Bazar ertəsi günü, 09 noyabr 2026
     

Fransa Nigerdən də biabırçı şəkildə qovuldu...

Image


Dünyanın diqqət mərkəzində yer alan Afrikanın zəngin ehtiyatalara malik Niger respublikasında baş verənlər həm də Fransanın burada növbəti uğursuzluğu kimi dəyərləndirilir. Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb.

Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb. Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır. Lakin onun idarəçiliyi ölkədə vəziyyəti daha da pisləşdirib.

İndiki halda Məhəmməd Bazumun vəzifədən getməsindən ən çox narahat olan elə Fransadır. Çünki Fransanın Nigerin təbii sərvətlərinə çıxış imkanı məhdudlaşdırılıb. Bu fonda qiyamçıların qurduğu “Vətənin Müdafiəsi üzrə Milli Şuranın” nümayəndəsi polkovnik Amadu Abdraman qeyd edib ki, Fransa və müttəfiqləri vəzifədən kənarlaşdırılan prezident Məhəmməd  Bazumu azad etmək məqsədilə hərbi əməliyyata başlamaq niyyətindədir. O, Nigerin sabiq xarici işlər naziri Asumi Masudunun prezident sarayına zərbə endirmək barədə Fransaya müraciətinin yer aldığı sənədi ələ keçirdiklərini bildirib. Amadu Abdramanın sözlərinə görə, Fransa Nigerə hərbi müdaxilə uçun imkan axtarır. Qiyam zamanı ölkə xaricində olan Asumi Masudun özünü Nigerin baş naziri vəzifələrinin müvəqqəti icraçısı elan etdiyi bildirilir. Qeyd edək ki, Nigerin paytaxtında Fransanın regiondakı ən iri aviabazası yerləşir. Orada 1,5 minə yaxın fransalı hərbçi dislokasiya olunub. Eyni zamanda, ölkə ərazisində Almaniya, İtaliya və ABŞ-a məxsus hərbi bazalar da mövcuddur. Nigerdəki ABŞ kontingentinin sayı min nəfərə çatır. Qiyamçılar bildirir ki, ölkə sərvətinin Fransa kimi dövlətlər tərəfindən istismarına yol vermək niyyətində deyillər. Bu fonda Nigerdə qiyamçılar Məhəmməd Bazuma yaxın siyasətçiləri həbs etməyə başlayıb. “Reuters” agentliyinin məlumatına görə, keçmiş partiyanın rəhbəri, həmçinin energetika və dağ-mədən sənayesi nazirləri həbs olunub. Hərbçilər hakimiyyəti ələ keçirməzdən əvvəl Bazumun lideri olduğu “Niger Demokratiya və Sosializm Partiyası – Taraya” parlamentdə çoxluq təşkil edirdi. Həbslər Qərbi Afrika İqtisadi Birliyinin fövqəladə sammitinin bir həftə ərzində Nigerin konstitusiya quruluşunu bərpa etmək barədə qiyamçılara müraciəti fonunda aparılır. Qərbi Afrika İqtisadi Birliyinin rəhbəri Ömər Alle Ture qeyd edib ki, Nigerdə üsyan qaldıran hərbçilərin Prezident Məhəmməd Bazumu azad etmək və konstitusiya nizamını bərpa etmək üçün bir həftə vaxtı var. Əks halda təşkilat hərbi tədbirlərə əl atmaq məcburiyyətində qalacaq: "Hakimiyyətin tələbləri bir həftə ərzində yerinə yetirilmədiyi təqdirdə konstitusiya quruluşunun bərpası üçün lazım olan bütün tədbirləri görüləcək. Bu cür tədbirlərə güc tətbiqi də daxil ola bilər". Belə vəziyyətdə Nigerdə ​​minlərlə insan Qərbi Afrika İqtisadi Birliyinə qarşı keçirilən aksiyada iştirak edib. Etirazçılar Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi əleyhinə şüarlar səsləndiriblər. Onların bəziləri Rusiya bayraqlarını dalğalandırıb.

Buna paralel olaraq, Nigerin paytaxtı Niameydəki Fransa səfirliyi qarşısında böyük nümayiş keçirilib. Məlumata görə, minlərlə insan səfirliyin qarşısına müxtəlif şüarlar, o cümlədən “Rədd olsun Fransa!” şüarını səsləndirib. Etirazçılar Paris əleyhinə çox sayda plakatlar qaldırıblar. Bildirilir ki, yerli əhali diplomatik nümayəndəliyin qapısındakı “Fransa səfirliyi” lövhəsini qoparıb və onun ərazisinə daxil olmağa cəhd ediblər. Etirazçılar həmçinin iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbçilərə dəstək verdiklərini bəyan ediblər. Niger artıq Fransaya uran və qızıl ixracını dayandırıb. Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib. Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə ​​uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 40%-i Nigerdən gətirilib.  Nigerin müxalifət partiyası olan “Afrika Federasiyası Uğrunda Niger Demokratik Hərəkatı” çevriliş iştirakçılarının yaratdığı şuraya dəstək verib. Partiya qeyd edib ki, üsyançıların niyyətlərini proqnozlaşdırmaq mümkün deyil, lakin onun üzvlərinin vəziyyətin sülh yolu ilə həll etmək istəklərini alqışlayırlar: “Buna görə də hərbçiləri dəstəkləyirik “Vətənin Müdafiəsi üzrə Milli Şura”  Nigerdə ​​hakimiyyəti ələ keçirməyə vadar edən səbəblərə sadiq qaldığı müddətcə Afrika ölkəsinin xalqını onlara dəstək olmağa dəvət edirik”. Rusiyalı politoloq Sergey Markov  baş verənləri belə şərh edir: “Fransanın başçılıq etdiyi Qərbi Afrika ölkələrinin koalisiyası Nigerin yeni hərbi hökumətinə ultimatum verib. Onlar devrilmiş korrupsioner fransayönlü antirusiya siyasəti aparan (o, Rusiyada Afrika haqqında foruma gəlməyən 5 ölkədən biridir) Nigerin keçmiş prezidentinin hakimiyyətinin bərpasını tələb edirlər. Bir həftə vaxt veriblər. Nigerin yeni hakimiyyət orqanları ultimatuma cavab olaraq, Fransaya uran və qızıl tədarükünə embarqo elan ediblər. Fransa uranın 40%-ni Nigerdən alır və atom elektrik stansiyaları Fransanın elektrik enerjisinin 60%-ni təmin edir. Çad prezidenti Nigerə gedərək devrilmiş korrupsioner prezident və yeni hakimiyyət orqanları ilə görüşüb. Kompromis axtarırlar. Nigerdə ​​hərbi bazalarda 1500 fransız və 1000 ABŞ hərbçisi var. Fransa təcili olaraq Qərbi Afrika ölkələri, orada olan fransız qoşunları və ola bilsin ki, ABŞ-ın iştirakı ilə Nigerə qarşı hərbi müdaxiləyə hazırlaşır. Niger ordusu həm də ona görə güclüdür ki, onlar uzun illər cihadçılara qarşı vuruşublar. “Vaqner” artıq Nigerdə ​​görünə bilər”. Artıq Nigerdə 26 iyul dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirən hərbçilər qonşu ölkələrə xəbərdarlıq edib. Milli Şuranın sözçüsü polkovnik Amadu Abdraman bildirib ki, ordu ölkəni xarici müdaxilədən qorumaqda qərarlıdır. Bunlar fonunda ən çox narahat olan isə Nigerdən də qovulmaqda olan Fransadır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ