Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünya müharibəsinin mümkün başlanma yeri kimi nəzərlər Qara dənizə yönəlir...

Image


Son günlərdə böyük narahatlıqla müzakirə edilən başlıca məsələlərdən biri yeni dünya savaşının başlanma ehtimaıl ilə bağlıdır. Artıq bunun üçün konkret yerlər də müəyyən olunub. Məlumat verildiyi kimi, ABŞ-ın “The National İnterest” jurnalı belə yerlərdən biri qismində işğal altındakı Dağlıq Qarabağı göstərib. Amma proseslər göstərir ki, əslində, yeni dünya savaşının başlanma ehtimalının daha yüksək olduğu indiki yer Ukraynadır.

ABŞ-ın Suriyadan çəkilməsindən sonra baş verən proseslər dünya güclərinin məhz Ukraynada üz-üzə gəlmə ehtimalının xeyli artdığını göstərir. Elə “The National İnterest” jurnalı da yazır ki, üçüncü dünya müharibəsinin başlaya biləcəyi ən çox ehtimal olunan yer Ukraynadır. Məhz belə bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukraynanın yaxın bir neçə gün ərzində tammiqyaslı döyüş əməliyyatlarına keçməsi tamamilə mümkündür. Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Kiyevin yaxın günlərdə təxribat törədə biləcəyini tamamilə mümkün sayıb. Bu iddialar iki ölkə arasında Kerç boğazında noyabrın 25-də baş vermiş insidentdən sonra yaranmış gərginlik şəraitində səsləndirilir. Həmin insident zamanı Rusiyanın sahil keşikçi qüvvələri Ukraynanın üç gəmisini və bu gəmilərin heyətlərini saxlayıb. ABŞ və Avropa İttifaqı Rusiyadan gəmilərin və heyətlərin dərhal azad edilməsini tələb edir.

İndi xanım Zaxarova bildirir ki, Kiyev, yerüstü əməliyyatdan əlavə, başqa vasitələrlə də gərginliyi artıraraq ölkədə elan edilmiş fövqəladə vəziyyətin müddətini uzatmağa çalışır. Moskva iddia edir ki, Petro Poroşenko fövqəladə vəziyyətdən prezidentliyini qoruyub saxlamaq üçün istifadə edir. Zaxarova ildirib ki, Ukrayna mediası Ukraynanın şərqindəki rusiyayönlü qüvvələrin kimyəvi silahdan istifadə edəcəyinə dair “ekspert” proqnozları yayır: “Bu vəziyyət belə düşünməyə əsas verir ki, Kiyevdəki strateqlər kütləvi qırğın silahlarından istifadəni səhnələşdirmək sahəsində xarici havadarlarının təcrübəsini yaxşı təhlil edib”.

Bundan əvvəl isə Ukrayna prezidenti Petro Poroşenko demişdi ki, Rusiya ölkəsinin sərhədləri boyunca böyük canlı qüvvə və hərbi texnika cəmləşdirir. O bildirmişdi ki, Rusiya iki ölkənin sərhədi boyunca 80 mindən çox əsgər, 1400 artilleriya və çoxpilləli raket sistemləri, 900 tank, 2300 zirehli döyüş maşını, 500 hərbi təyyarə və 300 helikopter yığıb. Dekabrın 22-də isə Rusiya Krım yarımadasına onlarca təkmil döyüş təyyarəsi gətirib.

Rusiyanın “regnum.ru” portalı isə bildirir ki, Ukraynanın belə fəallaşması ABŞ-dan gələn göstərişlərlə birbaşa bağlıdır: “Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq, orada aviazərbələri dayandırmaq və Əfqanıstanda kontingenti azaltmaq niyyəti sanki şoumen Donaldın “aşırmaları”na alışmış dünya informasiya meydanını partladıb və Amerika cəmiyyəti içində duyğu qasırğası törədib. Amma başqa bir məsələ daha önəmlidir. Görünür, Trampın qərarı Türkiyə ilə sövdələşmənin nəticəsi olub. Heç olmasa, sadəcə, son hadisələrin ardıcıllığı buna təhrik edir. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dekabrın 17-də xəbərdarlıq edib ki, Türkiyə silahlı gücləri ən yaxın zamanda YPG kürd bölmələri və Suriya Demokratik Qüvvələrinə qarşı hücuma başlaya bilər. Türkiyə Menbic bölgəsində və Fəratın şərq sahilində Suriya kürdlərinə qarşı əməliyyat hazırlandığını növbəti gün artıq hətta gizlətmirdi də.

Bu qayda ilə, yüksək ehtimalla güman etmək olar ki, Tramp Moskvanın 2016-da Amerika nəzarətindən çıxarmağa nail olduğu Türkiyəni “ələ keçirmək” bahasına Suriyadan çıxıb. Lakin burası da var ki, Türkiyənin ABŞ-ın nəzarətinə qayıdışı Suriyaya görə yetərli qiymət deyil (hətta amerikalılar onu gerçəkdən də verməyə hazırlaşmırsa) və Pentaqon – ona kim başçılıq edir-etsin – Ukraynada açıq hərbi fitnə hazırlamağa başlayıb. Avqustdan başlayaraq Kerç-Azov bölgəsində DXR/LXR və Krıma hədəflənməklə münaqişənin tədricən artırılması gedir.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhəddə az intensivlikli hərbi əməliyyat hazırladığı haqda Lavrovun xəbərdarlığı “tərəfdaşlar”ın kəskin fəallığı ilə təsdiqlənir. NATO təlimatçıları Donbasda Ukrayna Silhalı Qüvvələrinin bölmələrini yoxlayıb, sərhədə getdikcə yeni bölmələr, o cümlədən Britaniyanın SAS-ı göndərilir, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Echo” kəşfiyyat gəmisi Odessa limanına girib, ABŞ senatorları Trampı Qara dənizdə Rusiyaya qarşı çoxmillətli əməliyyat keçirməyə çağırıb. Kiyev isə Ukrayna hərbi gəmilərinin Kerç boğazından ATƏT, ya da NATO-nun himayəsilə keçidi üzrə açıqca onun düşünmədiyi əməliyyat

elan edib. Aydındır ki, belə hazırlıqlar nəsə konkret bir şeylə bitməyə bilməz. Ukraynada hərbi fitnə hazırlığı, Türkiyə ilə sövdələşmələr, Trampın Suriyadan qoşunların çıxarılmasını bildirməsi düşüncə doğurur ki, bunlar bir prosesin tərkib hissəsidir. Və böyük sövdələşmə budursa, onda çox pisdir, bir də güman edilmir ki, Kreml bu halda buna gedər. Krıma və Krım körpüsünə qarşı həmlələr şəxsən Putin üçün ən prinsipal məqamdır və belə bir şey üzərindən onunla uzlaşmağı təsəvvür etmək axmaqlıqdır. Amma bax, ABŞ-ın güclərin gerçək bölgüsündən çıxış edərək Suriya-Türkiyə-Ukrayna qambiti oynamaq qərarı tamamilə həyata keçirilə biləndir.

Rusiyanın Suruiyada mövqeyi artıq o qədər güclüdür ki, Vaşinqton oradakı bölgünü keyfiyyətcə dəyişmək gücündə deyil. Ancaq “qoşunların çıxarılması” hesabına Türkiyə ilə anlaşma halında təsiri saxlamaq və vurğunu Rusiya ilə mübarizənin ikinci cəbhəsinə keçirmək olar. ABŞ-ın Ukraynadakı mövqeyi xeyli əlverişlidir – Kiyev rejimi, ordu, xalq üzərində tam nəzarət, rəsmi təsdiqsiz hərbi bölmələrin iştirakı. Bütün bunlar Rusiyanın birbaşa yaxınlığındadır və gücün bir bölümünün Suriyadan ayrıldığı durumdur. Özgə əlilə zərbə endirmək üçün, demək olar, ideal əməliyyat meydanıdır.

Bəli, Vaşinqtonun çoxdan belə bir əməliyyat meydanı var, amma görünür, zərurət məhz indi yetişib. Həm də sərhesab Poroşenko Rusiya ilə hərbi qarşıdurmadan həmişə yayınıb. Amma o, obyektivcəsinə uğursuz seçkilər ərəfəsində hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır. Lakin onun “son sıçrayışı”nın hazırlanmasında NATO hərbçilərinin, demək olar, gizlədilmədən iştirakı və bu prosesin payızın başlanğıcından buraxılması ondan xəbər verir ki, Vaşinqton düşünülmüş qərarı həyata keçirir. O, Suriyada yenilərək, bunu Ukrayna yönündə zərbə ilə düzəltməyə çalışır. ABŞ da Ukrayna tərəfdən zərbə hazırlayarsa (yeri gəlmişkən, Rusiyaya savaş elan edilməsi haqda layihə Radaya çıxardılıb), burada “bizim Tramp”ın təcridçiliyi haradadır? Amerika isteblişmentinin hansısa bölümü ilə anlaşmağın mümkünlüyü haqda illüziyanı hamımızın buraxmasının vaxtı deyilmi? Xüsusən də Putin bu günlərdə bildirib ki, orada hamı sərt sistem çərçivəsində hərəkət edir. Bu sistem isə bizə savaş elan edib”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ