Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycan ədliyyəsinə "minus" gələ bilər...(?) - Hakim Xaxaleva Rusiyaya təslim edilmədi...

Image


Xəyal Bəşirov: "Rusiya tərəfi təqibin qanunla əsaslı olduğunu sübut edərsə, gələcəkdə Yelena Xaxalevanın ekstradisiyasi mümkun ola bilər"

Azərbaycanda məhkəmə Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina edib.

Xaxaleva Rusiyanın tələbi ilə 2025-ci il yanvar ayının sonunda Bakıda saxlanılıb. "Kommersant" qəzeti Xaxalevanın həbsinin Dubaya uçuşdan əvvəl hava limanında baş verdiyini yazıb. Əvvəlcə Xaxaleva istintaq təcridxanasına göndərilib, lakin fevralın 4-də polis nəzarəti altında sərbəst buraxılıb.

Rusiyada Xaxalevaya qarşı dələduzluq və vəzifə saxtakarlığına görə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, o, 2016-2019-cu illər arasında 127 gün işdən kənarda qalıb. Lakin o, iş vaxtının cədvəllərini dolduran məhkəmə işçilərini aldadıb və nəticədə işləmədiyi günlərə görə təxminən 1,2 milyon rubl maaş alıb.

2021-ci ilin dekabrında Yüksək İxtisaslı Hakimlər Kollegiyası Xaxalevaya qarşı işin başlanmasına icazə verib. Lakin o, bu vaxta qədər ölkəni tərk edib. Bundan əvvəl o, hakim statusundan məhrum edilib.

Yelena Xaxaleva 2017-ci ildə media onun qızı ilə İstintaq Komitəsinin müstəntiqi Vadim Bədəlovun dəbdəbəli toyu haqqında yazanda məşhurlaşıb. Nikolay Baskov, Valeri Meladze, Vera Brejneva, İosif Kobzon və digər ulduzlar toy şənliyində görüntüləniblər. Mediada tədbirin dəyərinin 2 milyon dollar olduğu bildirilir. Daha sonra Krasnodar Vilayət Məhkəməsinin Hakimlər Şurası toya cəmi 4,5 milyon rubl xərcləndiyini müəyyən edib.

“Kommersant” yazır ki, Xaxaleva Gürcüstanda və Azərbaycanda müalicə aldığını, daha sonra müalicə üçün BƏƏ-yə uçmaq istədiyini bildirib.

Bir neçə il əvvəl Krasnodar vilayət məhkəməsinin hakimi Yelena Xaxaleva Vladimir Putinə açıq məktub yazıb, “informasiya şantajı” və istefaya məcbur edilməsindən şikayətlənib. Məktubun mətnini “Kommersant” dərc edib.

“Ailəm və mən artıq üç ildir ki, böyük biznes strukturunun informasiya hücumuna məruz qalmışıq”, – deyə Xaxaleva yazıb: “Onlar məni vicdansız jurnalistlərin və piarçıların əli ilə 2000-ci ildə təyin etdiyiniz vəzifədən uzaqlaşdırmağa çalışırlar”.

Hakimin sözlərinə görə, “mediada açıq-aşkar böhtan” onun 2017-ci ildə “böyük biznes strukturunun maraqlarına zidd” olan iki məhkəmə qərarı çıxardıqdan sonra başlayıb. Xaxaleva bu strukturun hansı olduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, üç il ərzində saxta məlumat axını ilə mübarizə apararaq o, ancaq bədnam hakim reputasiyası qazanıb.

Yelena Xakhaleva həmçinin bildirdi ki, “informasiya hücumuna” son qoymaq üçün Krasnodar Regional Məhkəməsinin rəhbərliyi ona istefa verməyi təklif edib.

Hakim Putindən onun vəziyyəti ilə tanış olmağı və “hakimləri informasiya təzyiqindən qoruya bilən effektiv tədbirlər kompleksi” hazırlamağı xahiş edib.

2018-ci ilin sentyabrında Xaxaleva vilayət məhkəməsinin rəyasət heyətindən xaric edildi. O, adi hakim olmaq üçün kollegiya rəhbəri vəzifəsindən istefa verir. 2019-cu ilin avqust ayında o, məhkəmə prosesindən kənarlaşdırılaraq elmi məsləhət işi ilə məşğul olan hakimlər kollegiyasına təyin edilib.

Həmin vaxt Xaxaleva qızının toyu ilə bağlı qalmaqalı "şantaja boyun əymədiyi" və "qanunsuz qərar" vermədiyi üçün ondan qisas alındığı kimi əsaslandırıb. O, həmçinin qeyd edib ki, 2 milyon dollar rəqəmi “havadan yazılıb”.

Rusiyalı keçmiş hakimin ekstradisiyasından imtina edilməsi nə ilə bağlı ola bilər?

Xaxalevanı Rusiyada hansı oliqarxlar təqibə məruz qoyub?

Baki-xeber.com saytına açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsi ilə bağlı məsələ hazırda müzakirə və araşdırma mərhələsindədir: "Onun ekstradisiyasının rədd edilməsi heç də o demək deyil ki, bu qərar sona qədər qüvvədə qalacaq.

Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin birinci bəndinə görə, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. Bu şəxs də Rusiya vətəndası olaraq bizim üçün əcnəbi sayılır. O, Azərbaycan ərazisində saxlanılibsa, onun Azərbaycan Respublikasından siyasi sığınacaq almaq hüququ yaranır. Ola bilsin ki, Yelena Xaxaleva saxlandığı an siyasi sığınacaq almaq üçün müraciət edib. Əgər o, siyasi sığınacaq almaq üçun müraciət edibsə, artıq 70-ci maddənin ikinci bəndi işə düşür. Həmin maddənin ikinci bəndində yazılır ki, siyasi əqidəsinə görə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə (ekstradisiyasına) yol verilmir. Burada artıq məsələ araşdırılacaq ki, Yelena Xaxaleva ölkəsində siyasi təqiblərə məruz qalırmı. Eyni zamanda, onun siyasi təqibə məruz qalmasına səbəb olan əməllər Azərbaycan Respublikası ərazisində cinayət sayılmırsa, o halda əcnəbinin ekstradisiyasindan imtina ediləcək və ona siyasi sığınacaq veriləcək. Amma hələ bizə aydın deyil ki, Xaxaleva Rusiyada siyasi təqibə məruz qalıbmı, qalıbsa bu təqib onun hansı əməlinə görə baş verib, o əməl Azərbaycan Respublikası ərazisində cinayət sayılır, yoxsa yox? Araşdırmalar aparılacaq və nəticəyə əsasən yenidən məhkəmə qərar qəbul edəcək.

Hazırda ekstradisiyadan imtina edilməsinin səbəbi o ola bilər ki, onun Rusiyada törətdiyi əməllər Azərbaycanda cinayət hesab edilmir, ya da hələ istintaqa məlum deyil ki, o hansi əmələ görə təqib edilir. Rusiya tərəfi təqibin qanunla əsaslı olduğunu sübut edərsə, gələcəkdə Yelena Xaxalevanın Rusiyaya ekstradisiyası mümkun ola bilər".

Xaxalevanın Azərbaycandakı himayədarı kimdir?

Məsələnin Azərbaycanla bağlı hüquqi tərəfi aydındır. Amma başqa bir məsələ odur ki, yüksək ranqlı hakimin buraxdığı iş günlərinə görə əmək haqqı almasını əsas gətirərək onun ittiham edilməsi ağılasığmazdır. Bu ittihamın xarakteri siyasi sifarişə daha çox oxşayır.

Digər tərəfdən, rus mediasının yazdığına görə, Yelena Xaxaleva rus oliqarxlarının sifarişinin ziddinə qərar çıxardığına görə onu uzun müddət şantaj ediblər. Hətta hakim bu şantaj və təqiblərə görə prezident Vladimir Putinə müraciət edib və həmin müraciət də mediada dərc olunub.

Lakin Yelena Xaxalevanın təqiblərdən yaxa qurtarmaq üçün xaricə çıxıs marşrutunu Azərbaycandan salması da təsadüf ola bilməz. Üstəgəl, saxlandıqdan dərhal sonra ekstradisiyasından imtina edilməsi Xaxalevanın Azərbaycanda da himayədarının olması ilə bağlı ehtimalları gücləndirir. Lakin bu himayədarın kimliyi hələ redaksiyamıza bəlli deyil. Bu istiqamətdə araşdırmalarımız davan edir.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ