Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Azərbaycanlılara qarşı törədilən cinayətlərin iştirakçıları cəzasız qalmamalıdırlar” - Vüqar Rəhimzadə

Image


Prezident İlham Əliyevin “Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq” çağırışı keçilən yolun, eyni zamanda, Azərbaycanın hər bir hədəfə zamanında nail olmasının təqdimatıdır.

Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqların müəllifi kimi dünyanın diqqətindədir. Bu reallıqların mühüm tərkib hissələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, digər mühüm tərəfi isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə təklif edilən sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın sülh təklifi həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. 30 illik işğal dövründə ermənilərin törətdikləri faciələrə, ən əsası sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması nəticəsində 3 mindən artıq şəhidimizin olmasına baxmayaraq, Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Təbii ki, bu təklif heç zaman bu anlama gəlmir ki, xalqımız yaşananları unudub, yaxud unudacaq. Amma regionda davamlı sülhün təmin edilməsi üçün belə bir addımın atılması qaçılmazdır. Amma Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığı göz qabağındadır. Hazırda günün əsas müzakirə mövzularından olan “humanitar yardım” böhranı şousu da bunun təsdiqidir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu kimi məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha bugünlərdə 49 ölkədən 150 qonağın iştirak etdiyi Şuşa Qlobal Media Forumunda açıqladı. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasını postmünaqişə dövründə mühüm mərhələ kimi dəyərləndirən Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın atılmasını şərtləndirən amilləri də diqqətə çatdırdı.

Reallıq budur ki, Azərbaycanın öz suveren ərazisində Laçın sərhəd-buraxılış məntəqəsini qurması qanunsuz silah daşınmasının qarşısını almaqla yanaşı, terrorçuların qanun qarşısında cavab verməsini də təmin edəcək. Bunu son günlərin hadisələri də təsdiqləyir. Aprelin 23-də yaradılan buraxılış keçid məntəqəsindən istifadə iyunun 15-də Ermənistanın növbəti təxribatı nəticəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra dayandırıldı. Vəziyyəti  siyasiləşdirməyə çalışan Ermənistan Xankəndidə guya “humanitar böhran” yarandığını iddia edərək Azərbaycanın ədalətli mövqeyini  dünyaya öz maraqları baxımından çatdırmağa çalışır. Bu mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan Xankəndidə yaşayan ermənilərin ehtiyaclarının ödənilməsi üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, Ermənistan bununla razılaşmır. Bu, artıq işğalçı dövlətin məqsəd-məramının nədən ibarət olduğunu açıqlamaqla yanaşı, “humanitar böhran” yalanını da ifşa edir.

Baş redaktor onu da əlavə edib ki, Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın sərhəd-buraxılış məntəqəsindən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq faktlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün Laçın keçid məntəqəsini açıq saxlayır. İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı İlham Əliyevə telefon zəngində də əsas müzakirə olunan məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət oldu. Prezident İlham Əliyev bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərilməsi diqqətə çatdırılaraq o da əlavə edildi ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxır. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına maneçilik törətməyə çalışması qəbuledilməzdir.  Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlıdır və  bu məqsədlə Xocalıda birinci görüş keçirildi. İkinci görüş üçün isə Azərbaycan təklifini təqdim edib.

Vüqar Rəhimzadə bildirib ki, bunları qeyd etməkdə məqsədimiz bəllidir. Bu gün Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularına dəstək verərək Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini arxa plana keçirməyə çalışan bəzi qüvvələrə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırlatmaq məcburiyyətindəyik. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun davamı olaraq 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın digər ərazilərini - Gəncə şəhərini, Bərdə və Tərtər rayonlarını raket atəşinə tutaraq törətdikləri terror hadisələrini xatırlasalar daha yaxşı olar. Dünya erməni vəhşiliyinin nümunəsi olan Xocalı soyqırımına göz yumdu. Hansı ki, Azərbaycan dövləti illərdir bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində səy göstərir. Rəsmi Bakı ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa çağırışlar edir. 30 illik işğal dövründə ermənilər Azərbaycan torpaqlarını xarabalığa çevirdilər, tarixi və dini abidələrimizi yerlə-yeksan etdilər. Məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqına deyil, ümumilikdə islam dünyasına hörmətsizlik etdilər. Hansı ki, bu gün İran Ermənistanın ən yaxın dostlarından biridir. İşğal dövründə Azərbaycanın sərvətləri talan edildi. Dünya yenə də seyrçi mövqedə dayanmaqda davam etdi. Amma bu gün erməni yalanlarını həqiqət kimi qəbul edən bəzi qüvvələr dərhal münasibət bildirir, regionda gərginliyin aradan qaldırılmasından bəhs edərkən Ermənistanın törətdiyi təxribatlardan yan keçərək çağırışlarının ünvanlarını sadəcə ümumi şəkildə ifadə edirlər.

Vüqar Rəhimzadə bu günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi ilə müalicə üçün İrəvana getmək istəyən, terrorçu Vaqif  Xaçaturyanın Laçın keçid məntəqəsində  saxlanılmasına münasibətində bildirib ki, bu, bir daha 30 ildə azərbaycanlılara  qarşı qətliamlar törədənlərin hər birinin cəzalandırılacağını göstərir. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla, eyni zamanda, növbəti mərhələlərdə Ermənistanda baş qaldıran revanşist qüvvələrə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları ilə dərs verməklə gələcək üçün mesajlarını çatdırdı. Azərbaycana və azərbaycanlılara qarşı törədilən vəhşiliklərin, təxribatların iştirakçıları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ