Əksər hallarda eşidirik ki, haylarla farslar eyni milli mənşəyi bölüşür, yəni onlar bir kökdən ayrılıblar. Bunun elmi əsası olmasa da, müasir haylar və farslar qardaş olduqlarını iddia edirlər. Fərqli dilə, fərqli dinə, fərqli yaşayışa malik olan hay-fars cütlüyü bu gün bir-birinə elə sarmaşıb ki, heç onları raketa ilə də ayırmaq olmaz.
Təsəvvür edin ki, haylar və farsların süni qohumluğu nəticəsində ortaya kifayət qədər saxtakarlıqlar çıxır. İddia edirlər ki, guya hay və fars mətbəxi bir-birinə qohumdur və onları bir-birinə bağlayan “qədim ənənələr” var. Hətta mədəniyyətlərini də bir-birinə qohum sayırlar. Əlbəttə, bu indiki siyasi şəraitdə iki saxtakarın bir-birinə arxa durması anlamını daşıyır.
Zəngəzur dəhlizinin açılmasının əleyhinə olan İran Ermənistanla birləşib yeni festival keçirməyə hazırlaşır, özü də “Sünük” adı verdikləri Qərbi Zəngəzurda. Qafan şəhərində tezbazar konsulluq açmaqdan gözü doymayan molla rejimi Hayastanla əlbir olub avqustun 10-da “Navasard” adlı İran-Ermənistan mədəniyyəti və kulinariya festivalı keçirməyə hazırlaşır. Qeyd edirlər ki, guya “mədəni irsin”, “mətbəxin” təbliği İran-Ermənistan dostluğunun nəticələrindən biridir. Məsələ bundadır ki, mədəniyyəti, dini fərqli olan müsəlman farslarla qriqoryan ermənilərin festivalında yeməklər müxtəlif nominasiyalar üzrə qalib elan ediləcək. Yemək bişirəndə “bismillah” deyən, donuz ətindən, spirtli işkidən uzaq olduqlarını bildirən farslarla donuz əti yeyən, çaxır, konyak, araq istehsal edən, eyni zamanda da bu spirtli içkiləri içən hayların birgə festivalı xeyli şübhəli görsənir. İran mətbəxində üstünlük verilən təamlarla hay mətbəxindəki yeməklər arasında heç bir əlaqə yoxdur. Düzdür, haylar Azərbaycan mətbəxindən bir sıra təamlar, çörək növləri, qəlyanaltılar oğurlayıblar, amma bunlar onların ənənəvi yeməkləri deyil.
“Qriqoryanların mətbəxi ilə islam mətbəxi, kulinariya mədəniyyəti tamamilə fərqlidir, bir-birinə bənzəmir”
AMEA-nın Qafqazşünaslıq İnstitunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında “Tarixi ənənələr göstərir ki, islamla qriqoryanlıq arasında böyük fərq özünü mədəniyyətdə də, kulinariyada da, etnoqrafiyada da, dini məsələlərdə də göstərir. Qriqoryanlıqla islam dini bir-birindən fərqli olduğu üçün onun təmsilçilərinin də adət-ənənələri, mədəniyyəti, kulinariyası, baxışı fərqli olur. Qriqoryanların mətbəxi ilə islam mətbəxi, kulinariya mədəniyyəti tamamilə fərqlidir, bir-birinə bənzəmir. Heç zaman xristian mətbəxi ilə müsəlman mətbəxi bir-birinə oxşar deyil. Haylar müsəlman deyil, onlar islamda qadağan olunan donuz əti yeyir, mətbəxlərinin ət ehtiyatlarını donuz əti təşkil edir, spirtli içkilər istehsal edib içirlər və sair. Hayların qidalanması, mətbəxi müsəlman aləmi ilə uyğun deyil. Hətta ermənilərin Allahın birliyinə inandıqlarını demələri də şübhəlidir, onların tək Allahı qəbul etdikləri inandırıcı görsənmir. Çünki apardığımız tədqiqatlar zamanı biz çox saxtakarlıqlarla qarşılaşırıq. Onların hər şeyi yalandır. Onların Qafqaza aid nə adət-ənənələri, nə etnoqrafiyası, nə mədəniyyətləri var. İndi əldə etdiklərinin hamısı başqa xalqlardan oğurladıqlarıdır ki, öz adlarına çıxırlar. Mətbəxləti də, musiqiləri də, başqa şeyləri də Azərbaycan türklərindən oğurladıqlarıdır. Bunların farslarla yaxınlığına gəlincə, haylarla farsların yaxınlığı var. Hayların bir qismi farslarla əmiuşağıdırlar. Bir hissəsi hind qaraçısıdır, bir hissəsi də Finikiyadan, Aralıq dənizi sahillərindən gəlib. Bu da bir neçə əsr əvvələ aiddir. Farsların dini islam, ermənilərin dini isə qriqoryanlıq. Təəssüf ki, farslar islamdan fars şovinzminə uyğun şəkildə istifadə edirlər. Amma haylarla farslar çoxdan bir-birindən uzaqlaşdıblar. Bu gün onların mətbəx birliyini elan etmələri, bir yerdə kulinariya festvalı keçirməsi konkert olaraq siyasi oyundur”-deyə bildirdi.
Q.Hacıyev hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra haylar və farslar daha da sıx birləşiblər və Azərbaycan əleyhinə birgə addımlar atırlar. Molla rejiminin hayları himayə etmək istəyinin güclü olduğunu deyən Q.Hacıyev qeyd etdi ki, molla rejimi Qafanda konsulluq açdı, azad ticarət zonası yaratmaq barədə danışırlar və sair. Bütün bunların Zəngəzur dəhlizi əleyhinə bir kampaniya olduğunu deyən Q.Hacıyev bildirdi ki, belə olmasaydı bu cür tədbirlər Qərbi Zəngəzurda yox, başqa şəhərlərdə keçirilərdi. “Molla rejimi Zəngəzur dəhlizinin özünün “qırmızı xətti” olduğunu deyir, hayları hər cür idarə edir, bizim əleyhimizə qaldırır. Bu kimi tədbirlər də molla rejimi ilə Hayastanın Azərbaycana və Türkiyəyə qarşı apardığı mənfur siyasətin göstəricisidir. Ona görə də hesab edirəm ki, əvvəlki tədbirləri kimi bu tədbirin də heç bir nəticəsi olmayacaq, süni və saxta xarakter daşıyan nə varsa hamısı gec-tez iflasa uğrayır. Kulinariya festivalı keçirirlər keçirsinlər, onsuz da onların özlərinin ənənəvi mətbəx mədəniyyəti yoxdur, nə varsa hamısı ondan-bundan oğurluqdur. Farsların özünün də elə də yönlü mətbəxi yoxdur, onlar Hind-Çin mətbəxinin düyü yeməklərinə maraq göstərirlər, haylarda isə bu cür yemək yoxdur, qəribliyə salmayın, onların bişirdiyi yeməklər bizim heyvanlara verdiyimiz yeməklərə daha çox bənzəyir. Azərbaycandan oğurladıqları yeməklərdən başqa ortaya çıxaracaqları bir şey yoxdur”-deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA