Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sənsiz yaşamaq çox çətin... - Altıncı yazı

Image


Nəhayət xanım alboma bax-baxa gah kövrəlir, gah dü­şü­nür, gah da titrək barmaqları ilə şəkillərdən boylanan öv­­ladlarının çöhrələrini sığallayır, köks ötü­rürdü... Anidən gözlərini bayırdakı boşluqlara dikdi və dedi:

- Musa şair idi. - Bir qədər susdu, yenidən dedi: - Alt­mı­şa yaxın şeiri var. Onları toplayıb kitab halına salsam, bir borcdan çıxaram...

İçimdən ani sızıltı keçdi. Sanki içimdəki "mən" pıçıltı ilə, yalnız özünün eşidəcəyi səslə dedi:

- O borc sənin deyil, bizim hamımızın borcudur, şəhid anası. O şeirləri kitab halına salmaq şəhid qardaşımıza verəcəyimiz ən doğru hesabat olar...

Nəhayət xanım qarşıma çöhrəsi solmuş bir dəftər vərəqi qoydu. Orada "Ana" şeiri əks olunurdu. Şeir belə idi: 

Dünyanın ən gözəl varlığı - Ana,

Mən sənə möhtacam hər zaman, hər an.

Sənsiz yaşamağım çox çətin olar,

Səni çox sevirəm, ey gözəl ana.

 

İlk dəfə sən verdin mənə sevgini,

Yerişi, gülüşü, kədər, sevinci,

Dil açdım, söz dedim mən inci-inci,

Səni çox sevirəm, ey gözəl ana.

 

Xətrinə dəymişəm, bağışla məni,

Saçların ağarıb buludlar kimi,

Bir damla göz yaşına qurbanam sənin,

Səni çox sevirəm, ey gözəl ana.

 

Hər "Ana" deyərkən ürəyim əsdi,

Yolumu bir anlıq qaranlıq kəsdi,

Sənə qovuşmaqçun qüvvətim bəsdi,

Səni çox sevirəm, ey gözəl ana.

 

Sənin nəfəsindi məni yaşadan,

Allah yanımızdan almasın səni.

Öyüd-nəsihəti sən verdin mənə,

Səni çox sevirəm, ey gözəl ana.

Bu şeirdə bir şəhid şairin ana sevgisi, ürək çırpıntıları, kövrək ruhu əks olunur. Anasını qiblə kimi xarakterizə edən Musa "Səni çox sevirəm, ey gözəl ana" fikri ilə sanki and içir... 

...O, bu andı illər sonra Vətən uğrundakı şücaəti ilə təsdiq etdi.  

***

Nəhayət xanımın qarşıma qoyduğu vərəqlərdə daha bir neçə poetik nümunə sıralanıb. Musanın illərdir xınalı çi­çək­lər kimi (bir-bir) ipə-sapa keçirdiyi bu şeirlərin əksərində böyük həyat eşqi tapıram. (Sonra da) düşünürəm ki, görəsən, o, bu böyüklükdə təpəri (o qədər də böyük olmayan) vücuduna necə sığışdırıb? 

Musanın poetik duyğusu yüksək amal, məslək, əqidə, yurd, Vətən, din və inanc uğrunda təmənnasız çarpışmaq fəh­midir. O, bir növ, söz uğrunda savaşın cəsur dö­yüş­çü­südür. O, həyatın mübarizələrinə yaxından şahidlik edir, prosesləri dəqiq izləyir. Vətən, torpaq, yer-yurd, el-oba şərəfinin nə olduğunu bilir, hər kəsi onun fəhmi qarşısında ədalətli, nəhayətdə, Vətən olmağa səsləyir. Bu prizmadan yanaşaraq deyə bilərəm ki, Musa üçün söz, vəslinə ye­tə bildiyi poeziyanın ən yüksək mərtəbəsi, başqa bir ra­kurs­da da Vətəndir. 

Maraq doğuran haldır ki, Musanın şeirlərində milli mən­lik, qürur, milli mənsubiyyət sətiraltı deyil, aşkardır. O, yaşadığı az həyatı da milli sanır, hadisələrə də milli ruhla nüfuz edir.   Elə nümunə kimi verdiyim "Ana" şeirində də insanı təqdir edən poetik vəsfin ənənəvi tərzi ilə qabaq-qənşərəm. Musa üçün eşq də Vətən qədər üstün məqamdır, onun ləngərində duruş gətirə bilmək hər kəsə müəssər deyil. "Ana" şeirində pərvanə ola bilmək şamın hansı rakursda əriyə bilmək sevdasını anlamaq kəsbi verir.

Əlbəttə, bu cür sətiraltı zəminlər oxucunu həm düşündürür, həm ona doğru-düzgün yaşamağı öyrədir. 

Musanın elə şeiri var ki, dumanı qatıdır, leysanı-dolusu bir ölüm anı qədər üzücüdür, fəqət bir yaz yağışı kimi oxucuya bahar təravəti daddırır, duyğularını məmnun qoyur. Bu şeirlərin sehri oxucuda bir "Vətən" anlayışı yaradır...

 

Sən qalibsən, sən, ay şəhid!

 

Həsrət köçüb, lal an bitib,

Düşmən adlı yalan bitib...

Qarabağda talan bitib,

Vətən necə şən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Kibrit islaq, bu şam azad,

Bir qorxusuz quşam, azad.

Laçın məmnun, Şuşam azad,

Duaçınam mən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Dərd, atdığın oxu verir,

Sınayıbdı çoxu, verir. 

Cənnət kimi qoxu verir

Tabutunda çən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Əzrayıla hayanmısan?

Vətən adlı qayanmısan?

Ucalarda dayanmısan

Bayrağınla tən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

"Şəhidlər bulağı" və xatirə lövhəsinin açılışı 

25 sentyabr 2021-ci il tarixində Mingəçevirdə şəhid qardaşlar Musa və Tural Həsənovların xatirə lövhəsi və adlarını daşıyan ikinci "Şəhidlər bulağı"nın açılış mə­rasimi olub. Açılış mərasimindən əvvəl Mingəçevir şəhər Şəhidlər xiyabanında şəhid qardaşların məzarları ziyarət edilib. Ziyarətdə şəhid qardaşların ailə üzv­ləri, yaxınları, Bakı, Bərdə, Goranboy, Min­gə­çe­vir, Şəmkir, Kürdəmir, Yevlax, Gəncə, Şəmkir və di­gər bölgələrdən olan şəhid ailələri, şəhid anaları, qa­zi­lər, din xadimləri, ilahiyyatçılar, şəhər sakinləri və di­gərləri iştirak ediblər. Ziyarət zamanı şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qo­yulub, ruhlarına dualar oxunub. Ziyarətdən sonra şə­hid qardaşların valideynlərinin yaşadığı Günəşli yaşayış massivində "Şəhidlər bulağı" və xatirə lövhəsinin açılışı mərasimi başlayıb. Əvvəlcə şəhidlərin ru­hu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, sonra çıxışlara start verilib.

Daha sonra "Şəhidlər bulağı" və xatirə lövhəsinin üzərindən örpək götürülüb, açılış olub, məktəblilərin ifasında şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim edilib.

Mərasimdə şəhid qardaşların valideynləri Tapdıq və Nə­hayət Həsənovlara söz verilib. Onlar bir daha övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını deyib, həmçinin, bu gün onları tək buraxmadıqları, dəs­tək olduqları üçün başda şəhid ailələri olmaqla, bütün ziyarət və mərasim iş­ti­rakçılarına minnətdarlıqlarını bil­diriblər.

Sonda şəhidlərin adına ehsan süfrəsi açılıb. 

***

Günəşli qəsəbəsinin yuxarı səmtində - şəhid qardaşların böyüdükləri evin qarşısında məni Nəhayət xanım tək qar­şıladı. Avtobusda da eşitmişdim ki, həyat yoldaşı Tap­dıq Həsənov vəfat edib. Ağır ləngərlə Nəhayət xanımın qarşısından keçib həyətə daxil oldum. Divarlardan boylanan acı təəssüratın hənirində bişdim, gözlərimi hüzn acıları ilə doldurub dedim:

- Allah Tapdıq kişiyə rəhmət eləsin! Bu evdə indi üç müqəddəs insanın ruhu dolaşır...

Nəhayət xanım başı ilə minnətdarlıq etdi və acı-acı sı­zıl­dadı...

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ