Bazar ertəsi günü, 09 noyabr 2026
     

65 yaşlı qazi jurnalist - Elçin Məmmədli... - MÜSAHİBƏ

Image


"Mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır" 

"Təzadlar" qəzetinin əməkdaşı, Birinci Qarabağ müharibəsi qazisi, jurnalist Elçin Məmmədlinin 65 yaşının tamam olduğunu eşidəndə qulağımıza inanmadıq, dedik redaksiyaya dəvət edib yaşını onun özündən soruşaq. 

"İnsana dünyada yaxşılıqdan başqa heç nə qalmayacaq"

- Elçin bəy, sözümüzü qəribliyə salmayın, Sizin 65 yaşınızın tamam olduğuna niyəsə inanmaq olmur. Deyəsən, heç özünüz də yaşınızı hiss etmirsiz…

- Həyatımız elə keşməkeşlidir, problemlərin içində o qədər çabalayırıq, "sabah hər şey daha yaxşı olacaq" deyə-deyə yaşayırıq ki, ömrün necə keçdiyini hiss etmirik, bir də gözümüzü açıb baxırıq ki, yaş 65-dir. Amma o enerji, o həvəs, gənclik ruhu hələ də canımdadır, 25-30 yaşımda nə edirdimsə, indi də onların hamısını edirəm. Cavan vaxtı da gündə turnikdən 5-6 dəfə dartınırdım, indi də dartınıram. 

- Hansı möcüzə baş verib ki, ruhən cavan qalmısınız?

- Xalq şairi rəhmətlik Söhrab Tahirə sual verdilər ki, Söhrab müəllim, belə cavan qalmağınızın sirri nədir? O da "heç vaxt paxıl olmamışam" cavabını verdi. Allah Söhrab müəllimə rəhmət eləsin, onun sözü olmasın, mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır.  İnsanın özü qocalsa da, ruhu qocalmasın, daxilində gənclik eşqin varsa sən heç zaman qocalmayacaqsan…

- 65 yaş elə-belə yaş deyil, böyük yaşdır, bu illər ərzində Sizi ən çox sevindirən və təəssüfləndirən nə olub?

- Ali məktəbə girdiyim gün ən sevincli günlərimdən biridir. Bir ildə üç dəfə ali məktəbə imtahan vermişəm, sonda İncənət İnstitutunun mədəni maarif fakültəsinə qəbul olmuşam. 1992-ci ildə Ağdərə-Kəlbəcər yolu azad olunanda çox sevindim. Sonralar təəssüf ki, həmin ərazilər işğal olundu. Birinci Qarabağ müharibəsi iştirakçısı kimi bundan çox təəssüflənirdim, kədərlənirdim ki, əziyyətimiz hədər getdi. Amma 44 günlük Vətən müharibəsində Qarabağın azad olunması və o cümlədən orada oğlumun da payının olması çox sevindirici və qürurvericidir.

- Ata və babaların yarımçıq qoyduğu işləri oğullar və nəvələr başa çatdırdı, dünyaya bir daha sübut etdik ki, biz qəhrəman xalqıq…Bu mənada siz xoşbəxsiniz ki, oğlunuz Tural bəy sizin öcünüzü düşməndən aldı. Bu necə hissdir? 

- Bizim qisasımızı oğlum kimi minlərlə oğullar aldı.  Biz o vaxt müharibəyə gedəndə elə bilirdik ki, bu problemi həll edəcəyik, o gələcəyə qalmayacaq. Nə biləydim ki, bu problem 30 il çəkəcək və o vaxt dünyada olmayan oğlum gəlib İkinci Qarabağ müharibəsinin iştirakçısı olacaq? Oğlum 1999-cu il təvəllüdlüdür, yüngül yaralandı, amma Allaha şükür salamat gəldi. 44 gün müddətində stress keçirirdik, ağlayırdıq. Övlad çox şirindir, çox əziyyət çəkdik. Bir neçə gündən bir zabitlərin telefonu ilə evlə əlaqə saxlayırdı. Zəng edirdi sevinirdik, elə ki zəng etmirdi "indi hərbi komissarlıqdan xəbər gələcək ki, oğlunuz şəhid olub" deyirdim. 

- Belə çıxır ki, özünüzü oğlunuzun şəhid olması xəbərinə də hazırlayırdınız?

- Səmimi deyirəm, bəli, hazırlayırdım. Nəinki özümü, hətta anasını da evdə psixoloji cəhətdən hazırlamışdım ki, ola bilsin, o uşaq bizim qismətimizdə yoxdur, Vətən yolunda şəhid olacaq, qismətimizdə varsa sağ-salamat gələcək. 44 gün ərzində keçirdiyim həyəcanlar məndə şəkər yaratdı, ürəyimə üç stend qoyuldu. Hər dəfə danışanda çalışırdım ki, kövrəlməyim,  özümü tox tutum. Bir dəfə oğlum dedi ki, ata, 12 kəndi ermənilərdən geri almışıq (səsi titrəyir, kövrəlir). Elə sevindim ki, elə bildim özüm döyüşdəyəm. Hərçənd, 44 günlük müharibə dövründə özüm də Müdafiə Nazirliyinə müraciət etdim. Onda 61 yaşım vardı. Dedim ki, keçmiş döyüşçüyəm, topçuların komandiri olmuşam, oğlum da Kəlbəcər-Murov istiqamətində döyüşdədir, icazə verin gedim ya oğlumla birgə döyüşüm, ya da başqa yerdə. Taleyin işinə bax ki, oğlum da müharibədə topçu olub. Oğlum topçu kimi də mənim yolumu davam etdirib. 

- Siz Birinci Qarabağ mühribəsində iştirak etmisiz, bəzən eşidirik ki, bəziləri Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri, eləcə də iştirakçıları arasında fərq qoymağa cəhd göstərir. Buna necə yanaşmaq olar?

- Özüm heç vaxt bu problemlə üzləşməmişəm, amma belə hallar olduğu barədə mən də eşidirəm. Bu düzgün yanaşma deyil, bunu heç yaxına buraxmaq olmaz, şəhid şəhiddir, qazi qazidir. Birinci və İkinci Qarbağ müharibəsi veteranlarını bir-birindən fərqləndirmək olmaz, çünki hər ikisi də vətən yolunda döyüşüb. Məsələn, bilmirdim ki, müharibədən sağ gələcəyəm, kiminin alnına şəhidlik, kiminin də alnına qazilik yazılır. 

- Müharibə xatirələrini necə, hələ yazmaq istəmirsiz? 

- Biz uşaq vaxtı İkinci Dünya müharibəsində iştirak edən, döyüşən yazıçıların  cəbhə xatirələrini oxuyrduq. İsmayıl Şıxlının qeydlərini vurğulamaq istəyirəm. Biz bunları oxumuşduq, vətənpərvərliyi o kitablardan öyrənmişdik, hamımız Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov olmaq istəyirdik. Tale elə gətirdi ki, bizə də müharibədə iştirak etmək qismət etdi. Mən də müharibədə qeydlər aparırdım, məsələn, düşmənin nə qədər texnikasını məhv etdik, hansı döyüş əməliyyatlarını keçirdik və sair. İkinci Qarabağ müharibəsindən əvvəl yazmağa başlamışdım, amma sonra yarımçıq saxladım. Mənim o vaxt yazacağım kitab yarımçıq olacaqdı, qələbədən yazılmayacaqdı. Yaxşı ki, yarımçıq qaldı o kitab, indən sonra yazılacaq. Oğlum kimi minlərlə oğulun silahla yazdığı qələbə tarixini mən də kağıza köçürəcəyəm. İndi kitabı qələbə ilə tamamlamaq olar. Təki sağlıq olsun. Bilirsiz ki, "Təzadlar" qəzetinin sonuncu səhifəsində "Həftəbecər" rubrikam var, onu da kitablaşdırmaq istəyirəm. 

- "Həftəbecər"in də oxucusu çoxdur. İnsanları nə cəlb edir ki, o rubrikanı belə həvəslə oxuyurlar? 

- Orada yazdıqlarım insanların ürəyindən xəbər verən məsələlərdir. Çox yaxşı oxucularım var. Akademiyadan professor Şahbaz Muradov zəng vurub deyir ki, biz alimlər yorulanda sizin rubrikanı oxuyuruq. Baş Prokurorluğun mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sultanov, professor İzzət Rüstəmov, yoldaşı Rəfiqə xanım  və başqaları bu rubrikanı həvəslə oxuyurlar. Sadə vətəndaşlar da bu rubrikaya maraq göstərir.

- Neçə ildir "Təzadlar"da işləyirsiniz? 

- 40 ildir mətbuatdayam. Yəni bu il mətbuata gəlişimin də 40 ili tamam oldu. 1983-cü ildə "Azərbaycan gəncləri" qəzetinə ştatdankənar müxbir kimi yazı verirdim və poçt vasitəsilə qonarar alırdım. Müstəqillik dövrünün ilk illərində "Müxalifət", "Hürriyyət". "Boz qurd", "Millət" qəzetlərində, o cümədən "Azərbaycan müəllimi", "Ədəbiyyat və İncəsənət", "Bakı-Baku" axşam qəzetlərində yazılarım çap olunub. 28 ildir "Təzadlar"dayam. Bu il "Təzadlar"ın da 30 yaşı tamam oldu. Mən bu qəzetdə özümü tapdım. İşləmək üçün   məni bura dəvət etdilər, indiyəcən buradayam. Bəxtiyar Vahabzadə, Məmməd Araz redaksiya heyətinin üzvü olublar. Təzadlar adını da Bəxtiyar Vahabzadə verib. 

- Bəs nədən zövq alırsız?

- Yaxşlıqdan. Arzum budur ki, insanlar bir-birinə təmənnasız yaxşılıq etsinlər, bir-birinə dayaq dursunlar. İnsana dünyada yaxşılıqdan başqa heç nə qalmayacaq. Yaxşılıq ən böyük kapitaldır. 

- Siz çoxlu şeirlər bilirsiniz. Bəs özünüz necə, şeir yazmırsız? 

- Ədəbiyyat, şeir mənim həyatımdır, varlığımdır, mən onunla nəfəs alıram. Amma şeir yaza bimirəm. Şeirin qaydalarını o qədər dərindən bilirəm ki, mənim yazdığım o qaydaya, o çərçivəyə oturmaz. Böyük şairimiz Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Musa Yaqub, Söhrab Tahir, Məmməd İsmayıl, Mirvarid Dilbazi kimi şairlərlə dost olmuşuq, yeri gələndə çoxlarının şeirinə yerində olan düzəliş də etmişəm. Bəxtiyar Vahabzadənin "525-ci qəzetdə" şeirləri çıxmışdı, zəng edib dedim ki, Bəxtiyar müəllim, o şeirlərdən birində bir misra məni açmadı, olar onu  belə deyək? Telefonda deyib ki, bircə dəqiqə gözlə qeyd edim, kitaba belə salacağam. Baxmışam ki, həqiqətən də kitaba elə də salıb. O, o qədər sadə və böyük adam idi. Bir nümunə çəkim: rus tənqidçisi Belinski həmişə şeir məclislərinə gedir, şairlərin şeirlərinə hər dəfə bir "mız" qoyub gedir. Bu bir dəfə belə olur, beş dəfə belə olur, axırda şairlər bezib deyirlər ki, sən axı publisistsən, tənqidçisən, nə bilirsən şeir nədir, hər dəfə bir "mız" qoyub gedirsən. Belinski belə cavab verir: "Mən toyuq kimi yumurta verə bilməsəm də qayğanağın dadını yaxşı bilirəm". Mən də şeir yaza bilməsəm də şeirin dadını yaxşı bilirəm, məni şeirdə aldatmaq olmaz. 

İradə SARIYEVA
P.S."Bakı-Xəbər" qəzetinin kollektivi adından həmkarımız Elçin Məmmədlini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ