Bazar ertəsi günü, 09 noyabr 2026
     

AMEA-da "Elm Tarixi İnstitutu" da var imiş, yaxşı ki ləğv edildi...

Image


Məhərrəm Zülfüqarlı: "Fəaliyyətinə son qoyulan Elm Tarixi İnstitutu kimi digər bir sıra lazımsız strukturlar da ləğv olunmalıdır"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutları bölündükdən, yarısı AMEA-da qaldıqdan, yarısı isə Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra ictimaiyyətə məlum oldu ki, vaxtilə bu qurum nəzdində nə qədər lazımsız təşkilatlar, müəssisələr varmış. 

AMEA-da baş verən prezident dəyişikliklərindən sonra qurum bu gərəksiz müəssisələrlə vidalaşır. Fəaliyyəti dayandırılan müəssisələr arasında Elm Tarixi İnstitutu da var. Əslində, Elm Tarixi İnstitutu yaradıldıqdan sonra elmi ictimaiyyət arasında müəyyən söz-söhbətlər  vardı, qeyd edirdilər ki, belə bir institutun yaradılmasına heç bir ehtiyac yox idi. Amma bununla belə o institut yaradıldı və bir neçə il fəaliyyət göstərdi.

AMEA- da ləğv olunmuş strukturların biri olan Elm Tarixi İnstitutu nə zaman yaradılıb, bu kimin rəhbərliyi dövrünə təsadüf edib?  Belə institut olar? Dünyada Elm Tarixi İnstitutu var? Onun direktoru kim olub? Kim üçün yaradılıb? Kim yaradıb?

Bu suallar ətrafında araşdırma apardıq, sonra isə ekspertə müraciət etdik. 

Elm Tarixi İnstitutu AMEA-nın İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutu olub. AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılıb. İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilib. Burada "Təbiət və dəqiq elmlər tarixi", "Elm tarixinin nəzəri və metodoloji problemləri", "Elmşünaslıq və elmin sosial problemləri", "Tarixşünaslıq və mənbəşünaslıq" şöbələri fəaliyyət göstərib. Akademik İsa Həbibəyli quruma prezident seçiləndən sonra bir sıra qurumların, o cümlədən də Elm Tarixi İnstitutunun fəlaiyyəti dayandırılıb. 

"Gec də olsa, bu addımın atılması müsbət haldır" 

AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində "Bu bizim ağrılı mövzumuzdur. Uzun müddətdir, elm və təhsil sahəsində olan problemlərdən danışılır, amma demək olar ki, heç bir  irəliləyiş yoxdur. Akademiyanın təbiət elmləri ilə məşğul olan institutları akademiyadan alınıb Elm və Təhsil Nazirliyinə verildi. Yenə həmin binada otururlar, yenə əvvəlki kadrlardır, sadəcə rəhbərlikləri dəyişdi. Əvvəllər Akademiyanın prezidentinə tabe idilər, indi nazirliyə tabedirlər. Yəni forma nisbətən dəyişib, məzmun isə qalıb. Elm və təhsil sahəsində bir sıra strukturlar var ki, onlara ehtiyac yoxdur. Elm Tarixi İnstitutuna da ehtiyac yox idi, çünki onun görüyü işləri başqa institutlarda da görmək mümkündür. Bu baxımdan hesab edirəm ki, o institutun bağlanması düzgün qərardır"-deyə bildirdi. 

M.Zülfüqarlının sözlərinə görə, hətta elə universitetlər var ki, onun buraxdığı kadrlara ölkədə çox az ehtiyac var, amma o sahədə ayrıca ali məktəb açıblar. "Bizə nə qədər rəqqas lazımdır ki, ayrıca   Bakı Xoreoqrafiya Akademiyası açılıb? Buna nə ehtiyac var ki? Ya Bakı Musiqi Akademiyasının, ya da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində bir ixtisas açıb rəqqaslar yetiişdirmək olar. Bu cür gərəyi olmayan, lüzumsuz müəssisələrin açılması nəticəsində dövlət büdcəsinə böyük zərbə dəyir. Eləcə də, AMEA-da elə institutlar var ki, onlara heç bir ehtiyac yoxdur. 

Elm Tarixi İnstitunun ləğv edilməsi müsbət haldır. Amma sual olunur, bu niyə yaradılırdı? Niyə övlətin bu qədər vəsaiti göyə sovrulurdu və buna nə üçün reaksiya verən olmayıb? AMEA-da baş verən struktur dəyişikliklərindən sonra yəqin ki, artıq yeni rəhbərlik bu işlə məşğul olmağa başlayıb. Mənə elə gəlir ki, vaxtilə yaradılmış bu kimi məsələlərin qarşısı sürətlə alınmalıdır. Burada lənglik olmamlıdır. Mən bir tarixçi kimi deyim ki, Elm Tarixi İnstitutuna heç bir ehtiyac yox idi. Akademiyanın A.Bakıxanov adına Tarix İnstitutunun bəzi şöbələrini götürüb Elm Tarixi İnstitutuna vermişdilər, eyni zamanda parallel şöbələr də fəaliyyət göstərirdi. Belə bir vaxtda paralel şöbələrə nə ehtiyac vardı? Mənə belə gəlir ki, gec də olsa bu addımın atılması müsbət haldır. Fikrimcə, ora kimin rəhbərlik etməsi, kimə görə açılması müzakirə predmeti olmamalıdır. Çünki ona rəhbərlik edən xanıma da, onun ailəsinə də böyük hörmətimiz var. Sadəcə, o institutun kimə görəsə açılması yox, əgər o şəxsə hörmət vardısa onun mövcud struktura rəhbər qoyulması daha məqsədəuyğun idi. Mənə belə gəlir ki, həmin dövrdə Tarix İnstitutunun rəhbərini dəyişib onun yerinə həmin xanımı qoysaydılar heç yeni struktura ehtiyac yox idi. Bu AMEA rəhbərliyində təmsil olunan əvvəlki səlahiyyətlilərin dövründə olub. Hesab edirəm ki, yeni rəhbərlikdə təmsil olunanlar da bu halları tədricən aradan qaldırmaq istəyir. Buna müsbət yanaşmaq lazımdır. Amma təricən yox, kökündən sürətlə aparılan islahatlara ehtiyac var. çox tədbirlərdə oluram, elmin, təhsilin, tədrisin inteqrasiyası barədə çoxlu çıxışlara qulaq asırıq. Əksəriyyəti ümumi cümlələr söyləyir, nəticədə də heç bir irəliləyiş əldə olunmur. Akademiya sistemi dünyanın əksər ölkələrində təhsilə inteqrasiya edib. Yəni akademiya institutları ali məktəblərin nəzdində fəaliyyət göstərir. Dünyada elə universitetlər var ki, ancaq tədrislə məşğuldur, eləsi də var həm tədris, həm də elmi-tədqiqatla məşğul olur. Bizdə də belə universitetləri formalaşdırmaq lazımdır və akademiyanın institutlarını da həmin ali məktəblərin nəzdinə verməklə elm və təhsilin inteqrasiyasına nail ola bilərik. Bu dövrdə də buna ehtiyac var. Amma gəlişi gözəl sözlər danışmaqla  köhnə sistemi saxlamaq nə elmə, nə də təhsilə xidmət edir. Ona görə də köklü islahatlara ehtiyac var. Fəaliyyətinə son qoyulan Elm Tarixi İnstitutu kimi digər bir sıra lazımsız strukturlar da ləğv olunmalıdır"-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ