Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpasının zəruriliyini bir daha bəyan etdi

Image


- Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münaqişənin həlli üzrə danışıqların, xüsusilə son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda, gələcək perspektivlərini necə görürsünüz? (AzərTAc, “Trend”, “Report”, “İnterfaks-Azərbaycan”)

- Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilmişdir. Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə, buraya ilk növbədə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər,eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə Ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində qəbul olunmuş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunur ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırıldı. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin, iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaqdır. Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaqdır. Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi,öz beynəlxalq öhdəliklərinə uyğun olaraq, Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır.

- Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində hansı mühüm uğurları qeyd edə bilərsiniz? (Azərtac)

- 2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürüdən ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT, onun ixtisaslaşmış təşkilatları, həm də digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan bir sıra tədbirlər, edilən çıxışlar və keçirilən görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə bağlı, eləcə də beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı ölkəmizin mövqeyinə dəstək və anlayış nümayiş etdirildi. 17 dekabr tarixində BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi və beynəlxalq ictimaiyyətin diqqətini beynəlxalq hüququn müddəalarına hörmət edilməsinə yönəldən və silahlı münaqişələr zamanı itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq edilməsini nəzərdə tutan “İtkin düşmüş şəxslərə dair” qətnamə qəbul edildi. Bu mühüm təşəbbüs bir daha Azərbaycanın xarici siyasətinin humanist xarakterini, onun beynəlxalq hüquq və ondan irəli gələn öhdəliklərə bağlılığını, eləcə də bu qaydalara BMT üzv ölkələri tərəfindən riayət edilməsinə nail olmaq qətiyyətini qabartmış oldu.

3-5 aprel tarixlərində Bakıda 117 ölkənin və 16 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər Konfransı keçirildi. Tədbir nəticəsində qəbul edilmiş yekun sənəd və Bakı Bəyannaməsi Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə mövqeyinə birmənalı dəstək ifadə etdi.

Həmçinin bu ilin 12 dekabr tarixində Avropa Parlamentinin “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin həyata keçirilməsi” adlı qətnaməsinin qəbulunu vurğulamaq istərdim. Belə ki, bu qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini təsdiq etdi.

Bu ilin 1 iyul – 31 dekabr tarixlərində ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çox faydalı oldu, sədrliyimiz dövründə 4 nazirlər səviyyəsində görüş, 20-dən çox tematik işçi qruplarının iclasları keçirildi, təşəbbüsümüzlə müvafiq dəyərləndirmə sənədləri qəbul edildi.

İl ərazindəbeynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstəyini xüsusilə vurğulamaq istərdim.Davamlı səylərimiz nəticəsində diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadəsidaha geniş istifadə olunmağa başladı. Keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində qəbul olunmuş çoxsaylı sənəd və bəyanatlarda, o cümlədən Qoşulmama Hərəkatının nazirlər görüşünün yekun sənədində, NATO-nun zirvə görüşünün yekun bəyanatında, Avropa Parlamentinin sözügedən qətnaməsində, üçtərəfli formatlarda keçirilmiş görüşlərin birgə bəyannamələrində, eləcə də ikitərəfi əsasda qəbul edilmiş bir sıra birgə bəyanatlarda ölkəmizin suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət etmişdir. 

Bu il ərzində, həmçinin, ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarına üzvlük müraciətləri də uğurlu olub. Misal üçün, 6 iyun tarixində Azərbaycan YUNESKO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə üzv olub, noyabr ayında Dubayda ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına 2019-2022-ci illər üzrə üzv seçilib, ölkəmizin nümayəndəsi, həmçinin  BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

Göründüyü kimi, 2018-ci il ərzində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını daha da irəli aparmaq səylərini davam etdirib.

- Bu il Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu üzrə imzalanmış razılaşma yeni neft-qaz yataqlarının istismarı və TransXəzər qaz boru kəmərinin tikilməsi baxımından hansı perspektivləri açır? (Trend)

- Bu ilin avqustunda “Xəzəryanı beşliy”in liderləri tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Konvensiya Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə olmuşdur. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdəki digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin edilir.

Ümumiyyətlə, Konvensiya müddəalarının yerinə yetirilməsi orada göstərilən məqsədə nail olunmasını təmin edəcək – Xəzər dənizini sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcəkdir.

Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində qabaqcıl olan Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır.

Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edə, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit dövləti olaraq nüfuz qazanmağa müvəffəq olmuşdur. Hal-hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur və enerji layihəsinin gerşəkləşdirilməsi davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına ötürüb-çatdırılması üzrə yüksək potensiala malikdir və biz həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə hazırıq.

- Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir? (Azərtac)

- Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini güdən ölkəmiz, bildiyiniz kimi 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirləl Neru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik olan bir qurumdur. Təqdirəlayiq bir haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.

Məlum olduğu kimi, bu ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə 3 əsas prioritet üzərində qurulacaqdır və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.

Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlaryaradacaqdır. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata sədrliyimiz həmçinin, ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

- 2019-cu ildə Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu Azərbaycana hansı dividentləri gətirəcək? (İnterfaks-Azərbaycan)

 -Azərbaycan Avropa-İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından olduqca faydalı olub. Bu xüsusda, cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, 15 oktyabr tarixində isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələni açacaq Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişi və onun üzərində aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcəkdir. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.

Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.

- Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq? (Report)

- Ölkəmiz cari ildə olduğu kimi, qarşıdan gələn il ərzində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında, ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcəkdir.

Bu gün Azərbaycan bölgədə böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

2019-cu ildə xarici siyasət prioritetlərinə əlbəttə ki, ilk növbədə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi,bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ