Bazar ertəsi günü, 09 noyabr 2026
     

Meşəli sakinlərinin müraciətinə reaksiyalar başladı - dünya erməni cinayətlərini yaxşı tanıyacaq...

Image


Məlum olduğu kimi, bu günlərdə Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə mühüm məqamlara toxunulur və bildirilir ki, 32 ildir Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar:

“Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər. Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik”. 

Müraciətdə ikili yanaşmaya son qoyulmasına çağırış edilir, tələb olunur ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları Azərbaycan məhkəmələrində cavab versin. Bundan başqa, beynəlxalq ictimaiyyətdən tələb edilir ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirir ki, Meşəli sakinlərinin müraciəti beynəlxalq ictimaiyyətin erməni vandalizmi haqqında məlumatlandırılması baxımından çox önəmlidir. Onun sözlərinə görə, Qarabağ və ətraf rayonlarda ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə toplanmış bütün faktlar Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməlidir: "ABŞ prezidenti Cozef Bayden Ukrayna müharibəsi ilə bağlı danışarkən Rusiyanın törətdiyi bütün cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli olduğunu deyib. Azərbaycanın da belə bir hüququ var və bu hüququndan sonuna qədər istifadə etməlidir". Hüquq müdafiəçisi deyib ki, müharibədə hər iki tərəfdən insanlar ölür, lakin Azərbaycan xalqına qarşı törədilən vəhşilik, faşistlər kimi uşaq, qadın, yaşlı ayırd etmədən əliyalın əhaliyə edilən zülm, soyqırımı müharibə cinayətləri hesab olunur: "Həmin cinayətlərə görə də Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Burda söhbət sadəcə Vaqif Xaçaturyandan getmir. Həmin faciələrin törədilməsində Zori Balayan, Robert Koçaryan, Serj Sarqsyan kimi bir çox erməni cəlladının əli var və hər biri haqqında Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər ünvanlanmalıdır. Məsələn, ermənilər bu gün də qondarma soyqırımı ilə bağlı dünyaya car çəkirlər". N.Cəfəroğlu Meşəli camaatının beynəlxalq ictimaiyyətə müraciətini son dərəcədə doğru hesab edir və düşünür ki, Xocalı, Başlıbel, Ağdaban kimi ermənilərin törətdikləri cinayətlərlə bağlı beynəlxalq ictimaiyyət daim məlumatlandırılmalıdır: "Eyni zamanda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktlarına görə beynəlxalq məhkəmələrdə Ermənistanın cəzalandırılması tələb edilməlidir".

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva məsələ ilə bağlı bildirib: "Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın". Onun sözlərinə görə, Vaqif Xaçaturyanın saxlanılması onu göstərir ki, Qarabağda törədilən qətliamların günahkarları gec-tez cəzalarını alacaqlar: "Dövlət başçısının siyasəti nəticəsində şəhidlərimizin qisası alınır. Belə ki, Meşəli kəndində, daha sonra Xocalı rayonunda əli günahsız insanların qanına batmış Vaqif Xaçaturyanın Laçında saxlanılması xəbəri sevindiricidir. Beynəlxalq təşkilatların illərdir yerinə yetirmədiyi məsələlər dövlət başçısının iradəsi sayəsində həll olunur". "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciəti təkcə bir kəndin deyil, bütövlükdə 90-cı illərdə Azərbaycan xalqının həmin bölgədə yaşayan əhalisinin qarşılaşdığı soyqırımı ilə bağlı bir çağırışdır. Onun sözlərinə görə, bu çağırış özündə yalnız emosiyaları deyil, real, çılpaq həqiqətləri əks etdirir: “İstər həmin faciə törədilən zaman, istərsə də onun üzərindən 30 ilə yaxın keçən müddətdə özlərini beynəlxalq ictimaiyyət, insan haqlarının müdafiəçiləri, “dünyanın demokratiya mərkəzi” hesab edən dövlətləri Azərbaycan xalqının, onun kəndlərinin, rayonlarının qarşılaşdığı məşəqqətləri, işğal aktını görməzdən gəliblər. Uzun illər həmsədrlik institutu adı altında prosesin uzadılmasına və qeyri-müəyyən bir məcrada davam etməsinə şərait yaradıblar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, eyni zamanda, 30 il əvvəl qarşılaşdığı hərbi cinayətin səbəbkarlarının, iştirakçılarının haqq məhkəməsinə çıxarılması üçün də indiyə qədər müəyyən işlər həyata keçirib. Bəlkə də bir zamanlar bu hadisələrlə əlaqədar cinayət işləri qaldırılanda insanlarımızda bir ümidsizlik olub ki, həmin cəlladları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq. Lakin bu gün ilahi ədalət öz sözünü deyir və heç kimin təsəvvür etmədiyi mənzərələrlə üz-üzə gəlmişik”. Heydər Əliyev adına Hərbi İnstitutun hərb tarixi müəllimi Vüqar Əliyev qeyd edir ki, Ermənistana gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs olunan Vaqif Xaçaturyan Meşəli qətliamında iştirak edib: “Ermənistan tərəfi işğal dövründə azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək yerinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Lakin hər zaman olduğu kimi, Ermənistan yenə də cinayətkarların əməllərini ört-basdır edir, Vaqif Xaçaturyanın Ermənistana xəstə adı ilə qaçma cəhdinin əsl səbəbini gizlədərək, onun həbs olunmasına siyasi don geyindirir, dünya mətbuatına, beynəlxalq ictimaiyyətə yalan məlumatlar ötürür. Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Meşəli soyqırımında iştirak etməkdə təqsirləndirilən Vaqif Xaçatryan erməni olduğuna görə deyil, cinayət törətdiyinə görə saxlanılıb. Polkovnik qeyd edib ki, Ermənistan, eləcə də onun havadarlarının Vaqif Xaçatryanın həbsi ilə bağlı ajiotaj yaratmaq cəhdi absurddur: “Vaqif Xaçatryan onlarla azərbaycanlının qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında iştirak edib, xalqımıza qarşı ağır cinayətlər törədib. Onun sərhədçilərimiz tərəfindən saxlanılması, müvafiq qaydada istintaqa cəlb edilməsi də məhz bununla bağlıdır. Yəni V.Xaçatryan konkret cinayət əməllərində təqsirli bilinir. Ancaq məlum olduğu kimi, Ermənistan, eləcə də Ermənistana havadarlıq edən xarici qüvvələr həmin cinayətkarın saxlanılmasına siyasi don geyindirməyə cəhd edir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ