Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanıb. Onlardan “TOZ” markalı 4 ədəd ov tüfəngi götürülüb.
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmovdan, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.
Araşdırmalar aparılır.