Cümə günü, 13 noyabr 2026
     

Koronavirusla bağlı İrandan və Azərbaycandan ən yeni xəbərlər – nazirliklərimizdən təkzib, İranda virusun mənbəyi məşhur Qum imiş…

Image


Çinin Uhan şəhərində 2019-cu ilin son ayında ortaya çıxan koronavirus (COVİD-19) sürətlə dünyaya yayılmaqda davam edir. Virusun sürətlə yayıldığı son ölkələrdən biri də İrandır. Rəsmi açıqlamalara görə, bu ölkədə ölənlərin sayı 12-yə, koronavirusa yoluxanların sayı 64 nəfərə çatıb. Bununla bağlı Azərbaycan İranla sərhəd-keçid məntəqələrində nəzarət tədbirlərini artırıb. Ancaq İranla sərhəd-keçid məntəqələrinin bağlanması və Azərbaycanda da koronavirus aşkarlanması xəbərləri rəsmən təkzib edilir.

İranın Biləsuvar gömrük idarəsinin direktoru Ramin Zəhiri deyib ki, İran və Azərbaycan arasında Biləsuvar sərhəd-keçid məntəqəsi sərhəd fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, yeni koronavirusun daşıyıcılarının müəyyənləşdirilməsi üçün iki ölkənin sərhəd-keçid məntəqələrində birgə əməkdaşlıq aparılır. Zəhiri əlavə edib ki, Biləsuvar sərhəd terminalında avtobus, minik avtomobilləri və sərnişinlərin keçidi davam edir.

İranlı gömrük rəsmisi koronavirus nəticəsində Biləsuvar gömrüyünün bağlanması ilə əlaqədar şayiələri də təkzib edib.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda qeyd edilir ki, həmin xəbərlər həqiqəti əks etdirmir: "İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdədir. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır".

Məlumatda qeyd edilir ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən “Trend”-ə verilən məlumata görə, sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməmək, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etmək tövsiyə edilir:

"Yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir. Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".

ÜST bəyan edir ki, qabaqlayıcı tədbir olaraq, kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək, əlləri tez-tez yumaq (xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra) lazımdır. Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burunu dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar.

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.

“Azərbaycan Hava Yolları” QSC də İran İslam Respublikası istiqamətində olan hava reysləri barədə məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL prezidenti Cahangir Əsgərov bildirib ki, aşağı büdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır: "Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Bu arada, İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb. Bu barədə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir: "Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara, əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir".

Dövlət Turizm Agentliyi (DTA) isə İranda koronavirusun yayılmasının iki ölkə arasındakı vəziyyətə turizm baxımdan hansı formada təsir göstərəcəyini açıqlayıb. Agentliyin mətbuat katibi Kənan Quluzadə bildirib ki, hazırda koronavirusla əlaqədar dünya turizmi krizis mərhələsini keçir: “Buna görə də hazırkı vəziyyət yalnız milli səviyyədə verilən qərarlardan asılı olmur. Bu həm də insanların psixoloji durumundan asılıdır. Dünyada bir çox insanlar öz səfərlərini ləğv edir və səfərlərə daha ehtiyatlı yanaşırlar. Dünyanın bir çox ölkələrində, hətta irimiqyaslı tədbirlər də təxirə salınır. Əlbəttə ki, bütün bunlar ümumi mənzərəyə mənfi təsir göstərir”.

K.Quluzadə qeyd edib ki, turizm bazarındakı qlobal krizis Azərbaycanın turizm bazarına da təsir göstərə bilər. O əlavə edib ki, DTA-nın hazırda turizmlə bağlı atdığı atddımlar və verdiyi proqnozlar iki faktordan asılıdır. DTA rəsmisinin sözlərinə görə, bu həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır: “Biz əlbəttə ki, taktiki gedişlərimizi digər dövlət strukturlarının addımları ilə uyğunlaşdırırıq. Situasiyanın qəlizliyi həm də ondan ibarətdir ki, vəziyyət hər gün mənfiyə doğru dəyişir. Amma biz ümid edirik ki, yaxın zamanlarda dünyadakı qlobal vəziyyət dəyişəcək və bu virus yox olduqdan sonra dünya turizmi normal vəziyyətinə geri qayıdacaq, Azərbaycanın da bu il turizmlə bağlı gözləntiləri, planları yenidən aktiv surətdə həyata keçiriləcək”.

Koronavirusun Novruz bayramında ölkəmizə İrandan gələcək turistlərin sayına hansı formada təsir göstərəcəyinə gəldikdə, K.Quluzadə bununla bağlı fərqli proznozlarının olduğunu söyləyib: “Çünki sərhəd açıq qalarsa, bu başqa vəziyyətin, sərhəd bağlı qalarsa, tamam başqa vəziyyətin yaranmasına səbəb olacaq. Biz həmin bu qərarlardan asılı olaraq biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.

  • İran hökumətinin həqiqəti gizlətdiyi, iki həftədə tək Qum şəhərində 50 nəfərin öldüyü iddia edildi

Çində virusdan həyatını itirənlərin sayı 2 594-ə, yoluxanların sayı isə 80 minə çatıb. Baki-xeber.com xəbər verir ki, Bəhreyn, İraq və Əfqanıstandan da ilk dəfə koronavirusa yoluxma halları aşkarlanıb. Küveytdə İrandan gələn 3 nəfərdə virus aşkarlanıb. Küveyt rəsmi xəbər agentliyi (KUNA) sözügedən üç nəfərin Məşhəd şəhərini ziyarət etdiklərini və ölkəyə qayıtdıqlarını açıqlayıb.

Əfqanıstan, Bəhreyn, İraq və Küveyt səlahiyyətliləri də virusların İran mənşəli olduğunu qeyd ediblər. Bəhreyn Səhiyyə Nazirliyi virusa tutulan şəxsin İrandan qayıtdığını açıqlayıb. İraqda virusa yoluxduğu müəyyənləşdirilən şəxsin də iranlı bir tələbə olduğu qeyd edilib.

İraq Küveytin tələbi ilə Safvan sərhəd qapısını bağlayıb. Küveyt İrandan gələn gəmilərin ölkəyə girişinə də qadağa qoyub.

İtaliyada bu virusdan ölənlərin sayı 4-ə, Cənubi Koreyada isə 8-ə çatıb. Virusun sürətlə yayıldığı son ölkələrdən biri də İrandır. Rəsmi açıqlamalara görə, ölənlərin sayı 12-yə, koronavirusa yoluxanların sayı 64 nəfərə çatıb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur bildirib ki, son sutka ərzində virusa yoluxan 18 nəfərdən 8-i Qum şəhəri, 3 nəfəri Tehran şəhəri, 1 nəfəri Həmədan vilayəti, 2 nəfəri Mərkəzi vilayət, 2 nəfəri İsfahan vilayəti, 2 nəfəri Gilanda olub. Cahanpur deyib ki, həlak olanların əksəriyyəti ya Qum şəhəri sakini olub, ya da bu şəhərə səfər edib. İran rəsmisi heç bir şəhərin karantinə alınmadığını və lazım olduğu halda Qum şəhərində məhdudiyyətlərin yaradılacağını deyib.

Bununla yanaşı İranda koronavirusla bağlı ziddiyyətli xəbərlər yayılır. Belə ki, İran Məclisinin üzvü Əhməd Emirabadi son 2 həftə ərzində Qum şəhərində koronavirusdan 50 nəfərin öldüyünü iddia edib. Parlamentdəki millət vəkillərinə müraciət edən Emirabadi sözügedən virusun 3 həftə əvvəl Qum şəhərində aşkarlandığını deyib və mövzu ilə bağlı rəsmi açıqlamanın gec verilməsini tənqid edib. Emirabadi Qumda vəziyyətin yaxşı olmadığını deyib: "Qumda vəziyyət yaxşı deyil. Yoluxmuş xəstələrlə məşğul olan tibb bacılarının xəstəlikdən mühafizəsi üçün xüsusi geyimləri yoxdur. Tibb bacıları xəstələrə qorxu ilə yanaşırlar. Xəstəliyi aşkar etmək üçün yetərli ləvazimat yoxdur. Bir çox apteklərdə maska belə yoxdur".

Emirabadi Qumda 250 adamın da karantində olduğunu açıqlayıb.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ