şənbə günü, 14 noyabr 2026
     

“Dilini qarnına qoymasan Elinanın ölümü sənin boynuna atılacaq”

Image


Məlahət Mürşüdlü: “Şübhəsiz ki, məktəb rəhbərliyi də, digərləri də o qızın intiharında məsuliyyət daşıyırlar”
Kamran Əsədov: “Baş verən hadisə onu göstərir ki, 162 saylı orta məktəbdə şagirdlər arasında, şagird və müəllimlər arasında münasibətlər normal olmayıb”

 

Son günlər cəmiyyətdə, sözün həqiqi mənasında, şok effekti yaradan 14 yaşlı məktəbli qızın intihara əl atması, canına qəsd etməsi ciddi müzakirə edilir. 162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın hansı səbəbdən vəziyyətdən çıxış kimi bu yolu seçməsi çoxsaylı sual doğurur. Elinanın intihar səbəbinə müxtəlif rakurslardan yanaşılır. Əlbəttə, yeniyetmənin bu addımını hər kəs qınaqla deyil, ağrı ilə qarşılayır.

Sosial şəbəkələrdə özünü E.Hacıyevanın rəfiqəsi kimi təqdim edən yeniyetmə bildirir ki, Elina da, onun bacısı da, hətta onların xalası qızı da mütəmadi olaraq məktəbdə təhqir olunub, ayrıseçkiliyə məruz qoyulub. Hətta o qeyd edib ki, Elinaya məktəbdə əxlaqsız, pozğun damğası da qoyanlar varmış. Bütün bu hallara qarşı isə nə Elinanın oxuduğu sinfin rəhbəri, nə də məktəbin müdiriyyəti heç bir tədbir görməyib. Rəfiqəsi bildirib ki, məktəb direktoru Elina intihar etdikdən sonra onun özünü də hədələyib ki, əgər dilini qarnına qoymasan, susmasan, onun ölümü sənin boynuna atılacaq. Rəfiqəsi onu da bildirib ki, yaxın ərazidə yerləşən məktəblərdən birində oxuyan oğlanla Elina arasında sevgi münasibətləri də olub. Onun dediyinə görə, sonra oğlanla arası pozulub, hətta oğlan onu əlində olan video ilə şantaj edəcəyini də deyib. Bundan sonra qızın psixoloji vəziyyəti lap ağırlaşıb. Bir tərəfdən məktəbdə qarşılaşdığı ayrıseçkilik, diskriminasiya, digər tərəfdən də “sevgili”sinin hədə-qorxuları qıza mənfi təsir göstərib. 

Bu arada 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi E.Hacıyevanın vəfatı ilə bağlı mövqe.az-a ilginc məlumat daxil olub. Saytlarda 162 saylı orta məktəbin direktoru Sevinc Abbasovanın intihar edən Elinayla bağlı şok səs yazısı yayılıb. S.Abbasova intihar edən yeniyetməni pozğunluqda ittiham edib. Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğunu, ikinci nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib. “Bilirsiniz, necə yazın? Yazın ki, pozğun ailənin uşağıdır, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var, bununla maraqlanmır” -deyə direktor bildirib.

Ekspertlərin fikrincə, E.Hacıyevanın intihar etməsinə səbəb onun məktəbdə daim psixoloji təzyiq altında saxlanması və yeniyetmənin ayrıseçkiliyə, diskriminasiyaya məruz qalmasıdır. Əlbəttə, burada yeniyetmə ilə normal iş apara bilməyən məktəb psixoloqunun da üzərinə böyük məsuliyyət düşür. E.Hacıyeva kimi natamam ailələrdə böyüyən uşaqlara məktəblərdə ayrıca diqqət göstərilməli olduğunu deyən psixoloqlar hesab edirlər ki, vaxtında məktəb rəhbərliyi yeniyetməyə nəzarət etməli idi.

Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədov olayla bağlı mövqe.az-a çox ilginc bir açıqlama verib. K.Əsədov bildirib ki, məktəbin direktoru S.Abbasova Elinanın intiharı barədə dərhal təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etməyib: “Elina intihar edəndən sonra iki saat o yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızcığazın həyatını qurtarmaq da, görünür, mümkün olmayıb.

Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır". K.Əsədov deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Şəhər Təhsil İdarəsinin Daxili nəzarət sektorunun rəisi bağlayıb” - deyə K.Əsədov qeyd edib.

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə bildirdi ki, məktəb direktorunun 14 yaşlı yeniyetməni pozğunluqda ittiham etməsi və məktəbdə ona qarşı ayrıseçkilik mühiti yaratması Elinanı intihara vadar edən səbəblərdən biridir. “Adını tərbiyəçi, ziyalı qoyan, böyük bir kollektivə rəhbərlik edən, məktəbdə pedaqoji işi təşkil edən bir məktəb direktorunun bu şəkildə açıqlama verməsi adamı mat qoyur, adamda təəccüb yaradır. Direktorun bu açıqlaması qınanmalıdır. Tutaq ki, qız natamam ailənin övladıdır, onun valideyni ikinci dəfə evlənib, ancaq görək məktəb bu qızın tərbiyəsində öz üzərinə düşən vəzifənin öhdəsindən gələ bilibmi? Bu qız özünü məktəbin pəncərəsindən atıb. Bu acı olay ailədə baş verməyib. Bu da o deməkdir ki, o qız ailədəki vəziyyətdən deyil, məktəbdə üzləşdiyi ayrıseçkilikdən bu yola əl atıb. Məktəbdə sinif yoldaşlarının ona münasibətindən özünə qəsd edib. Düşünürəm ki, həmin sinifdə dərs deyən müəllimlərin də bu qıza mənfi münasibəti olub. Bu münasibətdən təngə gələrək və psixoloji bir hal keçirərək intihar edib. 14 yaşlı qızın intihar etməsində onun oxuduğu məktəbin böyük həcmdə günahını görürəm. Yəni məktəbdə bu şagird, bu qız ətrafındakı sinif yoldaşları, müəllimləri, məktəb kollektivi, rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunmalı idi. Onun necə ailənin övladı olması burada müzakirə mövzusu deyil. Mühafizəçidən tutmuş, sinif yoldaşlarına qədər hər kəs ona xüsusi diqqət yetirməli idi, o, intihardan çəkindirilməliydi. Ona məktəbdə bu münasibət olsaydı, düşünürəm ki, 14 yaşlı yeniyetmə sonu faciə ilə bitən intihara əl atmazdı. Sözsüz ki, burada bizim təlim-tərbiyə işinin mərkəzi olan məktəbin və onun rəhbərliyinin günahının az olduğunu düşünmürəm. Sosial şəbəkələrdə yayılıb ki, sinif yoldaşları onu bu vəziyyətə saldı, müəllimlərin münasibəti onu bu yola  vadar etdi, o da çıxış yolunu özünəqəsddə gördü. Şübhəsiz ki, məktəb rəhbərliyi də, digərləri də o qızın intiharında məsuliyyət daşıyırlar və bu prosesdən yaxalarını geri çəkə bilməzlər” - deyə M.Mürşüdlü qeyd etdi.    

Tanınmış təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. “Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.

Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına olan etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. O, şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.

Müəllim və şagird arasında problemlər adətən sinifdən-sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci sinfə keçəndə yeni müəllimlərlə tanışlıq zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək etməlidir.

İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz şıltaqlıqlarını bildirir, bunun da həlli yolu ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən əvvəl mütləq məktəbəqədər müəssisələrə, yəni uşaq bağçalarına getməli, cəmiyyətin arasında özlərini necə aparmaq lazım olduqlarını öyrənməlidirlər.

Müəllim-şagird münasibətləri ilə yanaşı, məktəb daxilində şagirdlər arasında münasibətlər də çox vacibdir. Baş verən hadisə onu göstərir ki, 162 saylı orta məktəbdə şagirdlər arasında, şagird və müəllimlər arasında münasibətlər normal olmayıb. Çünki məktəb rəhbərliyi şagirdləri yaxından izləməlidir.

Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb  olur.  Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin  formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. Yaxşı təşkil edilmiş şagird kollektivində  ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s.  kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır. Şagird kollektivində yoldaşlıq və  dostluq hissinin formalaşması üçün geniş imkanlar yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektiv möhkəm olduqda onun bütün normaları öz  üzvlərinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur. Kollektiv  özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəticədə həmin  şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur. Təəsüflər olsun ki, qeyd olunan vəziyyət, sağlam təhsil mühiti 162 saylı orta məktəbdə qurulmayıb. Son dövrlərdə təyin olunan bəzi direktorlar məktəbə nəzarət edə, şagirdlər arasındakı münasibətləri tənzimləyə bilmirlər. İntihar edən şagirdin rəfiqəsinin dediyinə əsasən, onlar mütəmadi olaraq məktəb rəhbərliyinə müraciət etsələr də, onların şikayətləri təmin olunmayıb”.

K.Əsədov, həmçinin, müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün bu təklifləri irəli sürür:

1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır.

2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.

3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.

4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.

İradə SARIYEVA

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ