çərşənbə günü, 09 sentyabr 2026
     

XİN-dən Ermənistana qəti cavab - hərbi cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün tədbirlər davam edəcək

Image


Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində deyilir.

"Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində 29 iyul tarixində Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.

Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.

Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Bununla əlaqədar, sərhəd buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.

Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir.

Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.

Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək", - deyə şərhdə bildirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09.09.2026 / 12:05
"Azərbaycan Xəzər dənizinin geri çəkilməsini aydın şəkildə müşahidə edir" - Ceyhun Bayramov

09.09.2026 / 11:58
Ukraynaya Rusiyanın ən böyük limanındakı yanacaq neft terminalına zərbə endirdi...

09.09.2026 / 11:51
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir

09.09.2026 / 11:19
İran ABŞ-ın ən müasir ağıllı və pilotsuz sualtı qayığını ələ keçirdi…

09.09.2026 / 11:05
İşə düzəltmək adı altında dələduzluq edən şəxs yaxalandı...

09.09.2026 / 10:50
Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

09.09.2026 / 10:41
Rüşvətlə saxta əlillik sənədləri düzəldən özəl klinika rəhbəri və sahə həkimi həbs edildi

09.09.2026 / 10:17
Rubiodan İrana xəbərdarlıq - ABŞ-a hər hücumda neft tankerlərinizi itirəcəksiniz

09.09.2026 / 10:01
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü

09.09.2026 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib - FOTO

09.09.2026 / 09:40
Zərdabda minik avtomobili traktorla toqquşdu, 5 nəfər öldü - DYP hərəkət iştirakçılarına müraciət etdi...

09.09.2026 / 09:36
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimlərinin Xankəndiyə səfəri başlayıb

09.09.2026 / 09:12
Hörmüz boğazında gərginlik artdı - Onlarla gəmi hücuma məruz qaldı, iki ABŞ gəmisi vuruldu…

09.09.2026 / 08:50
ABŞ beş İran neft tankerini vurdu…

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

08.09.2026 / 17:18
"Ermənistan olduqca təhlükəli oyun oynayır" - Rusiya-Ermənistan münasibətlərinin gələcəyi qaranlıqdır...

08.09.2026 / 17:10
Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Bakıya dəvət etdi

08.09.2026 / 16:58
Sputnik Armeniya Azərbaycanın Söyüdlü qızıl yatağına qarşı informasiya təxribatı törədir...

08.09.2026 / 16:54
ABŞ istehlakçıları Trampın müharibəsinə görə yanacağa əlavə 100 milyard dollar xərcləyiblər...

08.09.2026 / 16:51
Azərbaycanda dedollarlaşma davam edir, amma...

08.09.2026 / 16:42
Putin-Paşinyan görüşü referenduma görə olduqca gərgin keçəcək - baş tutsa...

08.09.2026 / 16:25
Avtoşluq edən sürücü 25 sutka həbs aldı, sürücülük hüququ da məhdudlaşdırıldı

08.09.2026 / 16:12
Modelyer Leyla Əhmədova həbs edildi

08.09.2026 / 15:58
4 manat subsidiya bahalı ət problemini həll edə bilər?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ