Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə ittihamlar hər gün getdikcə artmağa başlayıb. Xüsusilə erməni mediası Nikol Paşinyanın komandasını büdcəni dağıdıb məhv etməkdə, ayrı-ayrı dövlət qurumlarının böyük həcmdə pulları “silmək əməliyyatları” həyata keçirməkdə, lazımsız yerə xərcləmələr aparmaqda ittiham edir. Ermənistanda hazırkı hakimiyyətə qarşı kəskin mövqeyi ilə seçilən “Joqovurd” nəşri hazırkı hakimiyyətlə bağlı daha bir fakt ortaya qoyub. Yazıda qeyd olunur ki, təkcə ölkə parlamenti ötən ay 10 min dollar dəyərində konyak alınıb: “Alkoqol xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün nəzərdə tutulub”.
Ən maraqlısı odur ki, hökumət rəsmiləri isə məsələ ilə bağlı bundan əvvəlki hakimiyyəti günahlandırırlar.
Mətləb Salahov