Cümə axşamı günü, 29 oktyabr 2026
     

Putin ölkədə etnik-dini kimlik məsələsinə çox qızğın yanaşdı...

Image


Abutalıb Səmədov: "Ona görə də Rusiya bu gün parçalanmaq təhlükəsi ilə üz-üzədir"

"Vahid Rusiya" partiyasının 22-ci qurultayında Rusiya prezidenti Vladimir Putin ölkənin birliyini pozmaq cəhdlərini sərt şəkildə yatıracağını və "bütün cəbhələrdə" cavab verməyə hazır olduğunu bildirib: 

"Bütün tarixi dövrlərdə rəqiblərimiz bu birliyi pozmağa çalışıblar və indi yenə də başqalarının işləyib hazırladığı ssenariyə uyğun olaraq insanları parçalamağa, milli və ya dini kartla oynamağa çalışırlar, bütün çağırışlara və bütün cəbhə boyu döyüşməyə hazırıq".

Onun sözlərinə görə, Rusiya ötən illər ərzində keyfiyyətcə dəyişib, ölkənin inkişaf gündəliyi strateji xarakter alıb və gələcəyə yönəlib. Rusiya gecikmədən yeni genişmiqyaslı məqsədlər və istiqamətlər müəyyən etməlidir.

Putin ölkədə dini və etnik parçalanma cəhdlərinə niyə belə, sanki konkret informasiyası varmış kimi həssas yanasır?

Baki-xeber.com saytının suallarını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, 2022-ci ilin fevralında Ukrayna ərazisinə daxil olmaqla Rusiya prezidenti çox böyük avantüraya girişdi: "Doğrudur, onun müraciətlərinə Qərbin etinasız yanaşması, xəbərdarlıqlarına əhəmiyyət verməməsi Putini bu addımı atmağa müəyyən qədər məcbur etdi. Çünki artıq qoşunlar sərhəddə yerləşdirilmişdi və hamı Rusiyanın Ukraynaya hücumunu gözləyirdi. Fevral ayında Makronun əvvəl Moskvaya, sonra isə Kiyevə sülh missiyali səfəri də uğursuzluqla nəticələndi. Rusiya iki şərt qarşılığında müharibə etməmək öhdəliyini götürdu. Bu şərtlər də Minsk-2 razılaşmasının icrasına başlamaq və Ukraynanın neytrallığı şərtləri idi. Zelenski Makronla görüşdən sonra keçirilən mətbuat konfransında susdu, Fransa prezidenti onun adından dedi ki, o, təklifi qəbul edib. Ancaq sonra Almaniyada keçirilən görüşdə Ukrayna bu şərtləri qəbul etmədiyini açıqladı. Bundan sonra isə hər iki tərəfə böyük fəlakətlər gətirən müharibə başlandı. Bu gün Rusiya Ukraynanın 123-124 min kvadratkilometr ərazisini işğal edib və əməliyyatlar Rusiyanın üstünlüyü ilə davam edir. Bu günlərdə Ukrayna üçün böyük əhəmiyyətə malik olan Pokrovsk şəhərinin işğal edilməsi gözlənilir və bu, Ukraynanın durumunu bir qədər də ağırlaşdıra bilər.

Eyni zamanda, bu ilin avqust ayında Ukrayna gözlənilmədən Kurska hücum etdi və 1300 kvadratkilometr Rusiya ərazisini ələ keçirdi. İndi həmin ərazinin yarıdan bir qədər artıq hissəsi Ukraynanın nəzarətindədir. Hadisələr göstərir ki, burada Trampın andiçməsinə qədər Ukraynanın müqavimət göstərməsi çox çətin olacaq.

Hərbi əməliyyatlar zamanı Rusiyanın canlı itkiləri 600-700 min nəfər hesab edilir. Söhbət həm ölənlərdən, həm də yaralanaraq sıradan çıxanlardan gedir. Rusiyanin bu müharibəyə gündəlik xərcləri 200-300 milyon dollar təşkil edir. Rusiya 10 mindən artıq sanksiya ilə üzləşib, beynəlxalq miqyasda ciddi zərbələr alıb. Ən son zərbəni Moskva Suriyada aldı və buradan çəkilmək zorunda qaldı.

Eyni zamanda, Ermənistanla da problemlər ortadadır, MDB və KTMT-nin birliyi əvvəlki səviyyədə deyil. Təbiidir ki, Rusiya bu müharibədən zəifləyib çıxacaq. Burada ən böyük təhlükə müxtəlif millətlərin təşkil etdiyi vilayətlərin və respublikaların Rusiyanın tərkibindən çıxması təhlükəsidir. Rusiyanın əleyhinə olan qüvvələr daima bu istiqamətdə iş aparıblar, indi isə daha da fəallaşıblar. Çünki Rusiya-Ukrayna müharibəsində ölənlər təkcə ruslar deyil, bəlkə də daha çox qeyri-rus millətlərdir. Bu da həmin xalqların kəskin narazılığına səbəb olur. Rusiyanın zəifləməsini istəyənlər ölkə ərazisində müxtəlif dinə və irqə mənsub olan əhali arasında iş aparırlar. Ona görə də Rusiya bu gün parçalanmaq təhlükəsi ilə üz-üzədir. Lakin Qərb bu hadisələrin bu gün və surətlə baş verməsini istəmir. Qərbin istəyi Rusiyanın zəifləməsidir, ancaq o bu prosesin tədricən, yavaş-yavaş, ciddi problemlər yaratmadan baş verməsini arzulayır.

Putinin hazırki bəyanatı da bugünə yox, gələcəyə hesablanmış çağırışdır. O bildirir ki, onlara qarşı iş aparılır, Rusiyanı parçalamaq cəhdləri var və deyir ki, biz bu cəhdlərin qarşısını vaxtında almalıyıq. Putin də yaxşı başa düşür ki, dünyanın ən çox nüvə başlıqlarına malik dövlətin parçalanmasını böyük dövlətlərin heç biri istəmir. Çünki nüvə silahı nəzarətdən çıxa və dünyanın ciddi probleminə çevrilə bilər. Lakin həm Putin, həm də digər komanda üzvləri yaxşı başa düşür ki, Qərb dairələri tədricən bu prosesin aparılmasında maraqlıdır. Onların sülh cəhdlərinin qarşısının alınmasının kökündə də məhz bu dayanır. ABŞ, Qərb və Böyük Britaniya müharibənin baş verməməsı üçün müəyyən addımlar ata bilərdilər, amma atmadılar. Sonradan İstanbulda müəyyən razılaşmalar oldu, lakin ABŞ və Böyük Britaniya bunun da qarşısını aldı. Məqsəd Ukraynanı qurban verməklə Rusiyanı zəiflətmək idi və müəyyən mənada buna nail olundu. Ancaq gözləntilər tam özünü doğrultmadı, sanksiyalar arzulanan nəticələri vermədi. İqtisadi baxımdan Rusiya ötən il Avropa dövlətlərindən  daha yüksək sürətlə inkişaf etdi.

Ancaq Rusiyanın parçalanmaq təhlükəsi qalır, bu gün əgər Putin güc, zorakılıq hesabına bu proseslərin qarşısını almağa nail olubsa, gələcək 10 il ərzində bunu etmək daha cətin və problemli olacaq. Putinin bu çuxışı da onunla bağlı xəbərdarlıq xarakteri daşıyır".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ