27/06/2019 09:33
728 x 90

Azərbaycan polisinin yetirməsi Avropa çempionu oldu - FOTO

img

Fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində  yeniyetmələr və gənclər arasında  karate üzrə Avropa çempionatı keçirilib. Milli komandamızın da qatıldığı yarışda 51 ölkədən mindən artıq idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Yarışın nəticələrinə əsasən, ölkəmizin yığması ümumi komanda hesabında 4-cü pillədə qərarlaşıb.

Milli komandanın tərkibində DİN İdman Cəmiyyətinin yetirməsi Əminağa Quliyev də qələbə uğrunda mübarizə aparıb. Çəkisi 61 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən Ə.Quliyev finala gedən yolda Kosovo, Gürcüstan, Latviya və Yunanıstanidmançılarına qalib gəlib.Həlledici görüşdə Belçika karateçisi ilə qarşılaşan idmançımız rəqibinə heç bir xal vermədən qitə çempionu olub.

Təmsilçimizi ilin sonunda daha mötəbər yarış - iki ildən bir keçirilən yeniyetmə və gənclərin karate üzrə dünya çempionatı gözləyir.

Qeyd edək ki, Əminağa ötən ilin dekabr ayında İtaliyanın Venesiya şəhərində karate üzrə keçirilən Gənclər Liqasının gümüş mükafatçısı, ikiqat respublika çempionu və beynəlxalq turnirlərin qalibidir.

Ə.Quliyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yetirməsinin bu uğurunu şərh edərkən bildirib ki, karateçimizinpotensialı daha böyük qələbələrə ümid verir və o, mötəbər yarışlara hazırdır.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər