Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik satan şəxs cinayət başında yaxalanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram, 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.
Araşdırma aparılır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı