Bazar ertəsi günü, 17 avqust 2026
     

“İbrahim sazişləri”ndə iştirak Azərbaycana xeyli üstünlüklər qazandıra bilər... Amma və lakin....

Image


ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinin çox yaxın olduğunu deyib. Uitkoff bu barədə ABŞ-ın “Breitbart” xəbər saytına müsahibəsində danışıb: “Azərbaycan və Ermənistanla bağlı biz inanırıq ki, münaqişənin yekun həllinə - son razılaşmaya çox, çox yaxınlaşmışıq”.

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Bakı və İrəvanın “İbrahim sazişləri”nə qoşula biləcəyi ehtimalına da toxunub: “İnanıram ki, Azərbaycan və Ermənistan “İbrahim sazişləri”nə qoşulmağa hazır ola bilər. Bu, prezident Donald Tramp üçün böyük təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülh və sabitliyə kömək edir”. ABŞ rəsmisi, həmçinin yaxın gələcəkdə bir sıra ərəb ölkələrinin də İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş “İbrahim sazişləri”nə qoşulacağına ümid etdiyini qeyd edib: “Mənim proqnozum odur ki, nisbətən yaxın gələcəkdə Livan və hətta Suriya da “İbrahim sazişləri”nə qoşula bilər”. ekspertlər isə hesab edir ki, Ermənistandan fərqli olaraq Azərbaycanın “İbrahim sazişləri”nə qoşulma ehtimalı daha yüksəkdir. Çünki Azərbaycanın həm İsrail, həm də ərəb ölkələri ilə yaxşı münasibətləri var. Hələ bir müddət öncə ABŞ-ın “Forbes” jurnalı yazırdı ki, İsrail-Azərbaycan enerji alyansının gücləndirilməsi və Bakının “İbrahim sazişləri” çərçivəsinə daxil edilməsinə dair məlumatlar var. Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu il fevralın 18-də Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. “The Jerusalem Post” nəşri bu görüşü rəsmi Bakının “İbrahim sazişləri”nə qoşulması məsələsinin qeyri-rəsmi müzakirəsi kimi dəyərləndirmişdi. Digər tərəfdən, ABŞ-nin yəhudi icmasının 50-dən çox ravvini “İbrahim sazişlərinin genişləndirilməsi ilə bağlı prezident Donald Trampa müraciət ediblər. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi ilə qeyd olunub. Qeyd edək ki, “İbrahim sazişləri” 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə bir neçə müsəlman ölkəsi arasında imzalanmış diplomatik sazişlər paketidir. Bu sazişlər çərçivəsində İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə rəsmi diplomatik əlaqələr qurub. Belə ki, ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ilin avqustun 13-də İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında ilk normallaşma razılaşması elan olundu. Daha sonra anlaşmalara Bəhreyn, Sudan və Mərakeş də qoşuldu. Həmin ilin sentyabrın 15-də isə Ağ Evdə İsrail, BƏƏ və Bəhreyn arasında rəsmi imzalanma mərasimi baş tutdu. Dekabr ayında Mərakeş İsraillə ikitərəfli saziş imzaladı. 2021-ci ilin yanvarında isə Sudan İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılaşdı. Ümumiyyətlə, “İbrahim sazişləri” əsrin ən mühüm diplomatik təşəbbüslərindən biri kimi Yaxın Şərq və Şimali Afrikada qüvvələr balansını dəyişib. İsraillə bir sıra müsəlman dövlətləri arasında münasibətlərin normallaşması yalnız regional sabitlik üçün yeni perspektivlər açmayıb, eyni zamanda, qlobal iqtisadiyyata, siyasətə və təhlükəsizlik məsələlərinə də ciddi təsir göstərib. İndi “İbrahim sazişləri”nin miqyasının genişlənməsi ön plandadır. Ekspertlər qeyd edir ki, Azərbaycan xarici siyasətini balans və praqmatizm prinsipləri üzərində qurmağa üstünlük verir. Dini baxımdan dünyəvi müsəlman dövləti olan Azərbaycan İsraillə sıx strateji münasibətlərə malik olmaqla yanaşı, eyni zamanda bir çox ərəb ölkələri, İran, Türkiyə və Qərblə diplomatik dialoq kanallarını da qoruyur. Bu vəziyyət Bakıya regional proseslərdə vasitəçi kimi çıxış etmək imkanı yaradır və eyni zamanda böyük aktorlarla açıq qarşıdurmalardan yayınmağa şərait yaradır. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması təkcə diplomatik addım kimi dəyərləndirilə bilməz. Bu, bütöv bir regionun geosiyasi memarlığını yenidən formalaşdıran mühüm dönüş nöqtəsi olacaq. Bu qərar Bakıya yeni investisiya imkanları açacaq, Qərb və İsraillə hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirəcək və ölkənin Şərq ilə Qərb arasında mühüm strateji mərkəz kimi mövqeyini gücləndirəcək. ​

Xatırladaq ki, bir müddət öncə İsrail Knessetində “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin “İbrahim sazişləri” çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb. Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir. Söhbət Azadlığa Dəstək Aktına bədnam 907-ci düzəlişdən gedir. Öz növbəsində, İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir. Ölkəmizin “İbrahim sazişləri”nə qoşulması isə vəziyyəti daha sürətlə dəyişə bilər. Hər halda, Bakı prosesi yaxından izləyir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 16:45
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ