“Nəcib Jurnalistlər Klubu” şəhər mədəniyyətinin qorunmasına, Bakının təmizliyinə ictimai yerlərdə riayət olunması barədə maarifləndirici tədbirlərin keçirilməsinə çağırır, eyni zamanda şəhəri zibilləyən fiziki və hüquqi şəxslərə qarşı cərimələrin kəskinləşdirilməsini təklif edir. Jurnalist Klubunun rəbəri Mətləb Salahov mətbuata açıqlamasında bu məsələ ilə bağlı aparıcı Qeyri Hökümət Təşkilatları ilə, ekologiya və ictimai həyatda fəallığı ilə seçilən ictimai xadimlərlə, fəallarla görüşlər keçiriləcəyini bəyan edib. Qurum rəhbəri bildirib ki, son illərdə şəhər mədəniyyətinin qorunması, ətraf mühitin mühafizəsi, şəhərin təmizliyinə riayət olunması arxa plana keçib.: “Şəhər mədəniyyətinin qorunması olduqca önəmlidir. Hər bir sakin şəhər mədəniyyətinin önəmini anlamalıdır. Təəsüf ki, şəhər həyatına inteqrasiya olmayan, birgə yaşayış qaydalarından bixəbər, yaşadığı şəhəri doğma evi bilməyənlərin sayı getdikcə çoxalır. Artıq qanunvericilikdə də islahatlara ehtiyac var. Şəhəri zibilləyənlərin sərt cəzalandırılması daha aktualdır.”