir və strateji xarakter daşıyır. Ankara da rəsmi Bakının strateji müttəfiqidir və Qarabağ məsələsində kifayət qədər aydın mövqe sahibidir. Bundan əlavə Rusiya və Türkiyə arasında əməkdaşlığın genişlənməsi də Azərbaycanı həmin ölkələr üçün daha mühüm tərəfdaşa çevirir. Artıq bölgədə Türkiyə-Rusiya-Azərbaycan üçbucağının formalaşması da diqqətdən yayınmır. Eyni sözləri İran barədə də demək olar. Bu gün Azərbaycan İran üçün ən mühüm tərəfdaşlardan biri statusunu daşıyır. Xüsusən də iqtisadi müsətvidə tərəfdaşların əməkdaşlığı genişlənir, regionda mühüm birgə iqtisadi layihələr həyata keçrilir.

Ermənistana gəlincə, Türkiyə-Rusiya-İran formatının bu ölkə ilə münasibətləri Azərbaycanla müqayisədə xeyli fərqlidir. Türkiyə-Ermənistan münasibətlərinin mövcud xaarkteri heç kimə sirr deyil və Ankara Qarabağ işğalına son qoyulmasından sonra İrəvanla münasibətlərin qurulmasını mümkün sayır. Rusiya isə artıq Ermənistanı əvvəlki müttəfiqi qismində görmür. Ermənistanın yeni hakimiyyəti Rusiyanı ümumiyyətlə, ölkə ərazilərindən çıxarmağa çalışır. Bununla da, Rusiyanın regiondakı nüfuzu hissediləcək dərəcədə azala bilər. Belə bir vəziyyətdə Rusiyanın əsas dayaq nöqtəsi balanslı siyasət yürüdən, öz milli maraqlarından çıxış edərək bütün güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən və onların maraqlarını da öz maraqları ilə uzlaşdıran Azərbaycanın mövqeyidir. İndiyə qədər Ermənistanla münasibətlərini möhkəmləndirən İrana qarşı da İrəvan xəyanətkar mövqe sərgiləyir. Bunun əsas səbəblərindən biri də odur ki, ABŞ Ermənistandan İrana qarşı onun yanında olmasını tələb edir və İərvan hələ də bu tələbdən imtina edə bilməyib. Digər tərəfdən məlumdur ki, İraqdan sonra dünyada ABŞ-ın ştat baxımından ən böyük səfirlik kompleksi məhz Ermənistandadır. Halbuki Birləşmiş Ştatlar üçün ilk baxışdan Ermənistan heç bir göstəricisi ilə cəlbedici sayıla bilməz. Çünki bu ölkə zəngin yeraltı sərvətlərə və digər üstünlüklərə malik deyil. Bu fonda aydın  görünür ki, Vaşinqtonun Ermənistanla bağlı daha maraqlı layihəsi mövcuddur və onu həyata keçirir.

Vaşinqtonda yerləşən Trumen adına Milli Siyasət Mərkəzi bu günlərdə “ABŞ-ın Ermənistanla münasibəti: Yaxın Şərqdə rəqibləri ilə qarşıdurmada gizli silaha malikdir” adlı hesabat yayıb. Mərkəzin əməkdaşı Daniel Qeynorun müəllifi olduğu sənəddə qeyd edilib ki, Ermənistan Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə sərhəddə yerləşir, Rusiya isə Ermənistanı hərbi sahədə dəstəkləyir. Bu isə ABŞ-a Ermənistandan bu ölkələrə qarşı casus dayağı kimi istifadə etməyə imkan verir. Ona görə də müəllif Ermənistanı “ABŞ-ın məxfi silahı” adlandırır. ABŞ-ın İrəvandakı səfirliyi isə diplomatik nümayəndəlikdən çox hərbi-kəşfiyyat mərkəzidir. ABŞ-ın casus şəbəkəsinə Ermənistandakı QHT sektoru yarıdm edir. Vaşinqton hər il Ermənistandakı QHT-lərə 250 milyon dollar məbləğində maliyyə vəsaiti ayrır. Belə vəziyyətdə ABŞ Ermənistandan İran əleyhiən istifadəsinin tədricən reallığa çevrilməsini Tehranda da yaxşı görürlər. Məhz bütün bunlar Türkiyə-Rusiya-İran formatı üçün İrəvanın mövqeyinin daha çox düşmənçilik üzərində qurulduğunu göstərir.

Aydındır ki, belə vəziyyətdə həmin ölkələrin Qarabağ məsəəlsində Azərbaycanı yanında yer alması artıq təbii xarakter almağa başlayır. İndi əksər araşdırmaçılara görə, Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Artıq o da qaçılmaz həqiqətdir ki, Yaxın Şərqdən sonra  Türkiyə-Rusiya-İran formatı Cənubi Qafqaz bölgəsində də real gücə çevrilir. Azərbaycan isə mövcud üçtərəfli formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Nəzərə alaq ki, onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmalarından narazıdır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstutunun eksperti Aleksey Fenenko isə məhz bu fonda hər iki dövlətin münaqişənin həllinə cəlb edilməsini mümkün və zəruri sayır: "Dağlıq Qarabağ problemini həll etmək üçün yeni platforma lazımdır. ATƏT-in Minsk Qrupu heç də həmişə nəticə vermir. İran və Türkiyənin iştirakı ilə yeni regional forum qurulsaydı, Qarabağ məsələsi həll edilə bilərdi". İndi prosesə Ankara və Tehranın qoşulması vəziyyəti dəyişə bilər. Eyni zamanda Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Lakin bunun üçün Suriyada ilk növbədə müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər. Hadisələrin isə artıq bu istiqamətdə inkişafı da diqqətdən yayınmır. Belə vəziyyət həm də Rusiya, Azərbaycan, Türkiyə və İran arasında dördtərəfli əməkdaşlıq üçün daha bir vacib platforma sayılır. Rusiya Dövlət Dumasının təmsilçisi Dmitri Savelyev də hesab edir ki,  Rusiya, Azərbaycan, Türkiyə və İran arasında dördtərəfli əməkdaşlıq regionda ən güclü potensiala malikdir. Onun sözlərinə görə, Avropa Türkiyənin Avropa İttifaqına daxil olmasına maneələr törətdiyi vaxtda Moskva Ankaraya Avrasiya İttifaqı ilə gömrük sazişi imzalamağı təklif edir: “Azərbaycan isə həm Türkiyənin uzunmüddətli strateji tərəfdaşı olduğu üçün, həm də Rusiya ilə sıx iqtisadi və tarixi əlaqələrə malik olduğu üçün Rusiya-Azərbaycan-Türkiyə üçbucağında qarşılıqlı səmərəli əməkdaşlıq imkanları yaranır. Daha bir geosiyasi vektor Rusiya-İran münasibətləridir.  Bu şəraitdə Azərbaycan İran və Rusiya ilə nəqliyyat infrastrukturu və Xəzərin statusu ilə bağlı məsələlərdə əməkdaşlığa maraq göstərir və beləliklə, rəsmi Bakı Rusiya-Azərbaycan-İran müstəvisində vacib iştirakçıya çevrilə bilər”. Aydındır ki, bu durum Ermənistanın bölgədə mövqelərinin daha da zəifləməsi və Qarabağ münaqişəsinin həllinin tezləşməsinə ciddi rəvac verəcək. Bu, həm də onunla şərtlənir ki, Ermənistan üzərində xarici təzyiqlər kifayət qədər artacaq və İrəvanın buna müqavimət göstərmək imkanları faktiki olaraq yoxdur. Elə bu da konfliktin dinc müstəvidə həllini tamamilə mümkün hala gətirir. Eyni zamanda belə vəziyyət Türkiyə-Rusiya-İran formatının bölgədə nüfuzunun daha da artmasını, mövqeyinin güclənməsini şərtləndirəcək və indiki halda həmin ölkələrin özləri də bu məsələdə kifayət qədər maraqlı tərəf kimi çıxış edirlər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ