Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb.
Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Mürciətlərin 350 məhkəmə qərarlarının icrası, 225 məişət zorakılığı, 129 işlə təmin olunma , 123 müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91 müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”,- deyə B.Muradova bildirib.