çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

İqlim dəyişmələrinin daha dəhşətli fəsadları üzə çıxır

Image


Ümumdünya Meteorologiya Təşkilatı bütün dünyada iqlim dəyişmələri ilə əlaqədar həyəcan təbili çalıb. Qurumun “2022-ci ildə iqlim dəyişmələri haqqında” hesabatına görə, Avropadan Aralıq dənizi bölgəsinə qədər ərazidə quraqlığın təsir dərəcəsi sürətlə artır. Bu baxımdan Avropada ən pis vəziyyət 2022-ci ilin avqust ayında müşahidə olunub. O vaxt Reyn, Luara və Dunay çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb.

Hesabatda qeyd edilir ki, 2021-ci ildə üç əsas istixana qazının (karbon 2-oksid, metan və azot oksidi) konsentrasiyası rekord səviyyəyə çatıb. Sənəddə vurğulanır ki, il ərzində metan konsentrasiyasının artımı ən yüksək səviyyədə olub. Bu çox mühüm məqamdır, çünki atmosferdə istiliyin saxlanmasında metan karbon qazından 25 dəfə güclü təsirə malikdir. İqlim dəyişmələri fəlakətli daşqınları və quraqlığı gücləndirməklə yanaşı, digər fəsadlara da yol açır. Məsələn, temperaturun yüksəlməsi Sibirdəki donmuş torpağda partlayışların baş verməsinə, dünyada xardal çatışmazlığına və planetimizdən əks olunan Günəş işığının zəifləməsinə gətirib çıxarır. İqlim dəyişikliyinin bir çox təsirləri dağıdıcıdır, bəziləri isə qəribədir. Bir sıra Rusiya alimlərinə görə, əbədi donu açılmaqda olan Sibirin donmuş torpaqlarında nəhəng kraterlər yerin təkindəki qaz həcmlərinin müəyyən yerlərdə yığılıb partlamasının nəticəsidir. Bu, nəhəng kraterlərin əmələ gəlməsini izah edən fərziyyələrdən yalnız biridir. Qeyd olunan proses planetimizin şimalındakı həmin soyuq, az sayda insanın yaşadığı ərazidə bəzi ciddi dəyişikliklərin baş verdiyindən xəbər verən narahatedici əlamətdir. Son tədqiqatlar göstərib ki, Arktika əvvəllər düşünüldüyündən daha sürətli, dünyanın qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşir. ABŞ-ın Nyu-Cersi ştatındakı “Big Bear” Günəş Rəsədxanası alimlərinin fikrincə, iqlim dəyişikliyi Yer kürəsinin "parıltısını" da azalda bilər. Gecələr Yerdən ayın qaranlıq hissəsinə əks olunan işığı ölçməklə, alimlər "Yer parıltısını", yəni Yerin Günəş işığını əks etdirmə qabiliyyətini ölçüblər. Tədqiqatlar göstərib ki, Sakit Okeanın şərqində aşağı bulud qatının qalınlığı okean temperaturunun istiləşməsi səbəbindən azalır. Bulud qatı Günəşdən gələn işığı güzgü kimi Kosmosa geri əks etdirdiyindən, bulud qatı azaldıqca əks olunan işıq da azalır. Beləliklə, alimlərə görə, iqlim istiləşməsi mavi planetimizin parıltısını zəiflədir. Belə vəziyyətdə istixana effektinə antropogen təsirin güclənməsi ona gətirib çıxaracaq ki, Yer kürəsinin quraqlıq bölgələrində vəziyyət daha da pisləşəcək. Stokholm Universitetinin alimləri bildirir ki, istixana qazlarının antropogen tullantıları nəticəsində bütün qitədə, xüsusən də Cənubi Avropada iqlim daha quru olub, bu da isti axınının güclənməsi və yanğın risqlərinin artması ilə nəticələnib. BMT-nin iqlim dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun məlumatına görə, quru üzərində istiləşmə okeanlar üzərində istiləşmədən əhəmiyyətli şəkildə daha sürətlə, müvafiq olaraq, orta hesabla 1,6 dərəcə və 0,9 dərəcə baş verir. Bu o deməkdir ki, quruda 1,5 dərəcə istiləşməyə yol verməməkdən ötrü zəruri olan istixana qazları tullantılarının qlobal büdcəsi artıq sərf olunub. Alimlər müəyyən ediblər ki, Avropanın çox hissəsində ilin yay ayları (aprel-sentyabr) ərzində 2 dərəcə istiləşmənin qarşısını almaqdan ötrü tullantıların büdcəsi artıq sərf olunub. Əslində, ölçmələr göstərir ki, Avropanın çox hissəsində yay aylarında istiləşmə son qırx ildə artıq iki dərəcəni üstələyib. Bundan başqa, Avropanın çox hissəsində daha az bulud olub, bu da havada su buxarının az miqdarda olması ilə bağlıdır.

Qlobal istiləşmə bəzi canlılara qəribə təsir edir. Bəzi sürünənlərdə yeni doğulan nəslin cinsi yumurtaların inkubasiya temperaturu ilə qismən müəyyən edilir. Bu xüsusda alimlər Avstraliyada rast gəlinən əjdaha adlı bir kərtənkələ növünə xüsusi diqqət çəkir. Həmin kərtənkələlərin genetik olaraq erkək kimi doğulmalı olan növlərinin müəyyən bir inkubasiya temperaturunda cinsi dəyişir və nəticədə yumurtadan dişi kərtənkələ çıxır. Beləliklə, alimlər dünya istiləşdikcə həmin kərtənkələlərdə erkəklərin getdikcə nadir halda doğulacağından və bunun nəticəsi kimi həmin növün kökünün kəsiləcəyindən ehtiyatlanırlar. Okeanda istixana qazı olan karbon dioksidin səviyyəsinin artması balıqlarda qoxu hissinin itirilməsinə səbəb ola bilər. İqlim dəyişikliyi həm də mövsümi sinxronizasiyanı hiss olunacaq dərəcədə pozur. Bu ilin aprel ayında Britaniyanın elmi cəhətdən ən çox öyrənilmiş meşəlik ərazisi olan “Wytham Wood”da 1940-cı illərlə müqayisədə arıquşlarının balaları yumurtdan üç həftə daha tez çıxıb. Digər hallar da var. Məsələn, elə həmin meşədə quşların yediyi tırtıllar, tırtılların yediyi palıd ağacının yarpaqları - bunların hamısının yetişmə dövrü istiləşmədən əvvəlki dövrlə müqayisədə hazırda bir neçə həftə daha tez baş verməkdədir. Fəsillərin cədvəlində dəyişiklik digər istiqamətlərdə də öz təsrini göstərir. İqlim dəyişiklikləri, hətta quşların yaratdığı səs landşaftına da öz təsirini göstərir. Londonda indi qeyri-mövsümi quşların nəğməsini eşitmək mümkündür. Aparılmış bir araşdırmaya əsasən, meşə quşları ağaclarda yarpaqlanma vaxtından əvvəl baş verdiyindən, yarpaqlarda səslərinin itib-batmaması üçün ağacların daha yüksək nöqtələrinə qonmalı olurlar. Ekstremal hava şəraiti qida yetişdirilməsini də çətinləşdirir. Bu artıq buğda, qarğıdalı və qəhvə kimi əsas məhsullara təsirini göstərib. Bu il bəzi ədviyyat çatışmazlığı da müşahidə edilir. Aprel ayında hər il təxminən 20 milyon şüşə “Sriracha” bibər sousu istehsal edən Kaliforniyada yerləşən “Huy Fong Foods” şirkəti müştərilərə bibərin ciddi qıtlığı barədə xəbərdarlıq məktubu göndərib. “Dijon” adı verilən xardal da  tükənməyə başlayıb. Bu problem dünyada xardal toxumlarının çoxunun yetişdirildiyi Kanadada pis hava şəraitilə bağlıdır. İqlim dəyişikliyinin reallığı hətta karbon tullantılarından azad olmaq səylərinə də mane olur. Məsələn, Fransada EDF enerji şirkəti Fransadakı atom elektrik stansiyalarının gücünü azaltmalı olub, çünki Fransa çaylarında kifayət qədər sərin su yox idi. Beləliklə, Yer planeti iqlim dəyişikliyinin təsirini artıq hiss etməkdədir və bunun, çox güman ki, yeni qəribə fəsadları bizi təəccübləndirməkdə davam edəcək. Planeti qızdıran qazların kəskin şəkildə həcminin azaldılması yolları noyabrın 20-də işini bitirmiş BMT-nin İqlim Sammitində 200 ölkə tərəfindən müzakirə olunub. İştitakçılar əsas məqsədə necə çatmaq məsələsində yekdil fikrə gələ bilməsələr də, iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrə yardım göstərilməsi üçün xüsusi fondun yaradılmasında razığa gələ biliblər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ