Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qazax alimlərindən türkoloji dilçiliyə qiymətli töhfə

Image


Türkologiya dünya elminin əsas istiqamətlərindən biri kimi türk xalqları üçün sadəcə elm sahəsi olmaqla qalmayıb, onların tarixi-mədəni, ictimai-milli, etnik-siyasi baxımdan inkişafında son dərəcə mühüm rol oynayan ictimai şüur formasıdır. Bu cəhətdən, istər ümumən türkologiya, istərsə də onun nüvəsini təşkil edən türkoloji dilçilik daim ümumtürk alimlərinin diqqət mərkəzində olan aktual sahədir. 

Diqqətəlayiqdir ki, təbiəti etibarilə etnik konsolidasiyaya meylli olan türk xalqlarının elm sahəsində əldə etdikləri yeniliklər müasir informasiya texnologiyalarının sahəsində artıq "anındaca" ümumtürk elm sərvətinə çevrilərək həm türk xalqlarının etnik-mədəni bütövlüyünü möhkəmləndirir, həm də türkologiya elminin ümumi inkişafına böyük təkan verir. Bu baxımdan, qardaş Qazaxıstan Respublikasının görkəmli dilçiləri Janseyit Tüymebayev və Magripa Yeskeyevanın 2017-ci ildə Almatıda "Kazığurt Yayınevi"ndə çap olunmuş "Türkolojinin Tarihi-Dil Bilimsel Esasları" kitabını son dövrlərdə türkoloji dilçilik sahəsində ortaya qoyulmuş fundamental dərslik kimi qiymətləndirmək olar. 

Kifayət qədər geniş həcmə (456 s.) malik olan və müəlliflərin özlərinin qeyd etdkləri kimi, "türkologiyanın bünövrə daşlarından birini təşkil edən "Türkologiyaya giriş", "Türkologiyanın əsasları" dərslərinin oxudulmasında istifadə olunacaq bu əsər"in qarşısında çox geniş, müasir və aktual hədəflər durur:

– Keçmiş Sovet İttifaqı, Qazaxıstan və xaricdəki türkoloji dilçilik məktəbləri ənənəsini davam etdirərək, orijinal düşüncə və görüşləri sistemləşdirmək;

– XXI əsr türkologiyasının istiqamətini müəyyənləşdirmək;

– Türk dünyasının tarixi, mədəni və dil yaxınlığını aktuallaşdırmaq;

– Türkologiyanın bir elm sahəsi olaraq inkişafı, türkşünaslığın bütünlük qazanması, nəzəri və metodoloji təməlini təşkil edən müqayisəli-tarixi tədqiqat və yeni araşdırma paradiqmaları ilə türk dillərinin tədqiqat tarixindən bəhs edərək türkoloji dilçiliyin çağdaş aktual problemlərini, əsas elmi istiqamətlərini tanıtmaq;

– Türk dillərinin təşəkkül və inkişaf dövrlərinin xüsusiyyətlərini dil və tarixi materiallar əsasında öyrənərək, türk dillərinin tarixini dövrləşdirmək sahəsindəki yeni görüşlər haqqında bilgilər vermək;

– Türk dillərinin qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatının dilçilik, tarixi-etnogenetik, regional-coğrafi və s. yönlərini tədqiq edərək, türk dillərinin təsnifatı haqqındakı görüşləri ifadə etmək;

– Türk dillərinin fonoloji sistemi və morfoloji quruluşunun əsas xüsusiyyətlərinin, türk dillərinin inkişaf xətlərinin müyyənləşdirilməsi sahəsindəki əsas qaydalar və dil hadisələrini göstərmək;

– Türkoloji dilçilikdə qazax dilçiliyinin yerini ortaya qoymaq.

Göründüyü kimi, öz qarşısına türkoloji diçiliyin kifayət qədər qlobal və mürəkkəb problemlərini əhatə etmək məqsədini qoymuş bu dərslik-tədqiqatın əsas elmi "ritorikası", bizcə, XXI əsr türkologiya elminin kardinal inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Bu – müasir dövrdə türkologiyanın qarşısında duran ən böyük hədəfdir. Belə ki, XXI əsr bütün dünyada olduğu kimi, türk xalqlarını da yeni siyasi və milli reallıqlarla qarşılaşdırdı: dünyanın siyasi xəritəsinin dəyişməkdə olduğu artıq göz qabağındadır. Bu isə türk xalqlarından siyasi, ictimai, elmi potensiallarını yenidən səfərbər etməyi, vahid qüvvə kimi çıxış edərək, müasir dünya xəritəsində özlərinə layiq olduqları yeri tutmağı tələb edir. Türkün bu taleyüklü missiyanın həyata keçirilməsində türkologiya elminin heç nə ilə müqayisə olunmayacaq dərəcədə böyük yeri və rolu vardır: türk xalqlarının və onun ən dinamik qüvvəsi olan gəncliyi yeni türkçülük düşüncəsi ilə silahlandırmaq.  Janseyit Tüymebayevin və Magripa Yeskeyevanın "Türkolojinin Tarihi-Dil Bilimsel Esasları" kitabının elmi əhəmiyyəti ilə bərabər milli-siyasi əhəmiyyəti məhz bu kontekstə bütün tərəfləri ilə aydın şəkildə görünür.

Dörd fəsildən ibarət olan dərsliyin "Türkologiya" adlanan birinci bölümü "Türkologiyanın dünya sosial elmlər sahəsindəki yeri", "Türkologiya və "türk", "türki" terminləri", "Türkologiyanın bütünlük xüsusiyyətləri", "Türkoloji dilçilik", "Türkoloji dilçiliyin tarixi kökləri", "Türkologiyanın Rusiyada təşəkkülünün tarixi zəmini və təcrübəsi", "Türkoloji dilçiliyin inkişafı və türk dillərinin tədqiqi", "Xaricdəki türkologiyanın inkişafı və türk dillərinin araşdırlıması" kimi məsələləri əhatə edir.

Dərsliyin "Türk dilləri və türk dillərinin tarixi inkişaf dövrləri" adlanan ikinci bölümündə "Türk dilləri", "Türk dillərinin inkişafını tarixi baxımdan dövrləşdirmə və türk dillərinin inkişaf mərhələləri", "Türk dillərinin tarixi inkişafının saka-hun dövrü", "Türk dillərinin inkişafının qədim türkcə və ya erkən orta türkcə dövrü", "Türk dillərinin inkişafının orta türkcə dövrü və ya qədim türkcə dönəmi", "Türk dillərinin inkişafının yeni və ən yeni dönəmləri" kimi məsələlərdən bəhs olunur.

Kitabın "Qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatı məsələləri" adlanan  üçüncü fəslində oxuculara "Türk dillərinin təsnifatının nəzəri-metodoloji və tarixi prinsipləri", "Türk dillərinin təsnifatında istifadə olunan fonetik-fonoloji və morfonoloji qaydalar", "Türk dillərinin təsnifatı" kimi məsələlər haqqında fundamental bilgilər təqdim olunur.

Dərsliyin "Türk dillərinin quruluşu. Fonologiya. Morfologiya" adlanan dördüncü fəsli "Türk dillərində vurğu, ahəng, heca", "Türk dillərinin fonetik-fonoloji sistemi", "Türk dillərinin morfoloji quruluşu". "Türk dillərindəki leksik şəkilçilər", "Türk dillərindəki qrammatik şəkilçilər" kimi məsələləri əhatə edir.

Göründüyü kimi, bakalavr, magistr və dilçi-türkoloqlar üçün nəzərdə tutulmuş bu dərslik türkoloji dilçiliyin kifayət qədər geniş və aktual məsələlərini əhatə edir. Həm bütövlükdə türkologiyanın, həm də türkoloji dilçiliyin daim inkişaf edən səhələr olduğunu nəzərə aldığımızda bu dərsliyin nə qədər böyük və mürəkkəb məsələləri əhatə etməsi aydın şəkildə üzə çıxır. Belə ki, dərslikdə həm türk xalqları türkoloqlarının, həm də dünya türkoloqlarının tədqiqatlarının nəticələrinə istinad olunmuşdur. Bu da öz növbəsində sözü gedən kitabı təkcə Qazaxıstan ali təhsil məkanı üçün deyil, eləcə də bütöv türk dünyası oxucuları üçün qiymətli qaynağa çevirir.

Dəslik fundamental biblioqrafik baza əsasında yazılmışdır. Burada kılassik türkologiya ilə bərabər, türk xalqlarının dilçilərinin də əsərləri yer almışdır. Dərslikdə Azərbaycan türkoloqlarından Əbdüləzəl Dəmirçizadənin, Fərhad Zeynalovun əsərlərinə istinad olunmuşdur. Elə hesab edirik ki, dərsliyin növbəti nəşrində görkəmli Azərbaycan türkoloqu, mərhum Aydın Məmmədovun "Тюркские согласные: анлаут и комбинаторика" əsərinə də biblioqrafiyada rast gəlmək mümkün olacaqdır.

Biblioqrafiyanın mükəmməlliyi təkcə kitabın hazırlanması ilə məhdudlaşmayaraq, həm də tələbələri dünya türkoloji dilçiliyinin meridianlarına çıxarmaq baxımından da aktuallıq kəsb edir.

Əsər elmi baxımdan sadə və eyni zamanda zəngin elmi dil əsasında yazılmışdır. Dərsliyin hər bir bölməsində müəlliflərin türkoloji dilçilik sahəsindəki zəngin bilikləri və intellektual səviyyələri aydın şəkildə öz ifadəsini tapmışdır.

Qeyd edək ki, dərsliyin türk dilində olması onun əhəmiyyətini daha da aktuallaşdırır. Müasir reallıqlar fonunda Türkiyə türkcəsinin ortaq türk dili rolunu öz üzərinə götürməsi aydın şəkildə görünməkdədir. Bu da öz növbəsində tərcümə olunaraq Türkiyə türkcəsində çap olunmuş bu əsəri Qazaxıstan ali təhsil məkanının sərhədlərindən qırağa çıxararaq, bütün türk xalqlarının bakalavr, magistr və türkoloqları üçün əlçatan qaynağa çevirir. Elə hesab edirik ki, müasir dünya türkoloji dilçiliyinin bütün nailiyyətlərini özündə əks etdirən bu kitabın Azərbaycan türkcəsinə də tərcümə olunması tələbələr, müəllimlər və ümumən türkoloqlar üçün qiymətli töhfə olardı.

Prof. Qalib SAYILOV
Prof. Seyfəddin RZASOY



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ