Bazar günü günü, 08 noyabr 2026
     

Gürcüstanda vəziyyət qarışır - hakimiyyət çevrilişinə cəhd xəbərləri var...

Image


Son günlərdə qonşu Gürcüstanda baş verən proseslər xüsusi diqqət cəlb etməkdədir. Ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq proseslərin cərəyan etməsi də istisna olunmur. Bu barədə danışmazdan öncə qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb. Bildirilib ki, iş baxılması üçün məhkəmənin Plenumuna təqdim edilib.

Qeyd olunub ki, işə 1 ay ərzində baxıldıqdan sonra məhkəmə rəyini parlamentə təqdim edəcək. Konstitusiya Məhkəməsinin rəyi müsbət olarsa, məsələ parlamentdə səsə qoyulacaq. Qeyd edək ki, Gürcüstanda Prezidentin impiçmenti üçün parlamentin 150 deputatından minimum 100-nün dəstəyinə ehtiyac var. Hakim partiya isə parlamentdə cəmi 84 deputatla təmsil olunur. Müxalif partiyalar artıq impiçmentin əleyhinə olduqlarını bəyan ediblər. Gürcüstanın ən böyük müxalifət təşkilatı olan və sabiq prezident Mixail Saakşavilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası Salome Zurabişvilinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini açıqlayıb.  Partiya impiçment prosesini “diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi” adlandırıb. Xatırladaq ki, son vaxtlar ölkə hakimiyyəti ilə prezident arasında ziddiyyətlər daha da dərinləşib. Hökumətin fikrincə, Zurabişvili onun qanuni icazəsi olmadan xarici səfərlərdə iştirak edir. Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası Salome Zurabişvilinin hökumətlə razılaşdırılmayan Avropa İttifaqı ölkələrinə səfərlərinə görə ona qarşı impiçment proseduruna başlayıb. Bundan əvvəl Gürcüstan hökuməti Zurabişvilinin Almaniya, Ukrayna, İsrail və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla on dövlətə xarici səfərlərini rədd edib. Amma Prezident administrasiyası bildirib ki, Zurabişvili Gürcüstanın dekabrda alacağını gözlədiyi Aİ-yə namizəd statusuna dəstək tapmaq üçün Avropa liderləri ilə görüşlərə başlayıb. Lakin “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib ki, Zurabişvili hökumətin razılığı olmadan Avropa ölkələrinə xarici səfərlər edir ki, bu da konstitusiyanı pozur. Onun sözlərinə görə, hökumətin bunun üçün müəyyən səbəbləri var. Xüsusilə prezidentin parlamentdəki son çıxışı "Gürcüstanın Avropaya inteqrasiyasının əleyhinə" kimi qiymətləndirilib. Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib. Həmin maddəyə görə, prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var. Zurabişvili hakim partiyanın başladığı impiçment fonunda istefaya getməyəcəyini bəyan edib. O, hökumətin icazəsi olmamasına baxmayaraq, Avropaya səfərlərini davam etdirəcəyini də vurğulayıb: “Mən Gürcüstan cəmiyyəti tərəfindən seçilmişəm, sizi Avropanın müxtəlif paytaxtlarında təmsil etməkdən qürur duyuram və gələcəkdə də təmsil edəcəyəm. Özümü yalnız məni prezident seçmiş Gürcüstan cəmiyyətinin qarşısında cavabdeh hesab edirəm. Gürcüstan əhalisi kimi mən də əminəm ki, Tiflisin problemlərinin həlli yalnız Avropa ilə mümkündür. Məhz buna görə Berlinə, Brüsselə, Parisə gedirəm. Əlaqələrimdən istifadə edirəm, mənə inamın olmasından istifadə edirəm. Əgər siz önə çıxıb bu perspektivin sizin üçün nə qədər vacib olduğunu bütün Avropaya göstərməsəydiniz, bəlkə də mənim bu qədər inamım olmazdı. Mən müxtəlif liderlərlə görüşəndə ​​bilirlər ki, sizin seçdiyiniz adamam və bu perspektivi, bu gələcəyi siz seçirsiniz. Ümid edirəm ki, bu iki ay yarım və ya üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarını ziyarət edə biləcəyəm və arzumu, gələcəyinizi qoruya biləcəyəm. Hamı bilir ki, Gürcüstan bunu istəyir, Tiflis heç vaxt Rusiya qarşısında sürünməyəcək, biz bunu birlikdə müdafiə etməliyik”. Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili isə qeyd edir ki, prezident öz əməlləri ilə təkcə konstitusiyanı pozmur, həm də Gürcüstanın imicinə xələl gətirir. O bildirib ki, Konstitusiya Məhkəməsi prezidentin əməllərinin konstitusiyanı nə dərəcədə pozduğunu müəyyən edəcək: “Artıq prezidentin lövbərdən qopması faktdır. O, öz əməlləri ilə nəinki konstitusiyanı pozur, həm də ölkənin imicinə xələl gətirir. Onun əməllərini hüquqi baxımdan Konstitusiya Məhkəməsi müəyyən edəcək”.

Hazırda indiki vəziyyət fonunda Gürcütanda Qərbmeylli və Rusiyameylli qüvvələr arasında qarşıdurmanın miqyasının daha da böyüməsi müşahidə edilir. Elə bu vəziyyətdə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, ölkədə dövlət çevrilişi hazırlanır. Dövlət Təhlükəsizliyi Xidmətinin  versiyasına görə, qəsdçilər keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları və Ukraynanın tərəfində döyüşən gürcü hərbçilərdir. Bununla belə, qurumun məlumatında bu bəyanatı təsdiqləyən heç bir sübut-dəlil göstərilmir. Məlumatda iddia olunur ki, Gürcüstan ərazisində və onun xaricindəki bir qrup şəxs oktyabr-dekabr aylarında ölkə boyunca iğtişaşların törədilməsini planlaşdırır. DTX iddia edir ki, bu hərəkətlərdən son məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir. Qurum bunu da vurğulayır ki, əməliyyatın başlanğıcı üçün Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüyünün perspektivlərinə dair hesabatının açıqlanacağı vaxt seçilib: “Qəsdçilər gözləyirlər ki, hesabat neqativ olacaq. Buna görə də hakimiyyətin “rusiyayönlüyü” olması kimi yalançı tezisdən istifadə olunmaqla ictimai həyəcan və bunun ardınca da iğtişaşlar üçün zəmin hazırlanır”. Gürcüstan DTX-nin məlumatında iddia olunur ki, çevriliş planının müəlliflərindən biri də keçmiş daxili işlər naziri Vano Merabişvilinin keçmiş müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı başçısının müavini olan Georgi Lortkipanidzedir. DTX-nin iddiasına görə, sözügedən qrupa Mixail Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin və Ukraynanın tərəfində döyüşən “Gürcü legionunun” komandiri Mamuka Mamulaşvili daxildir. Gürcüstan hakimiyyəti bunu da iddia edir ki, “qəsdçilər” bu planı xarici ölkələrin dəstəyi ilə həyata keçirmək istəyirlər: “Qəsdçilər öz planlarını xarici maliyyə dəstəyi və Ukraynada döyüşən, habelə “Kanvas” və “Otpor” təşkilatlarına üzv olan gürcü mənşəli gənclərin böyük qrupunun iştirakilə həyata keçirmək niyyətindədirlər. Serbiyada və bir sıra başqa ölkələrdə inqilabi proses kimi qələmə verilən hadisələrdə məhz bu təşkilatlar fəal iştirak edib”. DTX iddia edir ki, “qəsdçilər” Tiflisdə  çadır şəhərciyinin və mərkəzi prospekt və strateji obyektlərin yaxınlığında barrikadaların qurulması da daxil hadisələrin bir neçə variantını müzakirə edirlər. Məlumatda qeyd olunur ki, təşkilatçılar 2014-cü ildə Ukraynada baş vermiş “Avromaydan” hərəkatına bənzər hadisələri təkrar edə bilərlər. DTX-nin iddiasına görə, çadır şəhərciyində törədiləcək partlayış ölümlərlə nəticələnə və hiddət və zorakılığın artmasına səbəb ola bilər. Son on ildə Gürcüstanda rusiyayönlü “Gürcü arzusu” partiyası hakimiyyətdədir. Bu müddət ərzində hakimiyyət bir neçə mitinq dalğasını zorakılıqla yatırıb və keçmiş prezident Saakaşvilini həbs edib. Gürcüstan hakimiyyəti “çevriliş” barədə məlumatı yaydıqdan sonra ölkə boyunca siyasi qüvvələrin qarşıdurması yeni vüsət ala bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ