Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan ordusunun qələbə izi ilə…-LAÇIN MİNKƏND SƏFƏRİ (Reportaj)

Image


 Dan yeri söküləndə Bakıdan Laçına yola düşürük. Qəhrəmanlar, ərənllər, qartallar yurduna! İllərlə ayrı düşdüyüm özümdən özümə -Laçına yola düşürəm. Özü-özündən ayrı düşən bir insanın əhvalını sözlə ifadə etmək çətindir.  Onu yaşamaq lazımdır, kimsəyə arzulamadığım bir yaşam...
 Laçına özümdən ayrı düşən Özümü axtramağa gedirdim. Ora xatirələrimi axtramağa, zamanında çata bilmədiyim arzularımı gur selinin ağuşuna alıb dünyaya səpələyən Həkərimlə dərdləşməyə gedirdim. Qubadlıda döyüş yoldalarımın, silahdaşlarımın, səngərdə son tikəmizi yarıya qədər böldüyümüz dostlarımı xatırlamaq üçün gedirdim. Kəndimizin qəhrəman ŞƏHİDLƏRİNİN unudulmayan xatirəsini əbədiləşdirmək üçün gedirdim qəhrəmanlar yurduna. Öz boyumdan böyük, çəkimdən artıq yük sallanmışdı ÇİYNİMDƏN. Bu günə qədər Laçınlı olaraq laçınsız qaldığım acı xatirələrimlə baş-başa qalmışdım. Axı ordan başlayırdı mənim üçün dünya- Laçından, Minkənddən...

Yox, daha bu düşüncələrdən qaçmaq, o fikirləri qovmaq lazmıdır başımızdan, birdəfəlik...Necə deyərlər, Azərbaycan Ordusunun düşməni torpaqlarımızdan birdəfəlik qovduğu kimi...
 Cənab Ali Baş Komandanın Azərbaycan adına dünyada açdığı yeni səhifələr, dünyanın heyrət edib həsəd apardığı Prezident İlham Əliyev, Xalq, Ordu birliyinin gücü qarşısında darmadağın olmuş düşmənin bu günkü rəzil durumunu xatırlayıram. Qürur duyuram Prezidentimlə, ordumla, əsgərimlə, zabitimlə, qəhrəmanlarımla. Bu qələbədə heç vaxt unutmyacağımız, Azərbaycan var olduqça adları yaşayan şəhidlərimizin surəti gözümün önündən bir-bir keçir...Nəhayət, "sənədlərinizi verə bilərsinizmi, müəllim" -deyə mənə yaxınlaşıb müraciət edən ucaboy, mədəni və qarayanız idmançı çüssəli polis nəfərinin səsi məni baş-başa qaldığım xəyallardan ayırdı...
 Azərbaycan Ordusunun azad etdiyi torpaqları görmək, yollarını qət etmək, onların izi ilə getmək, açdığı cığırlarla yola düşmək şükürlər olsun ki, bizlərə də nəsib oldu. Polis postunda yoxlamadan keçəndən sonra həyacan başladı. Azad edilmiş ərazilərə keçən zaman ilk ağlıma gələn bu oldu: Xeyirlə şərin mübarizəsi və sonda xeyirin şər üzərində qələbəsi. Daha dəqiq desək, xalqımızın Azərbaycanın haqq savaşı uğrunda müharibədə mənfur düşməni darmadağın etməsi.
 Yolboyu dağılmış evlər, viran qoyulmuş binalar, məhv edilmiş kəndlər və silinmiş şəhərləri gördükcə erməni vəhşiliyinin hansı formada olduğunun şahidi olursan. Onlar hətta təbiətə qarşı da vəhşilik törədiblər. Kəsilmiş ağaclar və solmuş təbiət... 


                                      Laçın yenidən qurulur...

Qaranlıq düşür, yolların narahat olması, sürətimizə də təsir edirdi. Cəbrayıl, Zəngilan və Qubadlıdan keçib Laçına doğru irəliləyirik. Nəhayət ki, Laçın görünür, sanki cənnətdə özünü hiss edirsən. Laçında işıqlı, gözəl və adama ruh verən bir mənzərə ilə qarşılaşırıq. Adamlar iş başındadır. Ev tikən, yol çəkən hər kəs səfərbərdir, işğaldan azad etdiyimiz ərazilərin yenidən qurulması üçün. Şirkətlərin sayı-hesabı bilinmir. Laçın Abadlıq MMC-nin rəhbəri Nəsimi Əsədovla əlaqə saxlayırıq. Ona Minkənddə 19 nəfər Qəhrəman ŞƏHİDLƏRİMİZİN xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə gəldiyimizi  bildiririk. O, bizim  qalmağa yerimizi və sabah mənzil başına aparacağımız yükün nəqliyyatını da təşkil etməyi söz verir. Onunla görüşəndə çox səmimi və işguzar bir insan olduğunun şahidi olursan. Olduqca sadə adamdır. Qəbuluna da hər kəs düşə bilir, açıq qapıdır. Ofisə daxil olub Nəsimi müəllimi soruşuram. Adamların arasında olan sadə geyimli bir nəfəri göstərirlər. Gözlərimə inana bilmirəm. Bu qədər sadə insan...
 Nəhayət maşın və digər ehtyiaclar da həll olunur. Yolumuza üzü Minkəndə doğru davam edirik. Bizimlə üç maşın hərəkət edir. Bir maşında Rüfət Səfərov və Xaliq Allahverdiyev.  Digər maşında Namiq və Ceyhun. İkinci qrup Qarabağ əlili Vaqif Yusifov, Elnur Quliyev və mən isə Vaqif Yusifovun maşınında yolumuza davam edirdik. Yollar enli, rahat. Görmədiyimiz bir yoldur. Əvvəllər bu yolla 2.5 saata Minkəndə gedə bilirdiksə, indi 40 dəqiqəyə mənzil başına çatdıq. Bu barədə ayrıca....

 "Onlar  Şəhidliyi və qaziliyilə bu millətin ruhunu yenidən özünə qaytaran  qəhrəmanlardır!"

 Qalib dövlətin, millətin vətəndaşı, həmçinin 44 günlük Vətən Müharibəsinin və Lokal Antiterror əməliyyatının qəhrəmanının atası olaraq işğaldan azad olunmuş torpaqları görmək çox qürurvericidir. Bundan gözəl hansı duyğu ola bilər?
 Əvvəlcədən işimizin ehtiyyatını tutmuşduq. Yol ehtiyyatı da qaydasında idi. Ən vacibi gecələməyə yerin olmasıydı. Bir nəfər mənə "Qalaça" kəndində Böyük bir yol idarəsinin olduğunu demişdi, hətta telefon nömrəsini də yollamışdı. Ancaq hələ əlaqə yaratmamışdım.  Kəndə yaxınlaşanda yolun kənarında qum-çınqıl yığıldığını gördük. Maşınlar növbə ilə yüklənirdi, bütün bunları siyahıya alan hündürboy bir adamı görüb ona yaxınlaşdıq. Bu adam mənə çox dogma gəldi və yaxınlaşdıqca onun dostum Eldəniz olduğunu gördüm. Vaqif də onu tanıyırdı. Bu görüş çox şeyi həll elədi, qalmağa yer və digər ehtiyacları. Dostum Eldəniz də Emin müəllimin haqqında çox yaxşı danışdı. Nəhayət Emin müəllimin yanına gəlib ona bizim məqsədimiz barədə məlumat verdim. Emin müəllim "ŞƏHİDLƏR bizimdir, nəyə ehtiyacınız varsa, hamısını həll edəcəyik. Onlar Şəhidliyi və qaziliyilə bu millətin ruhunu yenidən özünə qaytaran qəhrəmanlarımızdır" - deyərək bizdən ayrılır.

   "Northwest  Construction"MMC şirkəti Laçın yollarını abadlaşdırır

 "Northwest Construction" MMC  şirkəti Laçın ərazisində  600 km uzunluğunda hərbi təyinatlı və digər yolların genişləndirilməsi, yenidən qurulması və s. işlərinin öhdəsindən uğurla gəlir. Bu şirkətin Laçın rayonu üzrə tikinti rəhbəri Mamedov Emin Valeh oğludur. Əslən Gədəbəyin Miskinli kəndindəndir. Dağların təmiz havası və saf suyu, şəcərədən gələn vətənpərvərlik onu elə yetişdirib ki, o, insanlığın canlı bir nümunəsidir. Mədəniyyət, əxlaq, nizam-intizam, bütün bu kriteriyalar Emin müəllimin şəxsiyyətində cəmləşib.
 Bu şirkət Laçın-Minkənd yolu istiqaməti üzrə yol üzərində sıldırım və sərt qayaları yarıb dağıdaraq geniş yol çəkib. Sözügedən şirkət yolların genişləndirilməsi, gediş-gəlişin və rahatlığın təmin olunması kimi məsuliyyətli işin öhdəsindən uğurla gəlir.  Qeyd edək ki, yol tikintisi bütövlükdə Laçın rayonu üzrə həyata keçirilir. Şirkətdə hər növ nəqliyyat vasitəsi möcuddur. Nəqliyyatın hamısı işə hazırlıq vəziyyətində saxlanılır. Emin müəllimi yerində tapmaq çətin olur, çünki sahələrdə iş başındadır. Bəxtimizdən onu yerində tapa bildik. Bizi səmimi və mehriban qarşılayan Emin müəllim səbrlə dinləyib dəstəyini əsirgəmədi...
 Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində göstərdiyi texniki dəstəyə görə təşəkkürümüzü bildiririk.

  ******

Minkənd qəbirstanlığının girişində ŞƏHİDLƏRİMİZİN xatirəsini əbədiləşdirən abidə-19 ŞƏHİD, 19 QƏHRƏMAN

 Minkənd Laçın rayonunun ən böyük və qədim kəndidir. Laçın rayonu üzrə ilk dəfə 1890-cı ildə Rus-Tatar-Azərbaycan məktəbi tikilib. Böyük ziyalılar yetişdirən bu məktəbin yetirmələri dövlətimizin inkişafına xüsusi tövhələr veriblər.  Birinci Qarabağ savaşında 45 nəfər könüllü olaraq müharibədə iştirak edib, 19 nəfər şəhid verib.
 44 günlük Vətən  Müharibəsində  42 nəfər bu və ya digər formada döyüşdə iştirak edib, 32 nəfər Cənab Prezidentin fərmanı ilə medallarla təltif edilib. Bir nəfər Qazidir….
 ........
  

İşimiz başladı, hər kəs üzərinə düşən nə varsa, onu cani-könüldən həyata keçirir. Beton tökən, qaynaq edən, texnika ilə yeri hamarlayan, bayraq düzəldən, su gətirən, ümumilikdə hamı dayanmadan çalışırdı. Nəhayət Abidəni ucaldırıq….

Dağılmış qəbirləri görmək çox ağır idi

 Nənəm Münəvvərin eləcə də orada bir neçə qəbirin ermənilər tərəfindən dağıldığının şahidi olduq. Bu erməni xisləti, vandallığı idi. Mərmər daşların bəzilərinin baş hissəsini, bəzilərini kökündən sındırmışdılar.

 Bir çoxunun isə sinə daşlarını dağıdıb vəhşicəsinə hər tərəfə səpələmişdilər. Dəmir hasar, cağlar nə var idisə hamısını sökmüşdülər. Əlimə fürsət düşmüşkən nənəmin qəbirinin dağılmış hissəsini qismən də olsa bərpa edə bildim…

  

Viran qalmış kəndim, səmasında dolaşan əzizlərimizin ruhları və xarabalıqda xatırladığım acı da olsa şirin xatirələr

 Viran qalmış kəndin girişindəki təpəciyin başına qalxırıq. İlham Heydərovla telefon əlaqəsi yaradıb, kəndi seyr edirəm. Kəndin bir hissəsini buradan görmək olur. Oxuduğum məktəb, Şahmar müəllimin bizi maarifləndirən nəsihətləri, Aydın müəllimin şirin söhbətləri, Hava müəllimənin səhnələşdirdiyi  "Qacarı", Şəhid İsa müəllimin, Əkbər müəllimin, Əsəd müəllimin, Qara müəllimin, Əli müəllimin, Bakir müəllimin söhbətləri lent kimi bir anlıq xəyallarımda canlanırdı. Maarif və Varaşil müəllimi xüsusilə xatırlayıram…

Atam Əyyub müəllimin qurub yaratdığı evi viran görüb daha da məyus oluram. Məhləni, bulaqları, dağları, çayı gördükcə hər şeyi yavaş-yavaş xatırlayır, bölüşəcəyin adamların həyatda olmadığını yada salanda bərbad və paramparça olursan.
 Bax budur, 31 il xəyallarımızın, evlərimizin, gəncliyimizin dağıldığı yer. İndi Kamran müəllimin yoğun və xırıltılı səsi, Qədir müəllimin aramla söylədiyi şeiri, xeyriyyəçi Nəcəfov Ramizin çəkdirdiyi suyu və digərlərini xatırladıqca insan çox sarsılır.
 Kulubun yanındakı düküna yaxınlaşırıq. Məhiyəddin müəllimin oğlu Rövşən bizi görür və yaxınlaşır. Gəlişimizdən xəbərdar olduğunu deyir. Çox səmimi və vətənpərvər adamdır. Bizə çay, su və evdə bişən şirniyyat verir…
 Akif müəllimin, İbadullah Əliyevin necə təəssübkeş və vətənpərvər bir adam olduğunu yada salırıq. Səfərov Umbayın evi görünür. Dağılmış kulub…
 Yusifof  Kərim kişini çox yaxşı xatırlayıram. Oğlu Vaqiflə hələ illər öncə, pioner olanda, seçki ərəfəsində rəhmətlik Ramazan müəllimin gölə necə batması və əlləri qanlı-qanlı səs verməsindən danışıb, sonra bazar yeri ilə yolumuza davam edirik. Poçt olan yerə çatırıq. Səfərov Abdullanı, rəhmətlik İbad kişini, Haqverdi kişini xatırlayırıq. Evimizə yaxınlaşıram…
 Bir vaxtlar bu evdə 8 uşaq dünyaya gəlmişdi. Evin qabağındakı divarda birinci mənim, onun altında isə qazi qardaşım mərhum Elnur Mehdiyevin adını görürəm və onu necə yazdığımızı xatırlayanda həyat mənim üçün sanki dayanırdı. İndi nə atam var, nə də anam. Usta Bəylərin  evimizi necə inşa etdiyini göz önünə gətirirəm. Yerə çökür, haray çəkir, için-için hıçqırırdım…
 Allah ölənlərə rəhmət eləsin!
 Gəlirik "Fatiq" bulağına, Cümşüdov Nadirin, Qafarov Məhəmmədin, Cümşüdov Məhəmmədəlinin, Nəcəfov Baxşeyişin, Əmir müəllimin və neçə-neçə adlarını çəkmədiyim  kişilərin necə bir kişi olduqları barədə danışırıq.
  Allah məkanlarını cənnət eləsin!
 Nəhayət  "Daş" körpüdən keçib gedirik Abadxeyirə. Əhliman kişinin kahalarının yanından ötüb yaxınlaşırıq Nəcəfov Vaqifin kahalarına. İndi bu sadaladıqlarımdan yalnız sular və dağlar var. Bir də onlardan qalan xatirələr.
 Allah o dünyalarını versin!
 Keçirik  "İsti suya". Bu barədə geniş yazı olacaq….
 Amma ürəyimdə bir acı sevinc də var, bu vətənə qayıdışdır.
  Biz qayıtmışdıq.
 Biz vətəndəyik!
 Qarabağ Azərbaycandır!

 Subut Mehdiyev

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ