Separatçıların oyuncaq "prezidenti" dünən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Okampoya məktub yazıb. Məktubun məzmununa qayıdacam. Öncə onun hərəkətinə niyə "məktub diplomatiyası" deyilməsini izah edim.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Dünya tanınmışlarına məktub yazmaq Araikin şakərinə çevrilib. Bir neçə ay öncə Putinə məktub yazmışdı. Heç bir cavab ala bilmədi. Bu ayın 15-də Şarl Mişelə yazmışdı, bu məktubu Baş nazir Paşinyan ünvana çatdırmışdı. Buna da cavab verilmədi. Ancaq Mişelin elə həmin gün verdiyi "biz Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyası altında yaşamasını müzakirə etdik" bəyanatı elə Araikə cavab da sayıla bilər. Bundan əvvəl Araikin bir qrup ABŞ konqresmeninə müraciət etdiyi də məlumdur...
Araikin "məktublar diplomatiyasının" sonuncu "incisinə" baxaq. Araik Qarabağın "blokadası" ilə bağlı Okampoya 3 sual verib. Təxminən bu 3 sualı özündə ehtiva edən iddia ilə Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə bir neçə dəfə müraciət edib və bu ilin 22 fevral və 6 iyulunda rədd cavabı alıb. Odur ki, həmin mənasız sualların üstündə dayanmayaq. Araikin məktubunun ən "şedevr" hissəsi onun BSU-nun həbs orderi imzaladığı Sudan prezidentini nümunə göstərməsidir. Sual olunur ki, BSU yalnız Sudan prezidentinə həbs orderi verib? Araik düz adamdırsa BSU-nun həbs orderi verdiyi Putini niyə nümunə çəkmir? Hər halda Okampo da Araikin məktubunu oxuyandan sonra bu sualları verəcək və böyük ehtimalla demək olar ki, Araikin 2 standartlı şəxs olduğunu düşünərək onun məktubuna cavab verməyi lüzumsuz hesab edəcək...
"Məktublar diplomatiyası" yəqin ki, bununla da bitər...
Tahir TAĞIYEV