DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Şamaxı rayon sakini olan bir qadın ötən il iyunun 20-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən 1000 manat pulun və 200 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ucar rayon sakini 55 yaşlı İlyas Səlimov saxlanıb.
Dindirilmə zamanı İ.Səlimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı