Bazar ertəsi günü, 05 oktyabr 2026
     

10-cu - Uluslararası Türk Dünyası Şeir və Muzik Festivalı başa çatdı - FOTO

Image


2025-ci il aprel ayının 22-28-i arası Qazaxıstan Respublikasının Almatı şəhərində Çukurova Ədəbiyyatçılar Dərnəyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstan Mədəniyyət Nazirliyi və "Muxali” İctimai Fondunun birgə düzənlədiyi X Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında iştirak etdik.

Festivalda Qazaxıstan nümayəndələri ilə yanaşı Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Şərqi Türküstan (ÇXR), Tacikistan və digər ölkələrdən təmsilçilər vardı.

Festival Muqali Bahadırın (Bu arada Muqali haqqında ilk dəfə bu festivala görə kiçik araşdırma edib, Çingiz Xanın 4 əsas generalından biri və danışmanı (katibi) olduğunu, 52-53 yaş yaşamasına baxmayaraq çox sayda fəthlərə imza atdığını öyrənmiş oldum. Ədəbiyyatla, sənətlə əlaqəsi olmasa da, görünür o qədim türk torpaqlarının tarixi simalarından biri olduğu üçün festivalın bir hissəsi onun adı ilə əlaqələndırılmişdi.) anadan olmasının 855 illiyinə, Qazax dövlətçiliyinin yaranmasının 800 illiyinə; Qazax şairi, yazıçısı, bəstəkarı, folklorşünası ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin anadan olmasının 180 illiyinə həsr olunmuşdu.

Festival günlərində maraqlı rəsm sərgiləri (Azərbaycan və Özbəkistan rəssamları), kitab təqdimatları, çıxışlar, gəzilər oldu. Festivalın sonuncu günü - Qala gecəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev də iştirak etdi, olduqca inamlı, dəyərli fikirlər söylədi və ürəkdən gələn xoş arzularla hamını salamladı. Azərbaycandan festivala qatılan 31 nmayəndə heyəti müxtəlif hədiyyələr və medallarla təltif olundular. 2007ci-ildə əziz atam şair,jurnalist Cavad Cavadlı Qazaxstanın Fəxrin Vətəndaşı adına layiq görülmüşdü. Bun qədim,hər daşı bir tarix olan torpaqda mən də Muqali Bahadır medalı ilə təltif olundum.

Mən Qazaxstanla bağlı düşüncələrimi bir də belə ifadə etmək istərdim. BABAM,NƏNƏM ƏTİRLİ QAZAXSTANIM.

(esse)

Qazaxstana gedirəm.. Atamın vətən hesab etdiyi Qazaxstana .Qazaxstana gedirəm.Yolboyu nənəmin ,o sinədəftər nənəmin bayatılarıyla qolboyun olub,örpəyimlə gizlətdiyim axan göz yaşlarımı bir mən duyuram ,bir də ruhları əzizlərim...babam Molla Ələsgər,nənəm Keysu,əmilərim Səfər,Əlihüseyn,bibilərim Səkinə,Zeynəb və əziz atam......

Dərddən ozan olmuşam,

Ömrü xəzan olmuşam.

Əlifbanı bilmirdim,

Kitab yazan olmuşam.

Dağda sazaq ağlayar,

Yaxın, uzaq ağlayar.

Məni bu halda görən

Özbək, qazax ağlayar.

Qazaxstana gedirəm....Ən hündür bir dağın başına qalxıb qazax elini-elatını başıma toplayıb atamın ömrünün son saatına qədər adınızı çəkəndə rəngi solmuş,səyriyən dodaqlarından,nuru qaçmış gözlərindən axan yaşdan, oğurlanmış uşaqlığından,dar ağacından asılmış arzularından danışmaq istəyirəm. Və bir də uzun hörüklü,qıyıq gözlü, içi şəfqətdolu o qazax gözəlindən,atamı ölümün pəncəsindən qurtaran o türk gözəlindən danışmaq istəyirəm.

37 ci-ilin isti yay axşamlarının birində dəmir dəyənəklə döyülən qapı kəndin o biri başında əks-səda verdi. Alın təriylə salınmış o gözəl həyətimizə ruhu çirkli , insan cəlladları qara örtük çəkdilər babamın kasıb yuvasına.Xain çuğullar babamın isti,halal ocağnı dağıtsalar da söndürməyə gücləri çatmadı.Ancaq o məşəqqətli illərin ağrı-acılarını ,ömrünün sonunacan atamın üz cizgilərində gördüm.Bacı-qardaşlarının bir qurtum suya necə möhtac olduqlarından, iki dəfə anasının təkidiylə ‘’a başa dönüm Cavad , barı sən qaç qurtul ki bir nişanəmiz qalsın ‘’deyərkən vücudunun titrənişdən, ucu bucağı görünməyən səhralarla üç gün oğrun -oğrun qaçarkən huşsuz halda bir qazax gəlninin etdiyi analıq qayğısından,atasının gözlərinin çıxarıldığı xəbərini alarkən anasının üzünü göylərə tutaraq nalə çəkməsindən və sadalamaqla bitməyən hər gün ölüm qoxuyan sürgün həyatının hər dəqiqəsi əzabla yoğrulan günlərdən danışmaq istəyirəm. Qazaxstana gedirəm.... Bacara bilən varsa ata deyəndə hələ də qaysaq tutmayan yarama bir ağı desin.Əsla cəhd etməyin.. Ən yanıqlı sətirləri elə atam özü deyib....

FӘRYADINI DUYMADILAR ATAMIN

Kor fәhmili nadürüstlәr

Vәzifәyә satıldı.

Yazıq atam zindanların

Qucağına atıldı.

Ürәyinin axan qanı

Göz yaşına qatıldı,

Alçaq, zalım eşitmәdi

Fәryadını atamın.

Baxmadılar keçmişinә,

İndisinә, yaşına.

İstәdilәr haqq sözündәn,

Düz sözündәn daşına.

Dünyanın hәr әzabını

Gәtirdilәr başına.

Ancaq heç kәs qırammadı

İnadını atamın.

Qәhәr mәni hey boğsa da

Başının ağ saçından.

Ürәyimiz ayrılmadı

Ocağının saçından.

Qara, mәnhus sürgünlәrdә

İnlәsәk dә acından

Üstümüzdә hiss elәdim

Qanadını atamın.

Uzaq, nәmli mәhbәslәrdә

Min әzabla verdi can,

Yerә baxdım, göyә baxdım

Sәma da qan, yer dә qan,

Mәn bilirdim gәlәcәkdir,

- Gәldi elә bir zaman

Rәzil gördüm, miskin gördüm

Cәlladını atamın.

Ah, nә deyim namәrdlәrә,

Onlar elә soydular,

Çox günahsız insanları

Dәrisindәn soydular.

Ürәyindә dәfn etdilәr,

Gözlәrindә qoydular

Necә-necә arzusunu,

Muradını atamın.

Vaxt oldu ki, tapılmadı

Bircә tikә çörәk dә,

“Düşmәn oğlu” damğasını

Çox gәzdirdim kürәkdә,

Nisgillәrim dilә gəldi,

Qövr elәdi ürәkdә,

Heç bir kәsdә mәn görmәdim

Öz dadını atamın.

Bәzәn oldu zindana da

Mәn atıldım sözümdәn,

Ancaq heç vaxt ayrılmadım

Cığırımdan, izimdәn.

Övlad kimi bircә şeydә

Çox razıyam özümdәn

Heç bir yerdә alçaltmadım

Pak adını atamın.

Qzaxstana gedirəm ,nisgilə qarışmış bir sevinc də var içimdə.Qazaxstana gedirəm.Gedirəm o qədrbilən məmləkətə . O munis ruhların adından torpağına baş qoyub bir övlad,bir nəvə kimi sevgimi bildiriməyə gedirəm. Qazaxstaa gedirəm ...bac-,qardaşlarımdan,

baba ocağımın ərənlərindən salam verim.Salam verim Muqali Bahadurun,Abay Kunanbayevin ruhuna. Qazaxstana gedirəm. Qan verən yarasına qazaxın türk oğlullarının yarım əsr sonra ömrünün sonuna qədər haqq yolundan dönməyən, zalımların başı üstündə daim iti qılınc olan atama verdiklərə dəyərə ‘’rahmat’’ söyləməyə gedirəm. Ey qazax eli siz mənə ‘’Türkün türkdən başqa dostu yoxdur ‘’kəlməsini əməlinizlə sübut etdiniz.

Qazaxstana gedirəm..... Qazaxstana gedirəm və hər gün xəyalən getdiyim,yuxularımın gerçəyə çevrildiyi Qazaxstana gedirəm...

PS Üşüyən göz yaşlarımı sevincə qərq edən qeyrətli türk qardaşım Erjan bəyə layiq olduğu sözləri yaraşdıra bilmədim. Bildiyim təkcə Nazımlə,Ələsgərlə yanaşı dayanan bir qardaş da qazandım.

Jalə Cəfərova
Araşdırmçı jurnalist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ