çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

“…Əgər şəhid olsam, başını dik tut. Dəfnimdə bayrağı oğlum Hüseynə versinlər” - Beşinci yazı

Image


…Bu fikir, əslində, qeyrətli bir Vətən oğlunun (öz) ismətli həyat yoldaşına son güvəni, son tapşırığıdır. Bu, həm də Turalın həyat yoldaşına - möhkəm ol, balalarımıza həyan dur, - demək anlamıdır. Ürəyin hiss etdiyini gözlər də duyur. Tural son dəfə həyat yoldaşına elə bu duyuq gözlərlə baxmışdı...

Nəhayət Həsənovanın dediklərindən:

- Əvvəl Musanın, sonra Turalın şəhid xəbərini eşitdik. Noyabrın 4-də xəbər gəldi ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Müəyyən müddət keçəndən sonra onun nəşini gətirdilər, dəfn etdik. Düşünürdüm ki, digər övladım Tural sağdır. Onunla təsəlli taparam. Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi. Belə anladıq ki, Tural da Musa kimi neytral zonada qalıb. Ona görə xəbər tuta bilmirdik...

Turalın ölüm xəbərindən sonra bütün ümidlərim puç oldu. Sabaha dikilən arzularımın hamısı gözlərim kimi soldu. İnanmıram ki, bundan sonra insan kimi yaşaya bilim. Mən artıq bir müqəvvayam. Mən artıq şölələri keçmiş qaranlıq otağam...

Nəhayət xanım başını aşağı dikir, susur və xeyli vaxtdan sonra deyir:

- Balalarımdan mənə 4 nəvə yadigar qaldı... Musanın 2 qızı, Turalın isə 2 oğlu var. Əlbəttə, onlar böyüyəcək, yaşa dolacaq. Ancaq necə?! Bütün günü "ata" deyib duracaq, anladıqca da köz olacaqlar. Nə vaxtsa onları boynubükük görsəm, həmin an ölərəm.

Qəfil iki damla yaş Nəhayət xanımın gözlərini yandırır. Ah çəkir və deyir:

- Atasız uşaqlar atalı uşaqlar kimi böyüyə bilmir. Onlara gözlərinin yağını da yedirtsən, içlərində bir atasızlıq dərdi qalır. Nəvələrim tez-tez "ata" deyir, sanki məndən atalarını tələb edirlər. Həmin an onların gözlərinin içinə baxmaq çox çətin olur. - Barmağının ucu ilə gözlərindəki yaşı kənara atır, islaq baxışlarını üzümə dikir: - Yəqin məni anlayırsız...

Həyat yoldaşı Rəbiyyə Həsənova Tural ilə son görüşünü belə xatırlayır:

- Evdən çıxanda gəldi, bizimlə görüşdü. Balalarının üzündən öpdü. Üzünü mənə tutub dedi ki, gedirəm, üçrəngli bayrağa bürünüb gələcəyəm. Sənə şəhid yoldaşı deyəcəklər... Vətən müharibəsi başlayan kimi getdi, arzusuna çatdı…

Rəbiyyə xanım bu sözləri göz yaşları içində boğula-boğula dilə gətirir. Ömür-gün yoldaşı hər qadın üçün bir əzəmətli dağdır. Ondan Vətənin çətin anında belə bir söz eşitmək, əlbəttə, həm çox çətindir, həm də şərəfli. Çətindir ona görə ki, bir evin əsas dayağı əbədiyyətə köçür. Çətinliklər acı təlatüm kimi həyatı cəhənnəmə döndərir. Şərəflidir, ona görə ki, ər dediyin insan sən, balaların, hər kəs rahat yaşasın deyə özünü Vətənə qurban verir...

Biz həmin an Rəbiyyə xanımı yaxşı anlayırdıq...  

Qeyd: Musa və Tural Həsənov qardaşları ön cəbhədə şücaət göstərən, əsl qəhrəmanlar kimi şəhidlik zirvəsinə ucalan Vətən oğullarıdır. 

Taleyə baxın ki, hər iki qardaş Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən hər iki qardaşın sinəsindən "Şəhid" medalı asıb.

...İndi o "medallar" hər iki qardaşın övladlarının (onların timsalında bütün balaların) başı üzərində aydın səma kimi bərq vurur...

Əlavə: Nəhayət xanımın nəvələri haqda fikirləri 2020-ci ilin müharibə dövrünə təsadüf edir. O vaxt onun 4 nəvəsi vardı. 2023-cü ildə Musa və Turalla bağlı kitab yazmaq üçün Mingəçevirə ezam olunanda eşitdik ki, nəvələrindən biri - şəhid Musanın kiçik qızı vəfat edib...

Allah o məsum körpəyə (də) rəhmət eləsin. İndi o, öz atasının ağuşunda - ata yanında təskinlik tapır...

"Biz Turalla eyni manqada idik..." 

Turalın döyüş yoldaşı Şükürov Tural Vüqar oğlunun dediklərindən:

- 1994-cü il təvəllüdlüyəm. Vətən müharibəsinə cənab Ali Baş Komandanın əmri ilə Mingəçevir şəhərindən qoşulmuşam. Biz müharibə başlamazdan əvvəl düşmənin hərbi birləşmələrinin aktiv fəaliyyətinin qarşısını almaq məqsədilə dağlarda mövqe tutmuşduq. 26 sentyabr 2020-ci ildə səhər saatlarına yaxın tabor komandirimiz Şirvan Mehmanov - hansı ki, o, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindəndir, Allah rəhmət eləsin!, - bizimlə vətənpərvərlik ruhunda söhbətlər aparır, Vətənin nə qədər əziz, anamız qədər doğma olduğunu deyir, hamımızda düşmənə nifrət hissi oyadırdı. Onun vətənpərvər ruhda etdiyi çıxışlar bizi döyüşə ruhlandırırdı. 27 sentyabr 2020-ci ildə səhər saatlarında torpaqlarımızda mövqe tutmuş qanunsuz erməni birləşmələri Kəlbəcər istiqamətindən taborumuzun yerləşdiyi Yuxarı və Aşağı Ağcakənd istiqamətini iriçaplı silahlardan atəşə tutdu. Beləliklə, cənab Ali Baş Komandanın göstərişi, Müdafiə nazirinin əmri ilə əks-hücum əməliyyatı başladı. Biz əməliyyatın mərkəzində idik. Müharibə sürətli hal aldı. Ağır silahların yaratdığı təlatüm içimizdəki Vətən eşqini söndürə bilmədi, əksinə, yüksək əhval-ruhiyyə ilə irəliyə doğru getdik. Həmin an hamımızın içində bir hiss var idi: 30 ildir yığılıb qalmış nifrəti, bizə qarşı yönələn tənələri, digər aşağılayıcı nəzərləri üstümüzdən atmaq. Bu hisslə də döyüşdən-döyüşə atılırdıq. Haqqında böyük şərəflə, həm də təəssüf hissi ilə danışdığım Tural Həsənov da orada eyni fədakarlığı göstərirdi. Biz Turalla eyni manqada idik. O, baş atıcı, mən isə atıcı vəzifəsini icra edirdim. Döyüşlərdə bizimlə birlikdə Mingəçevir şəhərindən İlkin Ağakişiyev, Məhəmməd Məmmədli, Arzuman Osmanov, Elmar İbrahimov da iştirak edirdi. Ürək ağrısı ilə qeyd edirəm ki, o qəhrəman oğulların hamısı Vətən uğrunda şəhid oldular. Biz əsasən, Kəlbəcər - Murov istiqamətində düşmənin mövqeyini yarmaq, düşməni torpaqlarımızdan çıxartmaq üçün əlimizdən gələni edirdik. Müharibənin ilk günü tabor komandirimizin və digər döyüşçü yoldaşlarımızın şəhid olması bizi əlbəttə ki, təəssüfləndirdi, lakin daha böyük inamla irəli atılmağa sövq etdi. Üzərimizə qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdik, bölmələrimizin irəli getməsi üçün geniş zona açdıq. Atıldığımız bütün döyüşlərdə Tural Həsənov sözün əsl mənasında qəhrəmanlıq göstərir, bir an belə olsun, düşməni hədəf olaraq gözdən qoymurdu. Onun göstərdiyi igidlik nümunəsi bizdə qürur hissi doğururdu. 

Döyüşlər vaxtı tez-tez gecə növbələri olurdu. Tural da həmişə can atırdı ki, gecə növbələrinə getsin. Deyirdi ki, mən Vətənimi yorğun görürəm, onun uğrunda bütün yorğunluğumu fəda etməyə hazıram. Turalın həm insani keyfiyyətləri, həm də Vətən sevgisi çox güclü idi. O, özündən daha çox başqalarını düşünür, sanki onları qorumaq məqsədi güdürdü. Az vaxt içində özünü sanki hər kəsin yerinə fəda etməyi gözə alan igidə çevrilmişdi. 

Turalın qəlbində İlahi bir güc var idi. Bu güc bizim hamımızda təcəssüm edirdi. Əks təqdirdə günlərlə soyuqda, bəzən ac-susuz çətin müqavimətlərə tab gətirə bilməzdik. 30 sentyabr 2020-ci ildə Tapqaraqoyunlu istiqamətindən Ağdərəyə keçə bildik. Təxminən 2 min metrdən çox olan yüksəkliklərə nəzarəti ələ keçirdik. Bu ərazilərdə döyüşün ilk vaxtlarından başlayaraq çox ağır əməliyyatlar olmuşdu, biz də orada öz mövqelərimizi gündən-günə möhkəmləndirirdik. O döyüşlərdə Tural baş atıcı kimi, mən və İlkin də qumbaraatan silahı ilə düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirir, döyüş texnikalarını və canlı qüvvəsini sıradan çıxarırdıq. Baxmayaraq ki, şəhidlərimiz də olurdu, lakin ruhdan düşmürdük, inanırdıq ki, bu çətin döyüşlərin sonunda mütləq bir qələbə var. 

Gərgin anlar artdıqca içimizdə qürur da artırdı. Bu minvalla düşmən postunu ələ keçirmək üçün qruplar şəklində hücuma keçdik, postu aldıq, lakin düşmənə gələn kömək sayəsində mühasirəyə düşdük. O an mən ağır yaralandım, döyüşçü yoldaşlarımızdan bir neçəsi, həmçinin, yuxarıda adlarını sadaladığım şəxslər şəhid oldular. Tural da qarın boşluğundan və ayağından ağır güllə yarası almışdı. Düşmənin yuxarı səmtdən atdığı güllələr əsas etibarilə onun kürək nahiyəsindən qarın hissəsinə keçmiş və çox ağır fəsadlar törətmişdi. Əlbəttə, hər ikimiz üçün çox çətin idi. Üzünü mənə tutub soruşdu ki, indi neyləyək? Mən də dedim ki, mühasirədəyik, sürünməkdən başqa çarəmiz yoxdur... O, bu məqamda - yaralı olmasına baxmayaraq bərkdən qışqırdı və düşmən tərəfə atəş açdı. Sanki bununla mühasirəni yarmağa çalışdı. 

Turalın ölüm ayağında son sözləri ailəsi və övladları ilə bağlı idi. Sağ ikən ailəsi və övladlarından narahatlığını aşkar büruzə verirdi. İnsan nə qədər ailəcanlı, övladsevər olar? Deyirdi ki, mənə bir şey olsa, onlar necə yaşayacaqlar? Ağır güllə yarası alanda da, ölümün boğazına çökdüyü məqamda da zənnimizcə, elə bu barədə nəsə deyirdi. Bizim tanıdığımız qəhrəman Tural, düşmənə qan udduran vətənpərvər Tural son nəfəsdə də ailəsini düşündü. Mən komaya düşdüyüm üçün Turaldan xəbər tuta bilmədim. Xeyli vaxtdan sonra dedilər ki, o, əsl Vətən oğlu kimi şəhid olub... 

Döyüş yoldaşlarım Fərid və Sənan məni mühasirə zolağından necə çıxartdılar, xəbərim olmadı. Şəhid olan oğullar isə güllə altında - neytral zonada qaldılar. Səhv etmirəmsə, əlli gün sonra onların nəşi neytral zonadan çıxarıldı... 

Sağ qaldığım üçün valideynlər tez-tez məndən övladlarını soruşurdu. Çox çətin idi onların gözlərinə baxmaq. Çox vaxt susmaqdan başqa çarəm qalmırdı. Gerçək olan o idi ki, onların övladları yüksək pillələrdə qərar tutmuşdular. Əbədiyyətin ən müvəffəq sakinlərinə çevrilmişdilər...   

***

Hər iki oğlunu Vətən yolunda şəhid verən Nəhayət ana deyir ki, övladlarının ikisi də bir gündə müharibəyə gedib. 

Nəhayət xanım bu acı-şərəfli anı belə əxz edir:

- Musa təlim toplantısına gedərkən bizimlə və ailəsi ilə görüşə bilmədi. Çünki çağırış gələndə iş yerində olub və ancaq müdiri ilə vidalaşıb. Hətta müdirinə gülümsəyərək, zarafatla deyib ki, deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq.

Balalarım müharibəyə (uşaq kimi) əl-ələ tutub getdilər, ancaq bir-birindən xəbərsiz şəhid oldular... Bir ananın sinəsinə iki oğul dağı çəkən Allahdan sadəcə, səbr, dözüm istəyirəm...

Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Sanırdım ki, Musanın iyini ondan alaram. Ancaq... Eh, zalım fələk... Musanın acısının üstündən Turalımın da acısı sinəmdə dağ yaratdı... 

Mən anayam, birtəhər dözürəm. Amma 80-dən çox yaşı olan ataları hər gün ağlayırdı, elə için-için ağlayırdı ki, tab gətirə bilmirdim. Təsəlli verirdim ona ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. O isə məsum uşaq kimi gözlərimə baxır, hönkürürdü. Eh, bala dərdi onu bizdən aldı...

Nəhayət xanım dərindən ah çəkir, sonra köksünü ötürüb deyir:

- Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, Musadan çox narahatam, ondan bir xəbər varmı? Sonra da dedi ki, biz sabah Suqovuşan uğrunda döyüşə çıxırıq, zəng etməsəm, narahat olmayın... 

Ondan daha səs çıxmadı. Son dəfə yoldaşına deyibmiş ki, bizi ağır döyüşlər gözləyir, bilirəm, bu döyüşlərdə şəhid olacağam. Əgər şəhid olsam, büküldüyüm bayrağı oğluma verərsən...

Nəhayət xanım qatı zülmət örtmüş gözlərini şəhid övladlarının divarda əks edən çöhrələrinə dikir, xeyli susur və sözünə davam edir:

- Övladlarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki Liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu oldular. Musanın 25 yaşını Şəhidlər xiyabanında qeyd etdik. Tural ondan bir az böyük idi... - Kövrəlir, içində çəkdiyi ah-nalədən bəlkə də dilini-dodaqlarını parçalayır: - Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı. Yaralı halda da son sözü bu olub: "Balalarım mənsiz yaşaya bilməyəcəklər...". O, balalarını çox sevirdi, onlar üçün narahatlığını gizlədə bilmirdi. Ailəyə çox bağlı idi. - Susur, xeyli vaxt susur və deyir: - Noyabrın 4-də xəbər gəldi ki, Musa BTR-də yanıb, şəhid olub. Ümidlərim küləyin ağzında gedən buğda dəni kimi yox oldu. Mən Vətən üçün oğul böyütmüşdüm, Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz Vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabutun gəlməsi imiş, çox böyük dərddir... - Barmaqlarını gicgahına dirəyir: - İki oğul Turalındır, iki qız da Musanın, indi mənim təsəllim yalnız onlardır.

Turalın azyaşlı uşaqları atalarının şəklinə baxaraq, -  atam gələcək, - deyirlər. Balalarım elə yerə gedib ki, geri gəlmələri mümkün deyil. Mən bunu atasız qalmış uşaqlara necə anladım, necə başa salım?

Həyat yoldaşım Tapdıq Həsənov hər dəfə ürəyini qubar deşəndə deyirdi, nə yaxşı ki, bu balacalar var, heç olmasa başımı onlarla qatıram... Bəs mən nə edim? Nəvələrim tez-tez divarlardakı şəkilləri göstərib, məndən atalarını soruşurlar... Onlara nə deyim? 

İndi həyat yoldaşım da yoxdur, bu damın altında təkəm. Mən başımı hansı təsəlli ilə qatım?

Əlbəttə, çox ağır, çox çətin sualdır. Bu sualın cavabı nə "səbrli ol" deməkdir, nə də başqa bir təsəlliverici sözdür. Bu sualın cavabı ümumiyyətlə yoxdur... 

Hikmət Məlikzadə
Qeyd: Bu yazıdakı fikirlər də 2020-ci ilin soyuq müharibə dövrünə təsadüf edir...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 16:23
Tramp G-20 ölkələrini İranın üstünə qaldırmaq istəyir - ya 20-lər bölünəcək, ya da...

01.09.2026 / 15:57
ABŞ-da dünyaca məşhur bəzi media nümayəndələrini mətbuat konfransına buraxmadılar...

01.09.2026 / 15:45
Qərb Rusiya ilə mübarizə üçün Ukraynanı əvəz edəcək yeni ölkə axtarır və... Bu hansı ölkədir?

01.09.2026 / 15:32
ABŞ-İran cəbhəsində vəziyyət yenidən nəzarətdən çıxır - Trampın "Hörmüz bizdə" bəyanatı aranı qatdı...

01.09.2026 / 15:14
"Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan

01.09.2026 / 15:03
"Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək" - Prezident İlham Əliyev

01.09.2026 / 14:55
Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

01.09.2026 / 14:47
"Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq" - Prezident

01.09.2026 / 14:39
Heqsetin Sərəncam kitabından dəhşətli faktlar çıxdı - orduda silah-sursat tükənir, üsyan yetişir...

01.09.2026 / 14:35
Prezident: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

01.09.2026 / 14:31
"Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı" - Prezident

01.09.2026 / 14:26
Rusiyada DİN miqrantlara qarşı "ən yeni kibertexnologiya" ilə mübarizəyə başladı...

01.09.2026 / 14:21
Prezident: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir"

01.09.2026 / 14:15
Türkiyə-İsrail münasibətləri etik və siyasi çərçivələrdən çıxır - dünya seyrçi mövqedə...

01.09.2026 / 14:11
"Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik" - Prezident

01.09.2026 / 14:07
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - FOTO

01.09.2026 / 14:05
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTO/YENİLƏNDİ

01.09.2026 / 14:00
Sentyabrın 1-dən suvarma suyu pullu oldu - qiymətlərə yeni təzyiq başlaya bilər...

01.09.2026 / 13:48
Amerikalı mütəxəssislər İranda gizli yeraltı uran anbarı aşkarladı…

01.09.2026 / 13:36
Ukrayna Rusiyanın ən böyük Baltik limanını bombaladı - Estoniya NATO qırıcılarını havaya qaldırıb…

01.09.2026 / 13:05
Azərbaycanda balıq ovu mövsümü açıldı

01.09.2026 / 12:37
Mirziyoyev “ŞƏT - 2040” konseptual baxışının hazırlanmasını təklif etdi

01.09.2026 / 12:25
Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs yaxalandı

01.09.2026 / 11:44
Bir gündə 46 cinayətin üstü açıldı

01.09.2026 / 11:26
ABŞ ordusunda ŞOK ayrılıq – nazirlə toqquşan "dron adam" istefa verdi…

01.09.2026 / 11:22
Prezident azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirdi

01.09.2026 / 11:21
Rusiyalı nazirin G7 Sammitində iştirakı qalmaqal yaratdı - Tramp “hamı ilə yola getməyi sevirik” dedi

01.09.2026 / 11:17
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

01.09.2026 / 11:10
ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalandı

01.09.2026 / 11:06
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

01.09.2026 / 10:43
Ermənistan TRIPP-in tikintisinin başlayacağı mümkün tarixləri açıqladı...

01.09.2026 / 10:36
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi

01.09.2026 / 10:34
ABŞ İrana nüvə bombası atacaq? - Tramp qəti danışdı…

01.09.2026 / 10:10
Hikmət Hacıyev Bişkekdə Alen Simonyanla görüşdü

01.09.2026 / 09:40
Prezident İlham Əliyevin Bişkekdə Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

01.09.2026 / 09:25
Ararat Mirzoyan: “Ermənistan yaxın günlərdə Azərbaycana mal satacaq”

01.09.2026 / 08:47
İspaniyada istidən ölüm halları rekord həddə - 5200-ün üstü…

01.09.2026 / 08:21
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

01.09.2026 / 08:02
Eks-məmurlar Netanyahuya məktub yazdı - “…dayandırın!”

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ