Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rufiz Qonaqov: “Azərbaycan cəmiyyətinin böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır”

Image


Sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Ötən 15 il ərzində dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz bir-birinin ardınca böyük uğurlar qazanıb. Azərbaycanın böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşməsi siyasəti dayanır.

Baki-xeber.com AZƏRTAC-a istinadən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edən məqaləsini təqdim edir.

Azərbaycan bu gün çox sürətlə hərtərəfli inkişaf edərək pozitiv dünya proseslərinə inteqrasiya etməkdədir. Müasir dövrdə inteqrasiya prosesi çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inteqrasiya siyasətini həyata keçirərkən bütün zəruri məqamları, digər dövlətlərin əvvəllər buraxdığı nöqsanları diqqətdə saxlayaraq, ölkənin sivil dövlətlərə çatması, mədəniyyətlərarası dialoqun axtarışı istiqamətində daha səmərəli üsullardan istifadə prinsiplərini hədəf seçib, nəticədə, Azərbaycan qısa müddətdə dünya sivilizasiyaları sistemində modern olmaqla yanaşı, özünəməxsus ənənələrin də yüksək səviyyədə qorunduğu məkana çevrilib.

Bu inkişafın təməlində ideya əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hüquqi-demokratik Azərbaycan dövlətinin davamlı inkişaf strategiyası dayanır. 2030-cu ilə qədər BMT-nin dünya ölkələri qarşısında qoyduğu 17 hədəfə nail olunması və bu hədəflərə çatmaqla dünya standartlarına cavab verən bir ölkə səviyyəsinə çatdırılması məhz Prezident İlham Əliyevin uğurlu sosial-siyasi, mədəni-iqtisadi siyasəti ilə mümkün olub. Bu istiqamətdə atılan addımlardan biri Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə nəinki postsovet ölkələri sistemi, eləcə də Avrasiya məkanı üçün yeni praqmatik siyasi-mədəni proseslərinin başlanğıcı olmasıdır. Bu uğurların fövqündə Azərbaycan Prezidentinin proqram xarakterli modernizasiya siyasəti kursu dayanıb. Belə ki, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi artıq ölkədəki insan haqlarının qorunmasından, onların mühafizəsinə verilən xüsusi diqqətdən, eyni zamanda, ölkədəki insan kapitalı inkişafının məhz hüquqlarını qorumaqla həyata keçirilməsindən xəbər verir. BMT öz bəyanatlarında dəfələrlə qeyd edib ki, yalnız insan hüquqlarının qorunduğu və riayət edildiyi bir ölkədə Olimpiya oyunları keçirilə bilər. Dövlətimizin başçısı öz çıxışında bu barədə bildirib: “Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçiriblər. Onlar da özlərini göstərmək istəyiblər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik”. Həqiqətən də ölkə Prezidentinin qətiyyətli addımı ilə az bir zamanda dünyaya Azərbaycanın nələrə qadir olduğu sübut edildi. Azərbaycanın siyasi inkişaf kursu, həm də Siyasi Liderin özünün qeyd etdiyi kimi “ənənələri qorumaqla modernizasiya olmaq” istiqamətlərinə hesablanıb. Bu siyasi modernləşmənin mahiyyətində milli maraqların qorunması, adət-ənənələrə dərin, əbədi ehtiram yer alır. Azərbaycan Respublikasına Prezidentliyi dövründə İlham Əliyev hər zaman ölkənin imici və uğurlarının qarşılıqlı əlaqələndirilməsində xalqın rəyinin nəzərə alınmasının vacibliyini təmin edib. Birinci Avropa Oyunları ərəfəsində Prezident İlham Əliyev deyib: “Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıbdır və ondan sonra Avropa qitəsində də bərpa edilibdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk Oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Bu Oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. O zaman rəy sorğuları keçirilib və müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır”.

Avropa Oyunlarının Bakıda keçirilməsi müasir dünya mədəniyyətinin təbliği silsiləsində Azərbaycanın rolunu artırdı. Avropa və Asiya mədəniyyətlərinin kəsişdiyi nöqtə olan Bakı həm də sivilizasiyaların toqquşması deyil, barış yerinin mümkün olduğu bir evə çevrildi.

Bu dövrdə ölkəmizin informasiya təminatında ölkə mətbuatının beynəlxalq internet şəbəkəsinə qoşulmasının da mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Elektron mətbuat Azərbaycan həqiqətlərinin daha sürətlə dünyaya çatdırılması üçün geniş imkanlara malik oldu. İndi ölkəmizin müxtəlif informasiya agentlikləri dünyanın bir çox ölkələrinə informasiya ötürür və qəbul edir. Azərbaycanın sosial-iqtisadi inkişafında neft hasilatından sonra ikinci prioritet sahə olan informasiya-kommunikasiya sisteminin qurulub inkişaf etdirilməsi olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizi elektron hökumət proqramının uğurlu icraçısına, ASAN xidmət şəbəkəsinin qurulması ilə dünyaya yeni texnoloji xidmət metodu ötürən ölkəyə, Azərbaycan peykinin orbitə buraxılması ilə postsovet məkanında fəal informasiya məkanı sahibinə çevirib.

Azərbaycan həm də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə olduqca böyük sosial-iqtisadi layihənin həyata keçirilməsinə nail olub. Bu layihə regionda ən böyük layihələrdən olmaqla yeni İpək Yolunun başlanğıcı oldu. Aydındır ki, qədim İpək Yolunun mövcud olduğu zamanlarda Cənubi Qafqaz regionu bir körpü rolunu oynayıb və yenidən Azərbaycanın Türkiyə və Gürcüstanla bərabər yeni İpək Yolunda mühüm rol oynayan ölkələrdən birinə çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın bu layihəni uğurla həyata keçirməsi onun qlobal əməkdaşlığa açdığı qapılardan sadəcə biridir. 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün daha bir tarixi əhəmiyyətli hadisə baş verdi. Belə ki, Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzaladı.

Ölkəmizin enerji siyasətində vacib yer alan bu tarixi hadisə İlham Əliyevin Prezident olduğu dövrün uğurlu xarici və daxili siyasət konsepsiyasının nəticəsidir.

Ölkənin imicinin qəbul edilməsində əsas faktor onun svilizasiyon xarakteristikasının ifadə dərəcəsidir. Bu, həm də onun davranışının dinamik xarakteristikasını müəyyən edir və öz müasir maraqları haqqında danışmaq imkanları yaradır. Qeyd olunan elmi-nəzəri fikirlərə istinadən, inamla deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövr yeni modern təfəkkürün idaərəetməyə kompleks tətbiqi ilə nəticələnib.

Müstəqilliyinin ilk quruculuq illərində beynəlxalq antiterror əməliyyatlarında müttəfiq olan Azərbaycan, müasir günümüzdə Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində antiterror əməliyyatlarının fəal iştirakçısıdır. Terrorizmlə mübarizə və daxili sabitliyin möhkəmləndirilməsi bu illər ərzində ölkəmizin siyasi kursunun oazisində dayanıb.

Yüksək Avropa standartlarına cavab vermək, yeniliyi qəbul etmək və təbliğ etmək qarşıya qoyulan əsas məsələlərdəndir. Avropa məkanına inteqrasiyanın Azərbaycana ancaq xeyir və fayda gətirməsi isə düzgün və ardıcıl siyasətdən asılıdır. Qloballaşma kimi böyük bir ideyanın daxili və ayrılmaz komponenti olan inteqrasiya yolunda milli-mənəvi, dini dəyərlərin, özünəməxsusluğunun qorunub saxlanması və varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması böyük və gərgin zəhmət tələb edir. İnteqrasiya zamanı dialoq mədəniyyəti elə bir prosesdir ki, bu zaman mütləq milli-mənəvi dəyərlərin tənəzzül etməməsi və aşınmaması istiqamətində olduğu mövqeyindən asılı olaraq hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu yöndə bütün bilik və bacarığını səfərbər etməlidir. Bu məsələ həm də alim və tədqiqatçıları da narahat etməli, onlar məntiqli fikir və ideyalarını irəli sürməlidirlər. Ancaq əksər ölkələrin timsalında bunun şahidi oluruq ki, qloballaşma prosesi ayrı-ayrı mədəniyyətlərə, millətlərin özünəməxsus dəyərlərinə, elmi-mədəni mühitinə zərbə vurub, yad elementlərin milli mədəniyyətlərin tərkibinə daxil olmasına səbəb olub, bu mədəniyyətlərin zəifləməsi istiqamətində həm uğurlu, həm də uğursuz cəhdlər olub. Prezident İlham Əliyevin ardıcıl praqmatik siyasi fəaliyyəti ilə “Bakı Prosesi”nin əsası qoyulub, ölkəmiz ardıcıl olaraq Beynəlxalq Humanitar forumlara ev sahibliyi edərək dünyaya sivilizasiyaların dialoqu ənənəsini və qlobal mədəni – siyasi dözümlülük ideyalarını əxz etmiş oldu. Həmçinin, multikulturalizmin alternativi olmayan prosesə çevrilməsi ideyasının dünya rəsmilərini düşündürməyə sövq edən yeni çağırışlara çevrilməsi ilə yadda qaldı.

Bu gün dünya sistemi qloballaşır, ölkələr inteqrasiyaya doğru gedir, sosial və siyasi proseslər belə desək ümumiləşir. Bu nöqteyi nəzərdən Azərbaycanda demokratik proseslərin müasir dövrün tələblərinə uyğun, milli inkişaf strategiyası ilə vəhdətdə həyata keçirilməsi olduqca aktual və yenidir. Müasir Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatının hər il davam edən inkişafı dövlətimizin suverenliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsinə yeni imkanlar yaradıb. Ölkədə gedən belə uğurlu siyasi kursun təməl prinsiplərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasi düşüncə xətti dayanıb.

Beləliklə, əsas ideoloji prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ölkənin inkişafının siyasi-nəzəri əsasları İlham Əliyev tərəfindən yeni, aktual və ictimaiyyət üçün faydalı amillərlə zənginləşdirildi. Şübhəsiz belə ideyaların məğzini dünyada sabitliyin qorunması, təhdidlərin birgə dəf edilməsi, terrorizmlə mübarizə, multikulturalizmin dövlət siyasətinə çevrilməsi kimi yeni qlobal ideyalara sadiqlik prinsipləri təşkil etmişdir. Xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik olan gənclər siyasəti məsələsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkan yaratmaqdır.

Etiraf etmək lazımdır ki, müasir dünyada multikulturalizm təkcə mədəni sahələri deyil, həmçinin siyasi həyatı da əhatə edir və bununla da o, ölkənin çoxsaylı ümumi dövlət siyasətinin inkişafında mühüm rol oynayır. Bu gün Prezident İlham Əliyevin uğurlu ideya siyasəti nəticəsində Azərbaycan Respublikası ənənəvi və modern multikulturalizm ölkəsinə çevrilmişdir. Dövlətimizin başçısının Azərbaycan Respublikasına Prezidentliyi dövründə kompleks demokratik siyasi keçid prosesləri mərhələsi böyük uğurla başa çatmış, sosial dövlət və siyasi sabitliyin institusional əsasları qərarlaşıb möhkəmlənmişdir. Azərbaycanda daxili sabitlik, iqtisadi inkişaf və sosial dövlət quruculuğu proseslərinin möhkəm təməllərə malik olduğu sübuta yetirildi. Ölkəyə qoyulan investisiyalar və Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin qarşılıqlı fayda sistemi bərqərar oldu. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni müəssisə və iş yerlərinin yaranması, əhalinin məşğulluğunun artması davamlı prosesə çevrildi. Və bunun əsas göstəricisi isə dünya reytinqli "Doing business" jurnalında Azərbaycanın insan kapitalı indeksi üzrə 64-cü pillədə qərar tutması, təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdə olması ölkəmizdə davamlı inkişaf xəttində aparılan tədbirlərin nəticəsidir.

Prezident İlham Əliyev təhsilin inkişafı üçün də bütün müasir metodların tətbiq olunmasına çalışmış, aparılan ictimai, ideoloji, iqtisadi, adminstrativ mübarizə metodları radikalizmə qarşı mübarizədə də mühüm rol oynayaraq Azərbaycanı müsəlman dünyasının inkişaf etmiş modern ölkəsinə çevirmişdir. Prezident İlham Əliyev bu illər ərzində Dağlıq Qarabağ problemini həllini hər zaman Azərbaycanın Xarici siyasət kursunun prioritet məsələsi hesab edərək, bütün qüvvəsini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə səfərbər etmişdir. Ötən il Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmri ilə aparılan uğurlu aprel döyüşlərində yüksək strateji nöqtələr işğaldan azad edildi. Qarabağa böyük qayıdışın uzaqda olmadığı, ordumuzun böyük uğurlar qazanmağa hazır olduğu aydın oldu. Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi: “Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazimi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var” .

Azərbaycan regionlarında həyata keçirilən sosial infrastruktur quruculuğu ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında ayrı-ayrı bölgələrdə sosial təyinatlı obyektlərin inşasına dair çoxlu sayda müddəalar öz əksini tapıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq reallaşdırılıb. Hazırda regionların sosial-iqtisadi inkişafına dair 2014–2018–ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində bütün ölkə boyu sosial təyinatlı obyektlərin inşası və yaxud yüksək səviyyədə yenidən qurulması intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sosial infrastruktur quruculuğu siyasətinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə edərək vurğulayıb: “Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.

2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi ilinin elan edilməsi isə yalnız İslam ölkələrinin həmrəyliyi çağırışları deyil, həm də dünyanın bəzi dairələrindən təhdidlərə məruz qalan müsəlman xalqlarına təhdidlərə son qoymaq, sivilizasiyaları dialoqa yeni çağırışlar idi.

Göründüyü kimi, “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” – bütün bunlar milli maraqlara söykənərək proqram xarakteri daşıyan məsələlərdir. Cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması həm də böyüməkdə olan yeni nəslin vətənpərvərlik ideallarının möhkəmlənməsi və azərbaycançılıq məfkurəsinin zaman kontekstində bağlılığı, innovativliyi istəklərini ehtiva edir. “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”,-deyə Prezident bildirib.

Bu nöqteyi nəzərdən, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması yolunda müstəqillik ideallarina əbədi ümumxalq bağlılığın təntənəli təcəssümüdür. Prezidentin rəhbərliyi altında həyata keçirilən tədbirlər isə ölkəmizin "Yenilənən Azərbaycan" modeli fövqündə modernizasiya siyasətinin uğurlu nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri,politoloq Rufiz Qonaqov 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ