Məlum olduğu kimi, “Dİsney” şirkəti “Atatürk” serialının yayımından imtina edib.Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) sözçüsü Ömər Çelik məsələ barədə danışarkən bildirib ki, şirkət rəhbərliyinin erməni lobbisinin təzyiqinə boyun əyərək serialı platformadan qaldırması utancvericidir: “Sözügedən platformanın bu münasibəti Türkiyə Respublikasının və millətimizin dəyərlərinə hörmətsizlikdir. Daha əvvəl də müxtəlif məqamlarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”, - deyə AKP sözçüsü vurğulayıb.
Mətləb