Bazar ertəsi günü, 09 noyabr 2026
     

Birinci Qarabağ savaşı şəhidlərinə "məğlub şəhidlər" deyən yaramazlar var... - MÜSAHİBƏ

Image


Nəzakət Məmmədova: "Bəzi məmurlar Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri arasında ciddi fərq qoyurlar, ayrıseçkilik edirlər"

Bəzən  eşidirik ki, bəzi məmurlar, yüksək vəzifəli şəxslər Azərbaycan şəhidlərini kateqoriyalara bölür, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərini bir-birindən fərqləndirir, birincilərin ailələrinə və xatirələrinə laqeyd yanaşırlar. Bu isə şəhid ailələrini çox narahat edir... 

"Müəyyən adamlar Birinci Qarabağ müharibəsi şəhidlərini "məğlublar" kateqoriyasına aid edirlər" 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə bu məsələ ətrafında danışdıq. 

- Nəzakət xanım, Sizin rəhbərlik etdiyiniz redaksiyanın fəaliyyəti birbaşa şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olduğu üçün tez-tez şəhid ailələri ilə görüşürsüz. Maraqlıdır, onlar əsasən nədən narazı olurlar?

- Bilirsiz ki, əslində Xatirə Kitabı şəhidlərin adlarını əbədiləşdirməklə məşğuldur. Əvvəllər  "Ensiklopediya"da kiçik bir şöbə kimi fəaliyyət göstərsə də, sonradan ulu öndərimiz ona çox böyük əhəmiyyət verib və o şöbəni ayrıca redaksiyaya çevirib. Biz ayrıca redaksiya kimi fəaliyyət göstəririk. 20-dən artıq cildimiz işıq üzü görüb. Hətta  əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar xüsusi buraxılışının artıq 3 cildi çap olunub. Sonuncu 4-cü cildimiz də tam hazırdır, yəqin ki, 2024-cü ildə o da çapdan çıxacaq. Xatirə Kitabının missiyası şəhidlərin adlarının əbədiləşdirilməsidir, bu nəşrlərin vaxtında çıxarmasıdır, adlı-ünvanlı kitablar olduğu üçün konkret ünvanlara çatdırılmasıdır. Bu işləri görürük. Bilirsiz ki, hər gün redaksiyanın qapısını şəhid ailələri döyür. Onlar kitabları görüb sevirlər, onu bir təsəlli kimi bağırlarına basırlar... Onlar adətən oturub mənimlə fikirlərini bölüşürlər, onlara göstərilən münasibətdən danışırlar. Təəssüf ki, onların şikayətləri də olur. Düzdür, onların şikayətlərinə baxmaq bizim redaksiyanın səlahiyyətləri xaricində olsa da, amma mən şəhid anasını dinləyirəm. Onlara elə gəlir ki, mən onların dilindən bu şikayətləri müəyyən qurumlara çatdırsam, mətbuatda ictimailəşdirsəm onlar rahat olarlar.

- Şəhid ailələrini ən çox nə incidir? 

- Onları incidən məsələlərdən biri bəzi məmurlar tərəfindən Qarabağ müharibəsi şəhidlərinin iki hissəyə, ayrı-ayrı kateqoriyalara bölünməsidir. Yəni bəzi məmurlar Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri arasında ciddi fərq qoyurlar, ayrıseçkilik edirlər. Deyirlər ki, Birincii Qarabağ müharibəsi məğlubiyyətlə bitən savaş olub, biz torpaqlarımızı itirmişik və sair. Vətən müharibəsi adı verdiyimiz İkinci Qarabağ müharibəsi şəhidlərini ilə Birinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyulması şəhid ailələrini çox incidir.

- Prezident İlham Əliyevin bu yöndə yürütdüyü siyasət bütün şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır, orada hər hansı fərq yoxdur, bütün şəhidlər eyni tutulur...

- Şəhidlər arasında fərq qoyanlar cənab Prezidentin bu sahədə yürütdüyü siyasətə əks mövqedə olan adamlardır. Mən belə düşünürəm. Birinci Qarabağ müharibəsində bizim 20 min şəhidimiz, 4 minə yaxın da itkin düşən, girov götürülən vətəndaşlarımız olub. Bunlar döyüşərək şəhid olublar. Şəhidlik qalib və məğlub tərəfin müəyyənləşməsindən asılı deyil. Onlar da qəhrəmanlıqla şəhid olublar. Redaksiyaya üç nəfər müraciət edib. 

- Onlar kimlər idi? 

- Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, şəhid Nazim Abdullayevin qızı Günay xanım, şəhid Şiraslan Nəsibovun həyat yoldaşı Narın Nəsibova. Narazı olanların hamısı Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləridir. Eldar Xəlilov 1995-ci ildə Azərbaycanın bütövlüyü uğrunda şəhid olub. On gün içində rəhmətlik Heydər Əliyev ona ölümündən sonra Milli Qəhrəman adı verib və anasını qəbul edib, ananın əlini sıxıb medalı ona təqdim edib. Ana deyir, məni tədbirlərə belə çağırmırlar ki, sənin oğlun 1995-ci ildə şəhid olub. Tərlan Xəlilova deyir ki, bu cür xoşagəlməz münasibət göstərənlər mənim oğlumun şəhidliyinə kölgə salırlar. Budur ananı göynədən. Bu münasibəti icra hakimiyyəti başçısının, məmurların göstərməsi şəhid ailələrini lap incidir. Birinci Qarabağ müharibəsi şəhidi Nazim Abdullayevin qızı hətta şəhidin xatirəsinə hörmətsizlik edən məmurun adını da dedi, amma mən ad çəkmək istəmirəm. Həmin məmur Günay xanıma deyib ki, sən nə istəyirsən, atan döyüşüb hansı torpaqları alıb? Şəhid qızı danışır ki, bacısı, qardaşı da yoxdur, evdə xəstə anasına baxır, məmurun sözündən intihar etmək həddinə çatıb. Deyir ki, mən məmurun qapısına getdim, o məni pis qarşıladı...

Şiraslan Nəsibovun həyat yoldaşı Narın Nəsibova keçmiş Ağdam qaçqınıdır. Deyir ki, laqeyd münasibətlə üzləşir. Narın xanım haqlı olaraq giley edir ki, müəyyən adamlar Birinci Qarabağ müharibəsi şəhidlərini "məğlublar" kateqoriyasına aid edirlər. Onun həyat yoldaşı 1991-ci ildə Ağdam şəhidlər xiyabanında dəfn olunub. İndi o məzarlıq bərpa olunur.

- Şəhid qızı məmurun qəbuluna nə üçün gedibmiş?

- Yaşadıqları rayon ərazisində böyük bir stendə bütün şəhidlərin şəkilləri vurulsa da, orada atasının şəklini görməyib və gedib ki, icra başçısı problemi həll etsin. Amma tamam başqa mənzərə ilə qarşılaşıb.

- Yeri gəlmişkən, Sovetdən qalma küçə adları var, onların adlarının dəyişdirilməsi və onlara şəhidlərin adlarının verilməsi məsələsi də aktualdır. Heç şəhid ailələri sizinlə bu mövzuda danışırmı?

- Bəli, bu barədə müraciət edənlər olur. Elə bu günlərdə şəhid Aydın Abdullayevin atası Əmirsoltan Abdullayev Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "AB", "V", "Q", "D" massivləri ilə bağlı danışdı, O deyir ki, massivlər küçələrə çevrilsin, hər birinə şəhid adı verilsin. Köhnə dövrdən qalan, bizim idologiyamıza zidd olan şəxslərin adlarına hələ də rast gəlinir. O küçələrə şəhidlərin adlarının verilməsi daha məqsədəuyğun olardı. Yerinə düşməyən küçə adları çoxdur. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, məktəblərə, küçələrə, müəssisələrə verilməsi bizim baş ucalığımızdır. 

Bir məqamı da deyim, bizim mülki şəhidlərimizin də sayı az deyil. Bəzən düşünürəm ki, mülki şəhidlərlə bağlı ayrıca kitab hazırlanmalıdır. Fikirləşirəm ki, mülki şəhidlərimizi də ayrıca bir bölüm kimi kitaba salmalıyıq, dünya görsün ki, bizim sivillərimiz də düşmən gülləsinə tuş gəlib. Gəncədə insanlar evlərində yatdıqları yerdə erməni terrorunun qurbanı oldular, eləcə də Bərdədə, Tərtərdə, Ağdamda mülki vətəndaşlarımız şəhid edildi. Balaca Zəhranın nə günahı vardı ki, erməni gülləsinə tuş gəldi? Biz 20 Yanvar şəhidlərini kitaba salmışıq. Sözümün canı odur ki, onlar hamısı şəhiddir, dövlət şəhidlərə heç bir fərq qoymur. Hamısının statusu eynidir. Bölücülüyü bəzi məmurlar edirlər. Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ şəhidləri arasında fərq qoyan bəzi  məmurlara səslənirik ki, bu şəhidlərin hamısı bizimdir, onlar arasında fərq qoymaq olmaz. Onlara Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri kimi yox, Birinci və İkinci Vətən müharibəsi şəhidləri kimi yanaşmalıyıq. Bu belə səslənsəydi daha yaxşı olardı. Çünki onlar eyni amal uğrunda şəhid olublar. 

Torpaqlarımız azad ediləndən sonra tikinti quruculuq işləri gedir, rayonlar yenidən bərpa olunur, göz qarşısında gözəllik canlanır. Keçmiş qaçqınlar azad rayonlara, öz torpaqlarına qayıdır, biz qürur hissi keçiririk. Orada da şəhidlərimizin adları əbədiləşdiriləcək. Biz şəhidimizə dəyər verən xalqıq. Bir neçə gün əvvəl Xatirə Kitabı Redaksiyası şəhidlərə həsr edilən 4 film təqdim etdi. Təqdimat mərasiminə saysız insan gəlmişdi, kim dəvət edilmişdisə hamısı orada idi. Millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət təmsilçiləri gəlmişdilər. Millət vəkilləri Aydın Hüseynova, Ceyhun Məmmədova, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə, Xalq yazıçısı Elmira Axundovaya və başqa iştirakçılara təşəkkür edirəm. Məmurlara da sözüm odur ki, şəhid tədbirlərinə gəlin. Çünki yüksək vəzifəli insanlar şəhidlərin tədbirlərinə gələndə şəhid ailələri daha güclü, güvənli olur, başını daha da dik tutur ki, mənim şəhid oğlumun ruhunu əziz tutanlar var.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ