çərşənbə axşamı günü, 25 avqust 2026
     

Karvansaralar - Azərbaycan qonaqpərvərliyi - azərbaycançılıq ideologiyasının reallaşması...

Image


Qədim İpək yolunun üstündə yerləşən və Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycan üzü qədimlərdən başlayaraq indiyə qədər qonaqpərvər, sülhsevər bir diyar kimi tanınır. Zəngin mədəniyyətə, bərəkətli torpağa, mehriban insanlara sahib olan Azərbaycandan karvan yolları keçdiyindən, buradan gəlib keçənlər məmləkətimizə, xalqımıza vurğun olub.
Elə də olub ki, adamlar başqa ölkədən gəlib buradakı mühiti gördükdən sonra əbədi olaraq taleyini Azərbaycanla bağlayıb. Tarixdə belə faktlar yetərincədir.
Karvansaralardan danışmaq istəyirik. Karvanların əyləşdiyi, atlıların istirahət etdiyi, yol adamlarının dinclik tapdığı karvansaralar öz rahatlığı, daşıdığı tarixi əhəmiyyət baxımından çox dəyərlidir. Tədqiqatçılar yazır ki, qədim dövrlərdə ticarət yollarının böyük bir hissəsi Azərbaycandan keçdiyindən, burada karvansaraların tikilməsi zəruri sayılırdı. Bakı şəhərindəki karvansaralar istisna olunmaqla (onlar bu gün də tarixi-memarlıq abidələri kimi İçərişəhərdə qorunub saxlanır), Qarabağ ərazisində olan karvansaraların izləri erməni işğalına qədər qalmaqda idi.
"Azərbaycan" portalında qədim və zəngin tariximizin bələdçisi olan həmin karvansaralar haqqında maraqlı faktlar yer alıb. Portalda tarixçilərin yerləşdirdiyi məlumata görə, karvansaralar ticarət yolları üzərində tikilmiş qonaq evləri funksiyasını daşıyan tikili və saraylardır. Dövrün tacirlərinin tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Orta əsrlər dövründə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar da karvansara adlandırılıb.
Tədqiqatçılar yazır ki, ölkəmizdə ən böyük karvansaraların adları, fəaliyyət dövrü haqqında məlumatlar çoxdur.
Qədim dövrdə ən məşhur karvansaralardan olan Bakı karvansaraları haqqında yazırlar ki, karvansaraların ən nadir və tarixi incilərindən hesab olunanları Bakının ən qədim yaşayış məntəqəsi İçərişəhərdə qorunub saxlanmaqdadır. Tədqiqatçılar yazır ki, bunlardan biri Buxara karvansarasıdır. Araşdırmalardan məlum olub ki, bu tarixi abidəni 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tikib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara birmərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır. Karvansaranın həyətinin mərkəzində, bütün Şərq karvansaralarında olduğu kimi, hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burada əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Məşhur Multani karvansarası da indiyə qədər tədqiqatçıların diqqətini çəkir. Azərbaycanda olan yüzlərlə karvansaradan biri olan Multani karvansarası haqqında tədqiqatçılar yazır ki, XIV əsrə aid etdikləri bu karvansara XX əsrə dağılmış vəziyyətdə gəlib çatıb. Abidə 1973-1974-cü illərdə bərpa edilib. Tədqiqatçılar qeyd edir ki, abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülüb. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir.
Qaraçı karvansarası Abşeron rayonunun Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından, yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Naxçıvan karvansarası haqqında da danışmaq yerinə düşərdi.
Tədqiqatçılar yazır ki, məşhur Gülüstan karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Gülüstan karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilib, 1978-ci ildə binanın planı tam üzə çıxarılıb. Bakı-Culfa dəmir yolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılıb. Tədqiqatlar nəticəsində Gülüstan karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilib. Ümumi uzunluğu 37 m. olan Gülüstan karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar, bütünlüklə salamat qalıb. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü 13-cü əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilib və gəc məhlulu ilə suvanıb. Gülüstan karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları var.
Füzuli rayonundakı Qarğabazar karvansarası Qarabağın ən böyük karvansarasıdır. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün də geniş istifadə olunub. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənilib. Müasir dövrümüzə qədər gəlib çatmış olan XVII yüzilin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir.
Dərələyəz karvansarası-Səlim karvansarası Dərələyəz mahalının Keşişkənd rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd kəndinin yuxarısında tarixi karvansaradır. Karvansaranın giriş qapısının üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xanın tikdirdiyi aydınca yazılıb. Bu fakta onu da əlavə etsək ki, karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə, 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb məskunlaşmışlar, onda abidənin azərbaycanlılara məxsus olduğu həqiqətini inkar etmək mümkün deyil. Lakin təəssüflər olsun ki, ermənilər bu tarixi həqiqəti inkar edir. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatıb. Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılıb, özünün funksional xüsusiyyətinə uyğun tikilib. Ancaq bu karvansaralarda, yolüstü karvansaralardan fərqli olaraq, istirahət otaqları ilə yanaşı, müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilib.
Tədqiqatçılar qeyd edir ki, buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınıb. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir.
Tədqiqatçılar Gəncə karvansarası haqqında da məlumat verir. Məlumatlara görə, Uğurlu bəy karvansarası XVII əsrin əvvəllərində memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Hazırda bina Gəncənin Əli bəy Hüseynzadə küçəsində yerləşir.
Gəncə karvansaraları haqqında sənətşünas Nigar Kərimova yazır ki, karvansaralar iki qrupa bölünür - yol kənarında tikilən və şəhər karvansaraları. Sənətşünasın yazdığına görə, birincilər şəhər karvansaralarından fərqlənirdi: "Qala tipli yol karvansaraları güclü qoruqçu dəstəsinə malik idi. Belə karvansaralar hər an quldurların hücumuna məruz qala bilərdi, ona görə də məxsusi silahlı dəstə saxlanırdı. Şəhər karvansaraları isə bazarların yanında tikilirdi. Şəhər karvansaralarında təkcə tacirlər yox, əcnəbi qonaqlar, alış-verişlə məşğul olmayan adi adamlar da qala bilərdi. A.S.Puşkin, Aleksandr Düma, Marko Polo, M.Y.Lermontov, A.S.Qriboyedov, Bestujev-Marlinski, Y.Polonski və başqaları Qafqazda olarkən karvansaralarda qalmışlar. Onların hər birinin xatirə qeydlərində, məsələn, A.S.Puşkinin "Ərzuruma səyahət"ində karvansaraların adı çəkilir. Ümumiyyətlə, karvansara Şərq xalqlarının ədəbiyyat və memarlığında qədim abidələr sırasındadır. Karvansaralar təkcə ticarətə xidmət göstərmirdi. O, mədəniyyət, yazılı və şifahi ədəbiyyatın yayılmasına da dəstək olurdu. Karvansaralar daim qonaqlı-qaralı, haylı-küylü olurdu. Burada müxtəlif ölkələrin ziyalıları, ustaları görüşür, ayrı-ayrı məmləkətlərdə baş verən hadisə və yeniliklərdən hamıdan əvvəl karvansaralarda xəbər tutulurdu.
Azərbaycanda bizə qədər gəlib çatmış karvansaralardan biri, Şah Abbasın sifarişi ilə inşa olunan və Şah Abbas karvansarası adı ilə tanınan Gəncə karvansarasıdır.
Rus şairi Yakov Polonski vaxtilə bir neçə gün Gəncə karvansarasında qonaq qalıb, 1947-ci ildə "Zaqafkazski vestnik"in 21-ci nömrəsində çıxan "Gəncə" oçerkində şəhər və bu karvansara haqda öz təəssüratını çap etdirib. O, zəngin bir aləmin təsvirini verib, nəfis qumaş, Şərq xalıları ilə bəzənmiş döşəmə və divarlar, dadlı Şərq yeməkləri, ədəbi-musiqili məclislərdən bəhs edib.
Adətən karvansaralar şəhər bazarının yanında tikilirdi. Belə olduğu halda uzaq ellərdən daşınıb gətirilən məhsulların, toxuculuq mallarının bazara daşınması da asanlaşırdı. Elə də olurdu ki, tacirlər öz mallarını karvansarada bir yerdən, elə topdan satır, şəhərin gəlir-çıxarı elə karvansarada həll olunurdu. Karvansaranın adətən iki darvazası olur, karvan birindən girib, o birisindən çıxarmış.
Gəncə karvansarasının tarixindən, memarlığından bəhs edən sənətşünaslar bildirir ki, karvansara memarlıq baxımından Şərq üslubuna aid çox maraqlı kompleksdir: "Fasadı o qədər də bəzəkli deyil və yalnız tağların qırağı və aşağı hissələri adi kərpic naxışlarla işlənib. Tağların yuxarısı və otaqların tavanı hörmə kərpic bəzəyi ilə sadə, amma göz oxşayan naxışlar yaradıb. Binanın layihəsi XVII əsrdə yaşamış riyaziyyatçı-alim, memar Şeyx Bahəddin Məhəmməd Amilə məxsusdur. Tikintidə yumurta ağı ilə gil-əhəng qarışığı, bir də bişmiş qırmızı kərpicdən istifadə olunub. Ümumiyyətlə, qırmızı kərpic Gəncə tikililərində çox istifadə olunan tikinti materialıdır və Gəncə şəhəri, demək olar ki, elə bu rəngdə kərpic tikililəri ilə məşhurdur. Çökək hamam, Şah Abbas məscidi və eləcə də digər məscidlər, Ziyadxanovlar mülkü, rus kilsəsi, alman kirxası və hətta adi yaşayış binaları da qırmızı kərpicdən tikilib. Azərbaycanın başqa bölgələrindəki karvansaralarla Gəncə karvansaralarını fərqləndirən də məhz qırmızı kərpic amilidir. Onu da deyək ki, Yaxın Şərqdə karvansaralar adətən dördkünc, həm də ovdanlı tikilirdi. Şah Abbas karvansarası da bu formadadır. Tikilinin iki həyəti var - ön və arxa həyət. Arxa həyətdə bina boyunca çinar ağacları əkilib. Bu çinarlar da elə binanın özü qədər qədim və qiymətlidir. Binanın mərkəz hissəsi səkkiz kiçik tağlı, yan tərəflərsə böyük tağlı eyvanlardan ibarətdir. Bu açıq eyvanlar içəri otaqların işıqlı olmasında böyük rol oynayır. Karvansaranın zirzəmisi, mətbəxi, qonaqlar üçün kiçik və böyük otaqları, qoşqu heyvanlarının saxlanma yerləri, həyətdə açıq havada çayxanası, çoxlu sayda saxlanclar və anbar otaqları var. Birinci mərtəbədən ikinci mərtəbəyə kiçik gümbəzlə tamamlanan iki ensiz pilləkən qalxır. Gümbəzin mərkəzindəki tavanda 16 guşəli ulduz təsvir olunub. Bir vaxtlar bu bina Məhsəti Gəncəvi adına Mühəndis Pedaqoji Texnikumunun, sonralarsa Gəncə Kollecinin istifadəsində olub. Məhsəti Gəncəvinin heykəli hələ də bu binadan köçürülməyib. Azərbaycan memarlıq incilərindən sayılan bu karvansarada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə əsaslı təmir işləri aparılır. Bina qəza vəziyyətində olduğuna görə hazırda aparılan təmir işlərində binanın özülündə və fasadında bərkidilmə işləri görülür, divar kərpicləri diqqət və səliqə ilə təmizlənir. Karvansarada aparılan təmir zamanı bir neçə qaranlıq məqam da üzə çıxıb. Belə ki, divarlar, kərpiclərin arası təmizlənən əsnada divarlarda dəhliz və otaqları işıqlandırmaq üçün istifadə olunmuş lampa-çıraq oyuqları, otaqların hərarətini saxlamaqdan ötrü divara pərçim sobalar aşkar olunub. Aparılan bərpa işlərində istilik, soyutma, su və havalandırma sistemlərinə layihəyə uyğun şəkildə yenidən baxılır. Təmirdən sonra abidənin beşulduzlu otel kimi şəhərə gələn qonaqların istifadəsinə veriləcəyi nəzərdə tutulur".
Tədqiqatçılar vurğulayır ki, Şah Abbas karvansarasına bitişik daha bir qədim karvansara da var ki, bu da Uğurlu Xanın adı ilə tanınır. Hər iki karvansaranın birlikdə 120 otağı, 900 kv.m uzunluğunda dəhlizi, 4 daxili və 3 xarici girişi var. Uğurlu karvansarası XVII əsr ənənələrinə uyğun inşa edilmiş qoşa həyətli kompleksdir. Bina Şah Abbas karvansarasına nisbətən sadə, sıralanmış tağlardan qurulub: "Ehtimal olunur ki, bu karvansara 1663-64-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu Xanın vəsaiti hesabına tikilib. Rus qoşunları Gəncəni tutanda bu bina da xan mülkiyyəti kimi müsadirə olundu. Sonralar bu karvansara baxımsızlıqdan, rütubətdən korlanıb, divarları çatlayıb, dam örtüyü sıradan çıxıb. Uzun müddət karvansaranı mətbəə, başqa kiçik idarələr, o cümlədən ticarət obyektləri qamarlamış oldu. Nə yaxşı ki, hazırda hər iki karvansara boşaldılıb və burda əsaslı təmir işləri gedir".
Karvansaralar xalqları, dövlətləri, mədəniyyətləri birləşdirən məkan olub. Bu gün də onların qalıqları tarixi abidə kimi qorunur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ