Cümə axşamı günü, 22 oktyabr 2026
     

Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

Image


Dəyanət Osmanlı: “Aİ-də bu ölkənin müstəqil beynəlxalq siyasət yürütməsi digər bir sıra “ötkəm” üzvləri qane etmir”

Avropa İttifaqının (Aİ) Macarıstana qarşı tutduğu düşmən mövqe özünü son zamanlar daha qabarıq formada göstərməyə başlayıb. Aydın görünən odur ki, Aİ rəsmi Budapeştə qarşı siyasi təzyiqlərini artırır və ona qarşı ayrıseçkilik sərgiləyir.

Məlumdur ki, bir neçə gündür Macarıstanla Aİ-nin digər ölkələri arasında gərginlik artır.

İki gün əvvəl Almaniya və Fransa da daxil olmaqla 17 Aİ ölkəsi Avropa Komissiyasını LGBT-çilərin paradını qadağan edən qanunun qəbuluna görə Budapeşti cəzalandırmağa çağırıb.

Aİ ölkələrinin qəbul etdiyi bəyanatda deyilir: "Biz bununla bağlı Avropa Komissiyasının narahatlığını bölüşürük və bu addımlar (Macarıstan tərəfindən) müvafiq qaydada nəzərdən keçirilməsə, Komissiyanı sərəncamında olan bütün hüquqi sənədləri dərhal tətbiq etməyə çağırırıq".

Qeyd edək ki, bəyanatı Almaniya və Fransadan başqa, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Finlandiya, İspaniya, Hollandiya, İrlandiya, Portuqaliya, Sloveniya, İsveç və Lüksemburq imzalayıb.

Aİ-nin Avropa nazirləri çərşənbə axşamı Brüsseldə Macarıstanın Aİ qaydalarına riayət etməsini müzakirə ediblər və bir çox diplomatlar və siyasətçilər nəzəri olaraq Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməli olduğunu, amma praktikada bunun mümkün olmadığını söyləyiblər.

“Reuters” xəbər verir ki, Avropa İttifaqı məsələləri üzrə nazir Yanoş Boka isə “Macarıstanda qürurla bağlı heç bir qadağa yoxdur!”-deyə bildirib. “Politico”-nun Aİ strukturlarındakı anonim mənbələrinə görə, 19 ölkə səs birliyindən məhrumetmə prosedurunun işə salınmasının tərəfdarıdır. Ümumiyyətlə, Ukrayna müharibəsi zamanı bir çox nəşrlərin dəfələrlə yazdıqları kimi, Avropa Birliyində Orbanın davranışına qarşı qıcıq var. Bu ölkələr çalışırlar Macarıstanı Aİ-dən çıxarsınlar. Deyirlər ki, Macarıstanı Aİ üzvlüyündən tamamilə çıxarmaq üçün 26 ölkənin (27-ci ölkə Macarıstandır) hamısı səs verməlidir. Bu da mümkünsüzdür. Ən azı, Slovakiya bunun əleyhinə gedəcək. Ona görə də çalışırlar ki, Macarıstanı səsvermə hüququndan məhrum etsinlər. Proses bu istiqamətdə gedir. Macarıstan Aİ-də niyə belə təqib olunur?

“...Müxtəlif bəhanələrlə Macarıstanın iştirakını məhdudlaşdırmağa, yaxud səs hüququnu almağa çalışırlar”

“Borçalı” İçtimai Birliyinin rəhbəri, “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, Macarıstanın həyata keçirdiyi müstəqil siyasət Aİ-ni narahat edir, bu səbəbdən də müxtəlif bəhanələrlə rəsmi Budapeştə siyasi təzyiq göstərirlər.

“Macarıstan Avropa İttifaqında həmişə qətiyyətli və aşkar mövqeyi ilə seçilən və öz dövləti maraqlarını ön planda tutan dövlət olub. Bu gün də baş nazir Viktor Orbanın siyasi mövqeyi bəllidir. O, dünya ölkələrilə əməkdaşlıq məsələlərində həmin mövqeni nümayiş etdirir. Hazırda Macarıstan türk dövlətləri və başqa Aİ üzvü olmayan ölkələrlə strateji xarakter daşıyan sıx əlaqələr qurur. Aİ-də isə bu ölkənin müstəqil beynəlxalq siyasət yürütməsi digər bir sıra “ötkəm” üzvləri qane etmir. Ona görə də müxtəlif bəhanələrlə Macarıstanın iştirakını məhdudlaşdırmağa, yaxud səs hüququnu almağa çalışırlar.

Öncə Aİ fikir formalaşdırmağa başladı ki, guya Macarıstan İttifaqdan uzaqlaşmaq istəmir. Amma Viktor Orban bildirdi ki, məqsəd Avropa İttifaqından çıxmaq deyil, orada islahat aparmaqdır. Ancaq Aİ rəsmiləri Budapeştin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edirlər. Bu da Macarıstanın Aİ-də statusunun zəiflədilməsi üçün yetərli səbəb ola bilməz. Ancaq fikrimcə, Aİ-ni narahat edən əsas məsələlərdən biri də Macarıstanın Türk birliyinə inteqrasiyası olmaqla, getdikcə dünyada böyük gücə çevrilən Türkiyə ilə, bir yandan da ABŞ, Rusiya və Çinlə daha da yaxınlaşmasıdır.

Türkiyə Cumhurbaşqanı R.T.Ərdoğan Aİ rəsmilərinin Macarıstana yönəlik son həmlələrini kifayət qədər düzgün şərh edib: “NATO sammiti keçirilirdi. Ertəsi gün Orban, o cümlədən Moskvaya səfərinə görə çox tənqid olunmağa başladı. Cənab Orban Çinə səfər etdi və eyni şəkildə tənqid edildi. O, Şuşada keçirilən toplantıda da iştirak etdi və yenə tənqid atəşinə tutuldu. İndi onlar Macarıstanı Aİ-yə sədrlikdən necə uzaqlaşdırmağın yollarını düşünməyə çalışırlar. İndi biz səbrli olmalıyıq. Ümid edirəm ki, bu cür səbrlə yeri gələndə birlikdə lazım olan hər şeyi edəcəyik”.

Aİ uzun illərdir ki, əsaslı səbəb gətirmədən Türkiyənin üzvlük yollarını bağlayıb, ABŞ, Rusiya, Çinlə münasibətləri yaxşı deyil”.

D.Osmanlı vurğuladı ki, Ai-nin güclü Türkiyəyə məlum münasibətində hərbi, iqtisadi amillərlə yanaşı, deyərdim ki, üstüörtülü saxlanılan milli, dini amilləri də mövcuddur. “Onlar bilirlər ki, əgər Türkiyə Birliyə üzv olarsa, burada əsas nüfuz sahibinə çevriləcək. Ona görə, Ai rəsmiləri açıq-aşkar Türkiyənin yanında olan Macarıstanı, eyni zamanda ABŞ, Çin, Rusiya və digər ölkələrlə münasibətlərdə müstəqil addımlar atan, öz maraqlarını qoruyan Macarıstanı özlərinə uyğun hesab etmirlər” - deyə D.Osmanlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ