Cümə axşamı günü, 01 oktyabr 2026
     

Bakı və Moskvanın Zəngəzur dəhlizi ilə bağlı vahid mövqeyi Ermənistanda böyük xof yaradıb

Image


Postmüharibə dövründə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, yenilərinin yaradılması Azərbaycan üçün prioritet istiqamətlər sırasında yer alır. Elə bu fonda ölkəmiz qeyd edilən istiqamətdə zəruri addımlar atır. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasına hesablanan fəaliyyətdir.

Ümumiyyətlə, nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənir. Bu, prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşündə səslənən fikirlər, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizdə olarkən verdiyi bəyanatlar kontekstində özünü qabarıq şəkildə büruzə verdi. Elə prezident İlham Əliyevin Vladimir Putinlə görüşdə bəyan etdiyi kimi Azərbaycan münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsinə çalışır və bunun üçün əzmkarlıq göstərir. Azərbaycanın regionda əməkdaşlıq üçün vacib istiqamətlərdən biri hesab edilən nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı fəaliyyəti həm də bu məqsədə hesablanıb. Ölkəmizin bu yanaşması Rusiya, eləcə də Avropa İttifaqı tərəfindən də tam dəstəklənir. Azərbaycanın Avrasiyada mühüm tranzit qovşaqlarından  biri olması yenə həm Rusiya, həm də Avropa İttifaqı tərəfindən nəzərə alınır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın tranzit imkanlarının daha da yüksəlməsinə gətirib çıxaracaq. Elə bu da Rusiya və Avropa İttifaqını Azərbaycanla nəqliyyat sektorunda daha sıx əməkdaşlıq əlaqələri qurmağa meylləndirir. Eyni zamanda Rusiya və Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasını istəyir. Yaxın tezlikdə Rusiyadan Azərbaycana gələcək geniştərkibli nümayəndə heyətinin ölkəmizdə müzakirə edəcəyə əsas məsələlərdən biri məhz nəqliyyat və infrastrukturla bağlı olacaq. Bura Zəngəzur dəhlizinin açılması da daxildir. Sözügedən dəhliz Rusiya üçün də böyük əhəmiyyət kəsb edir. Bu da Ermənistanın dəhlizlə bağlı müqavimət imkanlarını heçə endirir. Bununla bağlı Azərbaycan Televiziyasına müsahibəsində  prezident İlham Əliyev qeyd edir: “Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinlə görüşdə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir. Dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib, halbuki müharibədən dərhal sonra buna etiraz edirdi. Mən deyirdim ki, biz onları məcbur edəcəyik, bəziləri bunu təhdid kimi qəbul edirdi. Amma mən nəzərdə tuturdum ki, biz onları o mənada inandıracağıq. Ancaq avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış bəyannaməyə ziddir. Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır - dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz. Bu məsələ ilə bağlı Rusiya prezidenti ilə fikir mübadiləsi apardıq və hesab edirəm ki, növbəti mərhələdə İrəvandan daha ümidverici xəbərlər gələcək. Üçtərəfli işçi qrupuna Ermənistan elə bil ki, müvəqqəti olaraq son qoydu. İyunun əvvəlindən bu işçi qrup yığışmır. Rusiyanın Baş nazirinin müavini Ermənistana, Azərbaycana səfərlər edir və məsələləri ikitərəfli formatda müzakirə edir. Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”. Erməni politoloq Suren Sarkisyan qeyd edir ki, Bakı yenə istəyinə çatacaq: “Zəngəzurdan keçən, Azərbaycanı Naxçıvan, xüsusən də Türkiyə ilə birləşdirəcək dəhliz regional təhlükəsizlik baxımından ciddi təsirə malik olacaq. Burada ən vacibi odur ki, bu dəhlizin təhlükəsizliyinin zəmanətçisi kim olacaq. Çətin ki, biz olaq. Ya ruslar, ya da türklər olacaqlar. Və bu dəhliz hələlik olmadığı üçün düşünürəm ki, hələlik bunu kimin qoşununun edəcəyinə dair son razılaşma yoxdur.
Putinin bizi ağrılı güzəştlərə hazırlaması bu və ya digər şəkildə demarkasiya işlərinə paralel olaraq dəhliz olacağı deməkdir”. Digər ekspert Emma Beqidcanyan isə qeyd edir: “Üçtərəfli bəyanatı ilk gün oxuyanda bir şey gözümə sataşdı, orada Rusiyanın 5 illik nəzarəti altında polifunksional yolun çəkilməsi və açılmasından bəhs edilirdi. Türkiyə və Azərbaycan bunun dəhliz olduğunu bəyan edirlər. Əgər bu, Mqer Qriqoryanın (baş nazirin müavini) dediyi kimi Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya gedən yoldursa, o zaman belə çıxır ki, Rusiya maşın və qatarların təhlükəsizliyini həm də Azərbaycan ərazisində təmin etməlidir. Amma əgər sən dəhliz verirsənsə, demək ki, öz ərazini başqasının nəzarətinə verirsən. Yeganə qəbul olunan variant yolun Ermənistanın yurisdiksiyasında və nəzarətində olmasıdır. Bax bu, yol deməkdir, amma bəyanatda yazılan yol deyil. İran bu dəhlizdən narahatdır və onlar bizdən çox bilirlər. Onlar dəfələrlə bəyan ediblər ki, bu, onlar üçün qırmızı xəttdir, amma İranın özü belə bu istiqamətdə ciddi addımlar atmaq vəziyyətində deyil. İndiki situasiyada edə biləcəyimiz yeganə şey bizim nəzarətimizdə tranzit yoluna yükləri yoxlamaq haqqı ilə izn vermək ola bilər”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ