DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Orxan Əliyev saxlanaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram şəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.