Cümə günü, 06 noyabr 2026
     

Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

Image


Şəmsəddin Əliyev: “İstintaqın ilkin mərhələsində buraxılan o boşluqlar məhkəmə istintaqı zamanı tamamlanmalı idi”

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri Cəlal Kazımov çıxışında bildirib ki, mənimsəmədə birbaşa əli olan şəxslər hazırda azadlıqdadır:

“Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov bu iş üzrə başda durur. Onun 7 milyon mənimsədiyi ekspertiza ilə müəyyən olunsa da, azadlıqdadır. Bununla yanaşı, N.Poladov da hələ də həbs olunmayıb. Onlar bura gəlməlidir. Bu vəsatətimiz birinci instansiya məhkəməsində də təmin edilmədi. Mənim imzam heç yerdə getməyib. Lakin mən 37 aydır həbsdəyəm. 102 hərbi hissənin ekspert rəyi 1 həftəyə hazırlanıb verilib. Bu absurddur. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.

Müdafiə Nazirliyində 143 milyonun mənimsənilməsi ilə bağlı Cəlal Kazımov açıqlama verib və o bildirib ki, mənimsəmədə birbaşa əli olan şəxslər hazırda azadlıqdadır.

Maraqlıdır, məhkəmənin gedişində üzə çıxan bu kimi nüanslar niyə kənarda qalır? Bu çox ciddi ittihamdı, C.Kazımov deyir ki, 7 milyonu Xələfov mənimsəyib, amma məsuliyyətdən kənarda qalıb. Belə ciddi məqamları məhkəmə niyə nəzərə almır?

“Təqdirləndirilən şəxslərin ifadələri əsasında azadlıqda olanların məhkəməyə dəvət olunması mütləqdir”

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə “tam səmimi deyim ki, bu faktlar tükürpədici faktlardır. Yəqin ki, işin ilkin istintaqı ya Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, ya da ola bilsin, Dövlət Təhlükəsizlik Xidmətində aparılıb. Hər halda cinayət işinin ilkin istintaqı çox şeydən xəbər verir. Burda mənim hüquqşünas müşahidələrib belədir. Yayılan məlumatdan belə görünür ki, istintaqın ilkin mərhələsində kifayət qədər boşluqlar var. Yəni ilkin istintaq zamanı Kazımovla Xələfovun üzləşdirilməsi lazım idi. Çünki Kazımov deyir ki, 7 milyonu Xələfov mənimsəyib. Ortada 143 milyonun mənimsənilməsi var və Kazımov məlumat verib ki, mənimsəmədə birbaşa əli olan şəxslər azadlıqdadır. Məsələ ilə bağlı həbsdə olan şəxslərin hər birinin ilkin dindirmə zamanı ifadələri alınmalı idi, yəni kifayət qədər ətraflı şəkildə aydın olsun ki, burda kimin əli var, pul kimə verilib, pulu kim mənimsəyib və sair. Eyni zamanda hər biri ilə mütləq mənada üzləşmə olmalı idi. Bu üzləşmə prosesual həqiqəti ortaya çıxarmış olardı. Amma istintaqın ilkin mərhələsində buraxılan o boşluqlar məhkəmə istintaqı zamanı tamamlanmalı idi. Sosial ədaləti bərpa edən, Azərbaycan dövlətinin adından akt qəbul etmək səlahiyyətinə malik olan məhkəmə hakimiyyətinin nümayəndələrinin bu işə niyə belə səhlənkar yanaşmasını anlaya bilmirəm. Məsələn, Rəfail Xələfovun birinci istintaq mərhələsində dəvət olunub dindirilməməsi, məhkəmə istintaqından kənarda qalması da çox suallar doğurur. Niyə?

Ş.Əliyevin sözlərinə görə, bu pulları mənimsəyənlərin kimliyi, kimlərin imzası ilə götürüldüyü, eyni zamanda həbs olunanların heç bir günahı yoxdursa, bütün bu məsələlərin hamısı məhkəmə istintaqı zamanı dövlət ittihamçısı və vəkillər tərəfindən həqiqəti ortaya çıxarmaq üçün vəsatətə baxılmalıdır. O qeyd etdi ki, burda vəkilin, eyni zamanda dövlət ittihamçısının vəsatəti ola bilər. “Hətta təqdirləndirilən şəxslərin ifadələri əsasında azadlıqda olanların məhkəməyə dəvət olunması mütləqdir. Müəyyən ekspertizaların təyini ilə bağlı addımlar atılmalıdır. Amma təqdirləndirilən şəxslərin vəsatətlərinin təmin olunmaması absurddur. Təbii ki, məhkəmə hakimiyyətinə kölgə salan belə halların, faktların olması məhkəmə hakimiyyətinə baş ucalığı gətirmir. Hətta bir az da utanc gətirir”.

Ş.Əliyev qeyd etdi ki, bu faktlar koorupsiya cinayətlərinə və vəzifəli şəxslərin qulluq mənafeyi əleyhinə olan cinayətlər fəslinə aiddir, burda vəzifə səlahiyyətlərindən sui-istifadə halları məsələsi, dövlət büdcəsinin məqsədli şəkildə talanması, o vəsaitdən təyinatı üzrə istifadə edilməməsi var. O vurğuladı ki, burda eyni zamanda vəzifə səlahiyyətlərini aşmaq, rüşvət almaq və digər faktorlar mövcuddur: “Ona görə də bunlar xüsusilə ağır cinayətlərdir və burda vəzifəli şəxsin xidməti vəzifədə icrası ilə əlaqədar özü və digər şəxslər üçün qanunsuz üstünlük əldə etməsi məqsədi və qulluq mövqeyindən sui-sitifadə etmək faktorları var”.

Ş.Əliyev hesab edir ki, bu məsələlərə məhkəmə ciddi yanaşmalıdır.

“Məhkəmə hakimiyyəti hakimiyyətin bir qoludur, sosial ədalət məhkəmədə təmin olunur. Azərbaycan Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasında zəmanət verir.

Fikir verin, burda nə qədər nüanslar var. Həm də bizim konstitusiya ilə yanaşanda məhkəmələrin səlahiyyətləri nadir hallarda dəyişilə bilər. Ona görə də hakimlər qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə faktlara əsasən və qanuna müvafiq baxmalıdırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Hakimlər müstəqildir. Bunlar səlahiyyətləri müddətində dəyişməzdilər, yalnız ölkənin konstitusiyasına və qanunlara tabedirlər. Burda tərəflərin hüquq bərabərliyi pozulub axı. Ona görə də düşünürəm ki, hakimlər özlərinin toxunulmazlığına məsuliyyətli olmalıdırlar. Kifayət qədər onlara şərait yaradılıb, hamıdan çox əməkhaqqı alırlar. Yenə deyirəm, ictimai rəydə məhkəmə hakimiyyəti haqqında imicə ziyan gələn o dəhliz qapanmalıdır. Bir az da dərindən düşünəndə, il ərzində bizim məhkəmə hakimiyyətinin yanlış qərarları nəticəsində gəldiyi qənaətlər Avropa İnsan Hüquqları Məhkəməsində baxılarkən ləğv olunur, dövlət büdcəsindən təzminat ödənilir. Bax, bunlar məhkəmələrin yanlış qərarları nəticəsində baş verir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ