DİN Mətbuat Xidmətindən verilən mkəlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanıb.
Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
***
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində də üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Kurqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Elşən Ağabəyov saxlanıb. Şəxsi axtarış zamanı ondan çəkisi 460 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.