Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə parlament komissiyasının canlı efirində maraqlı açıqlamalarla çıxış edib. Keçmiş müdafiə naziri bildirib ki, Onik Qasparyan müharibənin üçüncü günü Təhlükəsizlik Şurasının iclasında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun hücumunu dayandıra bilməməsi barədə məlumat verib və müharibənin siyasi yolla dayandırılmalı olduğunu vurğulayıb. "Mən dəqiq xatırlayıram ki, belə bir söhbət Təhlükəsizlik Şurasının iclasında olub. Bu məruzəni bəyənib-bəyənməməyimdən asılı olmayaraq, yanaşmalarımızı həm baş nazirə, həm də Təhlükəsizlik Şurasına təqdim etməli idik",-deyə D. Tonoyan bildirib.
Mətləb