şənbə günü, 07 noyabr 2026
     

Tanınmış amerikalı həmsədrdən Paşinyanın Qarabağ siyasəti barədə inanılmaz pozitivlik...

Image


Erməni KİV-i iki ölkənin xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüş keçirməklə bağlı təkliflərini qəbul etməsinə müsbət yanaşdıqlarını bəyan edirlər. Hətta bu xüsusda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Metyu Brayzadan eksklüziv müsahibə də alıblar.

Brayza qeyd edib ki, Ermənistan rəhbərləri hər zaman Dağlıq Qarabağ problemini nizama salmağa çalışıblar (?), ancaq daxildəki müqavimət faktoru buna mane olub: “Hətta Levon Ter-Petrosyan da münaqişənin nizama salınmasına yaxınlaşmışdı, ancaq məlum 27 oktyabr hadisələri baş verdi. (Söhbət Ermənistan parlamentində yüksək çinli məmurların güllələnməsindən gedir –red.). Serj Sarkisyanın zamanında da belə vəziyyət yaranmışdı. Aprel müharibəsindən sonra Putin bir neçə təklif irəli sürdü ki, bu da Ermənistanda polis bölməsinin ələ keçirilməsilə nəticələndi. Eyni şeylər Paşinyanla baş verir, bütün bunlarda yeni heç nə yoxdur”.

Maraqlıdır ki, Brayza Paşinyanın da ciddi cəhdlə münaqişənin nizamlanmasında maraqlı olduğunu qeyd edir: “İnqilabdan sonra yeni hakimiyyətin ilk zamanlarında danışıqlar prosesində bir sıra pozitiv irəliləyişlər müşahidə edilirdi. Ölkə başçılarının danışıqlar səviyyəsində müsbət dəyişikliklər baş verdi. Mən bilirəm ki, Bakıda ən yüksək səviyyədə Baş nazir Paşinyanın niyyətlərinə yeni etibar səviyyəsi formalaşmışdı. Mənə bəllidir ki, Bakıdakı ali hakimiyyətin nümayəndələri Baş nazir Paşinyanla məsələnin həllində irəliləyiş əldə etmək istəyirlər, amma Baş nazir Paşinyanın öz siyasi qüvvəsini effektiv konsolidasiya edəcəyi ilə bağlı hər zaman şübhə var. Belə ki, köhnə sistem Paşinyana qarşı işləyir, üstəlik, ona qarşı təzyiqlər hələ də mövcuddur. Ona görə də düşünürəm ki, bu məsələ inkişafı yavaşıdır və Baş nazir Paşinyana təzyiq göstərir”.

Brayzanın sözlərinə görə, bir neçə ay əvvəl cəmiyyətləri sülhə hazırlamaq, təmas xətti boyu atəşkəsi gücləndirəcək etimad quruculuğu üçün bir neçə aydır davam edən danışıqlar nəticəsində tərəflərin verdiyi açıqlama son illərdəki ən əhəmiyyətli irəliləyiş olub.

Ermənistan hakimiyyətinin qondarma qurumun danışıqlar tərəfi olması barədə açıqlamalarına gəlincə, Brayza bildirib ki, Azərbaycan bu təklifə razılıq vermir: “Ancaq bu bir danışıqdır, danışıqlar prosesində verməli və götürməlisiniz, digər tərəfdən, bir şey istəsəniz, təklif edəcəyiniz bir şey olmalıdır. Düşünürəm ki, bu gün Azərbaycan belə deyir: “Bəs, istəmədiyimiz bir işi görsək, nə qazanacağıq?”.

Metyu Brayzanın müsahibəsindən aydın olur ki, o, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi çalışdıqlarını iddia edir. Bildirir ki, ölkənin daxilindən olan müqavimət bu cəhdlərə mane olur. Brayzanın bu mövqeyini necə dəyərləndirə bilərik?

  • Qabil Hüseynli: “Brayza məsələləri bir qədər obyektiv təhlil etməlidir”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Brayza bu məsələdə bir qədər ikibaşlı danışıb: “Yəqin Ermənistan KİV-nə müsahibə verdiyi üçün bir qədər onları müsbət xarakterizə etməyə məcbur qalıb. Ancaq onun müsahibəsində həqiqətə yaxın olan detallar da az deyil. İş burasındadır ki, Levon Ter-Petrosyanın zamanında doğrudan da sülh razılaşmasının bağlanmasına yaxınlıq olub. Hətta Petrosyan deyirdi ki, Azərbaycanın bizə təklif etdiyi şərtləri vaxt gələcək biz onlardan dizin-dizin sürünərək istəyəcəyik. Petrosyan da Dağlıq Qarabağı Azərbaycana vermək istəmirdi. Onun variantı bu idi ki, işğal edilmiş 7 rayon dərhal Azərbaycana qaytarılsın. Nəticəsini gördünüz. Hətta bu varianta görə Ermənistanda bütün hakimiyyət elitasını güllələdilər və Petrosyan devrildi. Qeyd edim ki, Paşinyanla Ter-Petrosyan arasında yaxın dostluq münasibətləri var. Vaxtilə Paşinyan Petrosyanın partiyasının tərkibində fəaliyyət göstərib. Sonra özünün yeni partiyasını yaratdı. Deyilənə görə, indinin özündə də Paşinyan onunla tez-tez görüşür, hətta ondan lazımi məsləhətlər də alır. Bildirilir ki, Petrosyan Paşinyana  da məsləhət görür ki, 7 rayonu dərhal qaytarsın. Ancaq onların ikisi arasında ciddi fərq var. Bu da ondan ibarətdir ki, Paşinyan daha radikal millətçidir. Ter-Petrosyan bölgədə sülh yaradıb, Ermənistanı da bölgədəki iqtisadi layihələrə qoşmaq istəyirdisə, Paşinyanda belə niyyətlər hiss edilmir. Əksinə, o, özünün dayaqlarını möhkəmləndirir və onu hakimiyyətə gətirənlərin tələblərini yerinə yetirir. Paşinyanın zamanında danışıqlar prosesi effektivliyini itirib. Onun zamanında qarşıdurma daha çoxdur və müharibə təhlükəsi kifayət qədər realdır.  Bu səbəbdən də Brayza bir qədər məsələləri obyektiv təhlil etməlidir. Yəni Ter-Petrosyan zamanında olan Dağlıq Qarabağ probleminə yanaşma ilə Paşinyan zamanındakına bərabərlik işarəsi qoymaq lazım deyil. Birinci müdrik siyasətçi kimi tanınırdısa, Paşinyan isə manyakal keyfiyyətlərə malik bir şəxs kimi xarakterizə edilə bilər. Hissləri və emosiyalarının diqtəsilə hərəkət etməyi sevən bu adamın dönəmində münasibətlər ağırlaşıb, hətta müharibə ilə nəticələnə də bilər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ